Главная » 2011»Январь»25 » Masallıdakı həbslə bağlı AR Daxili İşlər Nazirliyi açıqlama verib
17:04
Masallıdakı həbslə bağlı AR Daxili İşlər Nazirliyi açıqlama verib
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Masallıda din xadiminin həbsi ilə bağlı məlumat açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov yerli informasiya agentliyinin sorğusuna cavabında bildirib ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rayon Polis Şöbəsi əməkdaşları ilə birgə, əldə olunan əməliyyat məlumatı əsasında Masallı rayon sakini, 55 yaşlı Fəramiz Abbsovun yaşadığı ünvana baxış keçirilib.
Bu zaman F. Abbasova məxsus həyətdə yerləşən yardımçı təsərrüfatda gizlədilmiş, 1 ədəd "AK-74" avtomatı, 1 ədəd naqan tipli tapança, 20 ədəd qumbara, 20 ədəd alışdırıcı, 7 ədəd 400 qramlıq və 1 ədəd 200 qramlıq tratil şaşkalar, 3 ədəd güllə darağı və 70 ədəd patron aşkar edilərək götürülüb. Faktla əlaqədar F. Abbasov saxlanılıb.
Qeyd edək ki, son həftələrdə ruhanilər və nüfuzlu dindarlar eləcə də AİP-ın fəal üzvləri hicaba qadağasına və AİP sədrinin iqtidarın ünvanına səsləndirdiyi sərt çıxışına görə, oxşar ittihamlarla həbs ediliblər.
Müşahidəçılər belə ittihamları ölkədə müxalifləri yatırtmaq üçün sovet kəşfiyyatının ənənsi adlandırıblar.