Sentyabrın 20-si gündüz saat 14-15 radələrində Masallıdan olan dindarlar Araz Quliyev, Xalid Kazımov və Rza Ağalının evində axtarış aparılıb. "Xeber44.com” saytının rəhbəri Araz Quliyevin qardaşı Azər Quliyev "Media forum” saytına deyib ki, axtarış zamanı evdə olmayıb: "Anam, Arazın xanımı və mənim həyat yoldaşım, eləcə də uşaqlar evdə olub. Onları bərk qorxudublar, yaxında yaşayan qohumlar evə gəlib, amma onları içəri buraxmayıblar”.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin sentyabrın 21-də yaydığı xəbərə görə, Masallı Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 8-də saxlanılmış Araz Quliyev, Xalid Kazımov və Rza Ağalının evlərinə baxış zamanı 2 ədəd qumbara, 1 kiloqram 975 qram tiryək və qanunla qadağan olunmuş dini kitablar və broşuralar aşkar edilərək götürülüb.
Azər Quliyev "Media forum”a açıqlamasında qumbaranı evə axtarış aparanların qoyduğunu deyib: "Bu, yalançı axtarış olub, hər şeyi özləri gətiriblər”.
Rəsmi məlumata görə, Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən "Masallı Folklor-2012 Beynəlxalq Festivalı” zamanı tədbiri pozduqlarına və polis əməkdaşına xəsarət yetirdiyinə görə sentyabrın 8-də həbs olunan şəxslərlə bağlı istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi araşdırır. İstintaq Cinayət Məcəlləsinin xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə aparılır.
НКВД в 30-х годах для сохранения социализма таким методом убирал ,,опасных,, людей, чтобы, существовать и развиваться. Нынешняя власть прибегает к , таким методам, это означает что, наступил крах тоталитарного режима! С арестом невинных людей, власть выдает себя!!!
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]