Masallının Xil kənd ruhanisi Abbasov Fərəməz Zeynal oğlu bu gün səhər saatlarında həbs olunub. Adəti üzrə bu dəfə də axtarış aparanlar həbs olunanın evində silah arsenalı aşkar ediblər.
Mənbəmizin Masallıdan verdiyi xəbərə görə ruhaninin həbsi etirazlara səbəb olub. Bununla əlaqədar 100-ə qədər sakin din xadiminin həbsdən azad edilməsi tələbilə Masallı rayon poilis şöbəsinin qarşısında aksiya keçirib.
Kənd sakinləri ruhaninin həbsini son günlər İslam Partiyası fəallarının həbsinin davamı kimi dəyərləndiriblər.
Qeyd edək ki, Azərbaycanda son ay ərzində ruhanilərə qarşı total represiya başlamışdır. İslam Partiyasının sədrinin həbsi ilə başlanan bu proses əyalət ruhanilərinin həbsi ilə davam etməkdədir.