Rayon sakinləri: "Ölkə rəhbərliyi başa düşmək istəmir ki, Qubada olanlar burda da baş verə bilər?”
Martın 4-ü gecə saatlarından Masallı rayonu işıqsız qalıb. Bu barədə rayon sakinləri martın 5-də axşam saatlarına mətbuata məlumat verdilər. Sakinlər qeyd edirlər ki, rayonun əksər kəndlərində və rayon mərkəzində mənzillərə, obyektlərə verilən elektrik enerjisi kəsilib:
"Səhərdən axşam qədər gözlədik, işıq yanmadı. Hava bir balaca soyuyub, nə problem yaranıbsa, elektrik enerjisinin verilişini bərpa edə bilmirlər. İşıq idarəsinə zəng edirik, heç kim cavab vermir. Bu ölkənin rəhbərliyi başa düşmək istəmir ki, Qubada olanlar burda da ola bilər? Canımız boğazımıza yığılıb. Kasıbçılıq, işsizlik, məmurların özbaşınalığı bir yana, adi işıq üzünə də həsrət qalmışıq. Belə davam etməz axı”.