Əssəlamun-Əleyküm, ey Adəm övladları!
Ay canınıza daraşım, nə bildiniz ki, bu dəfə Masallının "Köhnə bazar" əhlini sancmaq fikrindəyəm?
Axı necə sancmayım? Bu başıbəlalı bazardan çox desəm də, yazsam da bazardakı dükan sahiblərinin heç vecinə də deyil. Masallı şəhər MERİ Laçın Sadıxov bu bazarın söküntü-tikinti əməyiyyatında, İHB-sı Qəzənfər müəllimin pul kisəsini doldurmaqda xüsusi məharət nümayiş etsə də, dünən onun qəzəbinə tuş gəldi.
A... Xəbəriniz yoxdur? Qəzi müəllim köhnə rüşvətyığma metodunu işə salıb. Heç kimə sirr deyil ki, işlədiyi bu beş il ərzində neçə-neçə adamı özünün "patentləşdirdiyi" əsrin üzəduranları vasitəsi ilə həbsə atdırıb, sonra da "ağsaqqallığını" özü etməklə işi "həll edib". Hə, bu dəfə isə Masallı MERİ Laçın Sadıxov "qurbanlıq" oldu.
Necə yəni nə qurbanlıq? Ay canınıza daraşım, gördüyünüz kimi Masallı bazarının hər metr sahəsini də qanunsuz olaraq satıb. O dükan sahiblərinin özünə tikdirdiyi dükanları yenidən özlərinə sənədsiz sataraq, qaz vurub qazan doldurub. Korrupsiya ilə mübarizə idarəsinin Laçın Sadıxovu həbs etməsi şousu isə əhalidə fikir formalaşmasına yönəlib ki, guya hakimiyyət cinayətkarın ağına-qarasına baxmadan, heç kəsi cəzasız buraxmır (?).
Yaxşı olardı ki, bu sayaq "tədbirdən" Naxçıvanın XANI ilə, yaxud hansısa nazirlə "eksperement" ediləydi. Bəlkə də bir az inandırıcı olardı.
Bir də onu deyim ki, Laçın Sadıxov həbs olunmaz, çünki Qəzi müəllim onun qaynatası Hacı Abının bazardakı obyektlərinin qazancından halidir, sadəcə inəyi sağan kimi onu da yaxşıca sağmasına heç kimdə şübhə olmasın!
MER vəzifəsinin hesabı da ayrı söhbətin mövzusudur...
Ditdili bəy