Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2018 » Январь » 7 » Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır
18:49
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır

 Davam edir 37... 

“Talış bayrağı” fonunda Kolatan kəndi hədəfə alındı 

"Oturmusan BMV-də, qudurmusan, qudurmusan!?" Bu sözlər 04 dekabr 2017-ci il tarixdə "Qarabağı işğaldan azad edən, heç bir cinayətlərdə izi olmayan, azad söz ifadəsinə görə insanları qurama ittihamlarla şərləməyən" "şanlı" polisimizə məxsusdur... 

"Günü-gündən çiçəklənən" Azərbaycan xalqının övladlarının dünyaya və Rusiya Federasiyasına (RF), onun hətta soyuq Sibirinə bir tikə çörək dalınca səpələnməsi kimsəyə sirr deyil. Masallı rayonunun Kolatan kəndin gəncləri də RF-nın müxtəlif şəhərlərində min bir əzab-əziyyətlə qazandıqlarından doğma kəndində yaşayan və bir parça çörəyə möhtac olan qohum-qardaşlarıa mütəmadi əl tuturlar. Onların eyni zamanda kəndin abadlıq işlərinə də külli miqdarda vəsait xəclədiklərindən də sən demə "gözü tox" YAP hakimiyyəti mənsubları çoxdan imiş duyuq düşüblər. Baxmayaraq ki, ölkənin bütün rayonların iqtisadi-sosial və digər məsələlərə vaxtaşırı olaraq hökumətin milyonlar ayırması, və onun rüşvət və korrupsiya yolu ilə nəfsi "tox" məmurlarımız tərəfindən həzm-rabidən keçirməsini də bilməyən yoxdur.

Son illər, Sank-Peterburqda yaşayan kolatanlıların hesabına kəndarası yollara asfalt örtük döşəyib, hər tərəfə işıq çəkilib. Bu abadlığın fonunda hakimiyyət zümrəsinin yerlərdəki şərəf-ləyaqəti kasıb olan YAP-çı "hacı və kərbəlayilərin məkirli planı" ilə ötən ilin sonunda Sank-Peterburqun mərkəzi küçələrin birində "Talış - Rus - İran bayrağı" ilə bəzədilən iri sloqanın asılması və onun ətrafında yaradılan böyük səs-küyü xatırlayırsınızmı... 

“Qarabağ savaşındakı mənəm-mənəmlik“ kimi bu məsələdən də baş çıxarmayan bəzi “dəmərəs talışlarımız“ hakimiyyətin siyasi toruna düşərək, başladılar bu işi öz əməli kimi reklam etməyə. Əslində isə görünən odur ki, bu işdə bir sıra hakimiyyət mənsublarının əsas məqsədi Sankt-Peterburqda yaşayan və yaxşı pul qazanan kolatanlıları Vətənə dönəndə saxlayıb, onları “Talışıstan” qurmaq arzusunda olan “separatçı” kimi damğalayıb, qurama ittihamlarla şərləyib, qazandıqlarını ələ keçirmək olmuşdur. 

04 dekabr 2017-ci il tarixdə səhər saat 08.00 radələrində Boradigah qəsəbəsindən Kolatan kəndinə gələndə, kəndin mərkəzindəki Məişət evinin qarşısındakı hasara asılmış "Talış bayrağı"nı gördüm. Mənə bu vəziyyət qeyri-adi göründüyünə görə telefonu açıb, onun şəklini çəkib, sosial şəbəkələrdə "xəbər" kimi paylaşdım. Bir az sonra bunun təxribat olduğunu anlayıb, səhifəmdən silsəm də onun "Tolışi Xəbon" qrupundan silməyi unutdum...

Mən hardan biləydim ki, "çiçəklənən ölkəmizdə" ifadə azadlığı, insan hüquqları, KİV-də çıxış etmək kimi dünyəvi dəyərlər yalnız kağız üzərində yazılıb və onlar yalnız Milli Məclisin dəmir seyflərində elə saxlanılır. 

Həmin gün, saat 15-00 radələrində Kolatan kəndinin mərkəzində, hər gün görüşüb-söhbət etdiyim dostum Rasiflə durub danışdığım yerdə, böyürdə bir nömrə-nişanı olmayan "NİVA" markalı maşın dayandı. İçindən bir polis serjantı və əlavə dörd nəfər mülki geyimli, tanımadığım  şəxslər özlərini təqdim etmədən, məni zorla maşına mindirdilər. Dostum Rasif və digər kənd əhli kənarda seyirçi mövqe tutdular... 

Sükan arxasında oturan şəxs, dərhal telefonumu və mənə məxsus olan 1999-cu il buraxılışlı BMV-3 markalı maşınımın açarını alıb, həmən polis serjantına verib, ardıyca sürməsini əmr etdi. Sol tərəfimdə oturan Azər adlı əməliyyatçı-polis, mənim böyrəyimə yumruq zərbəsi endirərək, "cındır, Talışıstan qurursan?" - deyə qışqırdı. Dedim: Nəvəm yaşdasan, hərəkətlərinə, davranışına diqqət et! Mən nə edirəmsə, açıq-aşkar, öz adımla və dövlətin mənə verdiyi konstitutsiya qanunları çərçivəsində edirəm. Bütün yazdığım yazılar da KİV haqqında qəbul edilmiş qanunlara uyğundur. Yazılarımın, çəkdiyim karikaturaların, hamımızın tək anası, adı Azərbaycan Vətənimizin azadlığı və dövlət müstəqilliyinə görə çəkdiyim əziyyətlərin bəhrəsi olaraq həbs edilməyimi özümə şərəf sayıram!

Bunları deyəndə, bu adam yenə başladı əl-qol atmağa... Anladım ki, yazdığım tənqidi məqalələrin təsiri bunların sümüyünə işlədiyindən, “Talışıstan” bəhanəsi ilə aqressivliyini gizlədə bilmirlər.

Yol getdikcə, ümüdimi yalnız tək olan qüdrətli Allaha bağladım... Sonradan bildim ki, maşını idarə edən bu şəxs rəis müavini imiş və o, "Talış" sözünə özünəməxsus ifadələrlə təhqirlər yağdırmaqdan dayanmaq bilmirdi. Sağımda oturan isə 2009-cu ildə Cənub Xəbərləri qəzetində DYP-i əməkdaşı "Qaişnik Mamed"dən tənqidi yazımı xatırladaraq ədəbsiz təhqirlər deyirdi...

Rayon polis şöbəsinin qapısında məni düşürəndə, Azər rəis müavininə: "Rəis, bunu cinayətkar kimi binaya salaq, yaxud hörmətli müəllim kimi?"-deyə sordu. "Əlbəttə hörmətlə" - cavabını eşidən Azər adlı bu polis nəfəri qapıdan içəri girən kimi talış millətinə hüdudsuz nifrətini gizlədə bilməyərək, təkrarən böyrəyimə yumruq vurdu.

Məni gətirdilər böyük rəisin kabinetinə. Rəis yerindən durub, mənə yaxınlaşıb: "Nədi, çiçəklənən Azərbaycanı bəyənmirsən, Talışıstan qurmaq istəyirsən?" - deyə qəzəblə soruşdu. 

- Rəis, Azərbaycan sizin üçün çiçəklənirsə, zəlil halda olan xalqa, elə mənim üçün də üfunət qoxuyur. 

O, başını xeyli əsdirib, dişlərini qıcıyıb, mənə nifrətlə baxıb dedi ki, səni indi elə bir yerə göndərərəm ki, orda burnuva yaxşı iy dəyər...

Və dərhal da əmr verdi:

- Bunun sənədlərin tez hazırlayıb aparın. Bakıdan tələb edilir ki, təcili olaraq ora aparmaq lazımdır.

Məni keçirtdilər əməliyyatçılar oturan otağa, yenə Azər istədi ki, məni vursun, bu anda rəis onları qırağa çıxarıb, qoluma qandal vurdurub həyətə çıxdıq. İki polis maşınının müşaiyyəti ilə, mənim qanuni razılığım olmadan, şəxsi maşınımı həmin polis serjantı idarə edərək, özümü də əvvəlki qaydada, "təm-təraqla DİN-nin "Bandotdel" deyilən idarəsinə "yola saldılar".

Maşında da Azər toxtamaq bilmirdi. Xatırlatdı ki, məni və digər talış əsilli ziyalılarımızı çoxdan izləyirş.. Hətta Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçən RTMM (Respublika Talış Mədəniyyət Mərkəzi) fəaliyyəti də onun diqqətində olub (?). Yenə bir məsələni anlamadım ki, adında mədəniyyət sözü olan qanuni təşkilatdan hakimiyyətin güc strukturu olan polis niyə belə qorxur? Bir də anlamadım ki, bu adamın Talış adına bu qədər aqressivliyi nədən qaynaqlanır...

Səlyana çatanda, əməliyyatçılardan qabaqda oturanın birisi gedib hərəyə bir su aldı, mənə də birini verdi. Mən suyun qapağın açıb, içmək istədikdə Azər əlimdən qamarlayıb, qapağı bağlayıb atdı ayaq altına.

Nəhayət ki, gəlib çatdıq adı ilə məşhur olan “Bandotdelə“. Şəxsi maşınımı özümlə birgə saldılar içəri. 5-ci mərtəbədə mən daha böyük rəislərə təhvil verildim. Az sonra “Talışıstan” bayrağı və mənə məxsus olan texniki əşya və sənədlərlə birgə getdik rəisin kabinetinə. İçəri daxil olan kimi rəis başladı, nə başladı: 

- Sizin hamınızı tikə-tikə, xıncım-xıncım doğramaq lazımdır...
- Bəli, cənab rəis!

Bu Vətənimizin ən ağır zamanında yataq xəstəsi olan ata-anamı, dörd körpə balalarımı tək Allahın və həyat yoldaşımın ümüdinə qoyub, onun azadlığı, dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərə könüllü olaraq gedib, orada şəhid olsaydım, siz də bu gün gözlərimin qabağında şəhid olan üç Milli Qəhrəman kimi məni də tanımazdınız, və mənim tikə-tikə doğranmağıma qərarlı olmazdınız.

Sorğu-suallar uzandıqca, rəis və müavini (adlarını öyrənmək mümkün olmadı) az da olsa "yumşaldı". Keçdik müavinin iş otağına, orda artıq “torbam tikilib hazır idi“. “Cinayətimlə“ tanış olub gördüm ki, torbamı tamamilə başqa motivdə tikiblər. Məzmunu belə idi: 

Guya mən, 04.12.2017-ci il tarixdə şəxsi işimlə əlaqədar Bakı şəhərinə gedib, Gənclik metrosu yaxınlığında tıxaca düşüb, maşından çıxıb yüksək səslə söyüş söymüşəm. Bunu eşidən iki polis polkovnik-leytenant (Bandotdel) əməkdaşları, mənə yaxınlaşıb, özlərini təqdim edib, mən də qorxaraq maşından çıxıb qaçmaq istərkən onlar məni yaxalamışlar... (?)

Narazılığımı bildirəndə, xatırlatdılar ki, “sən deyirsən ki, Qarabağ müharibəsində olmusan, maşının da idarəmizin həyətindədir. Heç bilirsən ki, içi axtarılsa, oradan səni on ilə kimi həbs edilməsi ola biləcək şeylər çıxar? “...

Eşitdiklərim qulaqlarımı cingiltdədi, qəbul edilən qərarla razılaşıb imzalamaq məcburiyyətindən başqa yolum olmadı. Bütün gecəni ancaq rəislərin sorğu-sualları ilə səhərə çıxdım.

Günortadan sonra Məhkəmə oldu. Elə bir məhkəmə oldu ki, həmin idarənin iki yüksək rütbəli zabiti şahidlik etdi, mənim üçün tutduqları vəkil “işim var“ deyib, zaldan çıxdı, hakim 30 sutka inzibati həbs cəzası oxusa da mənə qərarın surətini vermədi. Bu səbəbdən kimsənin ad və soyadını da bilmədim.

Ertəsi gün, 05.12.2017 –ci il, axşam saat 22-00 radələrində məni Binəqədi İnzibati Cəzaçəkmə Müəssisəsinə apardılar...

(Ardı var )

Категория: Талыш xəbərləri | Просмотров: 3981 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus