Jurnalist Mətləb Dadaşov telefon zəngi vasitəsilə Lənkəran rayon prokurorluğuna çağırılıb. Bu barədə jurnalist özünün facebook sosial şəbəkəsindəki səhifəsində aşağıdakı qeydi edib:
"TƏQİBLƏR, TƏHDİDLƏR ARA VERMİR! Bu gün, 23.08.2012-ci il tarixdə, səhər saat 10:00 radələrində 0503436861 nömrəli mobil telefonla, özünü Lənkəran rayon prokurorunun müavini kimi təqdim edən TALEH OSMANOV adlı şəxs məni 24.08.2012-ci il, saat 11:00-ə prokurorluğa dəvət etdi. Telefon çağırışının isə motivini açıqlamadı. DÜŞÜNÜRƏM Kİ, bu LƏNKƏRANDA BAŞ ALIB GEDƏN MƏMUR ÖZBAŞINALIQLARINI MÜTƏMADİ OLARAQ, KİV-DƏ, ELƏCƏ DƏ SOSİAL ŞƏBƏKƏLƏRDƏ YAYIMLADIĞIMA görə OLSUN. Məni düşündürən budur ki, qanun keşiyində duranlar nədən qanunlarımıza hörmətsizlik edirlər?"