“Tolışi Hərəkat” bu gün demək olar ki, özünün qızıl çiçəklənmə dövrünü yaşayır. Son zamanlar baş verən xoşagəlməz nüanslar hamımızı naharat edir, çünki Talış xalqının ictimai-siyasi simaları öz qızıl vaxtlarını şəxsi mühakimə, qərəz, dedi-qodulara həsr etdiklərini görəndə, biz gənclər sarsılaraq ruhdan düşürük. Amma, çoxumuzun bu soz-söhbətlərə biganə durub kənardan seyrçi durmağı təəssüfləndiricidir, çünki hamımız bir- birimizə qaranlıq məsələlərin görünmədiyi tərəfləri haqda aydınlıq gətirməliyik, qərəzi atmaqla, düzgün fikir yürüdərək, xalqımızın nəzər-diqqətinə hər şeyi şəffaflıqla çatdırmalıyıq.
Demək belə, Mehdi müəllimin Milli Şurada haqlı, cəsarətli addımları birmənalı olaraq xalqımızın ona qarşi rəğbətini birə on artırdı. Artıq hamıya aydın oldu ki, bəli, Mehdi müəllim sadəcə sözündə deyil, əməlində də Xalqına ruhən bağlı bir insandır. Biz bir daha gördük ki, Mehdi müəllimi narahat edən əsas məsələ xalqının illərdən bəri yığılıb qalan problemləri, eləcə də ciddi saxtakarlığa duçar edilmiş milli, mənəvi haqları və tapdalanmış hüquqlarıdır! Sual oluna bilər, BƏS BU SON GÜNLƏRDƏ MEHDİ MUƏLLİMƏ QARŞI OLUNAN yerli-yersiz təhdid, tənqid, hətta deyərdim təhqirlərə nə lüzum var? Yəni SƏBƏB nədir? Nə dayanir bütün bu şər-şəbədələrin arxasında? Şübhə? Xainlik? Eqoistlik?
Diqqətlə və səbrlə müşahidə etsək, şahid oluruq ki, Mehdi muəllim RTMM-nin yoxa çıxmış sənədlərinin qaydaya salınmasi, dövləti öz vəzifə borcunu yerinə yetirməyə sövq etdirməsi, Talış dilində tv, radio-efir saatlarının ayrılması ilə bağli imzatoplama kompanyasına start verməsi və Azərbaycan Respublikasının Prezidentinə dəfələrlə müraciət etməsi və s. bu kimi fəaliyyəti bir qrup Talış "aktivist"ləri tərəfindən belə başa düşülür ki, Azərbaycanda rejim özünə sərf edən qaydada Talış xalqı adından çıxış etmək üçün bir qurum formalaşdırmaq istəyir və güya bunu da, Mehdibəy Səfərovun və Eldəniz Quliyevin icraatında yerinə yetirmək istəyir (?) Onlar sual edirlər ki, rəhbəri olduğu Azəri- Taliş Birliyi qeyri-leqal fəaliyyət göstərdiyi təqdirdə, Ədliyyə Nazirliyi bu Birliyi Dövlət qeydiyyatına almaqdan vaz keçdiyi halda, niyə Dövlət müşaviri Kamal Abdulla ilə görüşə Mehdibəy Səfərov dəvət edilib. Xülasə, bəzi dilibir, qanıbir qardaşlarmız zənn edir ki, Mehdibəy müəllim rejimə işləyir. Əstəğfurullah!.. Bu yerdə bir Talış məsəli yerinə düşər: "Quş ha ruj qləy sıxan nıməso, kor bəbe".
Mən artıq üç ildir ki, Mehdibəy müəllimə sizlərdən daha yaxınam, bir Birlikdə çalışiriq. Mənə Mehdibəy müəllimin ideyasi, amali su kimi aydındır.
Son zamanlar xalqımız üçün taleyüklü məsələlərdə heç bir nəzəri və praktik proqramlara malik olmayan bəzi utopistlərin Mehdibəy müəllimlə bağlı səsləndirdikləri bütün bu sərsəm fikirləri rədd edirəm. Düşünürəm ki, Mehdibəy müəllimin bütün addımları, gördüyü işləri reallıqlara əsaslanan aydın və proqmatik işlərdir! Xalqımızın nicat yolu, məhz bundan keçir. Mən hər bir Talış övladını da bu müqəddəs yolda Mehdibəy müəllimə dəstək olmağa çağırıram!
Mirfayaz Likməkani
Azəri - Talış İctimai Birliyinin Gənclər Təşkilatının sədri