Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Декабрь » 1 » Mənəvi zərbəyə qarşı fiziki zərbə
17:56
Mənəvi zərbəyə qarşı fiziki zərbə
Son dövrdə dövri mətbuatda ABU-nun (Azərbaycan Beynəlxalq Universiteti) sahibi və rektoru, professor və başqa çoxsaylı böyük titulların sahibi Elşad Abdullayev haqda yazılar dərc edilir. Lakin, bu adamın kimliyi, sahibi olduğu universitetdəki fəaliyyəti ilə azca maraqlansanız onun ömürlük həbs cəzasına malik olmalı adam olduğunu (özü də tək yox bütün qohum əqrabalarıyla) görərsiniz. Guya indi o zərər çəkmiş adamdır və hakimiyyət tərəfindən özü və qohum-əqrəbası repressiyalara məruz qalıb.

Mövcud hakimiyyətin hərb maşınının repressiya qurbanlarını saymaqla qurtarmaz. Müharibə əlillərindən titmuş, şəhid ailələrinə qədər, haqqını–hüququnu tələb edən vətəndaşıardan tutmuş  ev-eşiyi dağıdılanlara qədər, hara fırlansanız hakimiyyətin zərbələrindən inləyən günahsız insanlarla rastlaşa bilərsən. Lakin inanın ki, abdullayevlər bu kateqoriyadan deyillər və hər bir millətini-xalqını sevən insanlar belələrindən xilas olduqlarına sevinməli və hətta Allah yolunda bir qurban da kəsməlidirlər. Mən şahidi olduğum bəzi faktları sizlərə yazıram və inanıramki, yazdıqlarımı hər hansı bir jurnalistiniz əziyyət belə çəkmədən araşdırıb təsdiqinə nail ola bilər.

Yaxım qohumum bu universitetdə oxuyurdu. Çox savadlı və bacarıqlı tələbə idi. TQDK-nin test imtahanlarında 490 bal toplayaraq universitetin tibb fakultəsinə qəbul olunmuşdu. Elə ilk semestrlərdən başlayaraq imtahanlar üçün açıq şəkildə rüşvət tələb etməyə başlandı. Ya tələb olunan məbləği verməli, ya da kəsilib qovulmalısan. Ya da super biliyə malik olmalısan ki, bəlkə bu tələblərdan canın qurtara.  İmkanı olanlar bu vəsaiti verib canlarını qurtarırdılar. İmkanı olmayanlar isə müxtəlif yollar arayır, fərqli üsullara əl atmaq məcburiyyətində qalırdılar. Mən bu yaxınım üçün dörd dəfə yazılı şikayətdən sonra, xüsusi komissiyanın iştirakı ilə əlavə imtahanlar təşkil edilməsinə nail oldum və hər dəfə də tələbə "5” qiymət alaraq nəyə qadir olduğunu sübut etdi. 80 yaşlı dekan:"Bala bizdə günah yoxdur, hər sessiyada professor Elşadın haqqını verməsək bizi uf da demədən  işimizdən çıxaracaq” - deyə ağlamsınaraq səmimi etiraflarda bulundu.

Hətta bir dəfə birinci prorektorun yanına, nə üçün tələbələrdən təhsil haqqını rəsmi elan edildiyindən artıq alırsınız sualıla şikayətə getdim. Elşadın qaynatası olan I prorektor, akademik Həsən Əhmədov aramla, çəkimib-utanmadan (80-a yaxın yaşı var idi) bildirdi: "Bala bu universitetin öz qayda-qanunları var. Bütün tələbələr və valideynlər ona əməl etməyə borcludurlar. Yaxşı olar ki, tələb olunan vəsaiti ödə, ya da uşağını çıxarıb başqa ali məktəbə apar”. Lakin dünya yaxşılıqdan xali olmadığı kimi burada işləyən müəllimlərin içərisində   rüşvəti haram bilib, bu vəsaiti cibinə qoymayan, ailəsini haramla dolandırmaq istəməyənlər, az da olsa var idi. Hamı "palaza bürünüb ellə sürünmür” ki. Belə müəllimlərdən bəziləri ilə pıçıltı ilə də olsa söhbətlər edir, ABU-dəki vəziyyəti öyrənirdim. Hətta qəzetlərin birinə bütün öyrəndiyim özbaşınalıqlarla bağlı məqalə də yazdım. Bunu müəllimlərdən birinə bildirəndə məsləhət görməyib dedi ki, bunu etməyin, Elşad Abdullayev bunu hansı tələbənin valideyni tərəfindən edildiyini bilsə, o saat həmin tələbəni tapşırıq verib hansısa bir bəhanəylə universitetdən qovdurar, bu ölkədə rüşvət hər şeyə hakimdir, heç yerə də şikayət edə bilməzsən.

Elşad Abdullayevin qaynatası burada ikinci şəxs sayılırdı, qardaşı Mahir Abdullayev Ermənistanın hansısa bir sovxozunda briqadir işlədiyi halda Bakıya gətirilmiş, qısa müddətdə alı təhsil almış, dosent, professor elmi dərəcələrinə yüksəldilmiş, nəhayətdə ABU-də Elşadın mavini olmuşdu. Elşadın qaynı (adını unutmuşam) II müavin, bir sözlə əmisi, dayısı, xalası uşaqları bu özəl (özlərinin) universitetlərində dekanlara, kafedra müdirlərinə çevrilmişdilər. Universitetdə dünyanın heç bir ölkəsində baş verəsi mümkün olmayan qanunsuzluqlar baş alıb gedirdi. Hər qəbul ilində universitetə TQDK-dan 10-15 nəfər qəbul olunurdusa, 150-200  nəfər rüşvətlə qəbul edilir, bu yolla fakultələr açılır və milyonlarla pullar toplanırdı. Tədrisin səviyyəsi də acınacaqlı vəziyyətdə.  70-80% savadsız olan bu "ali təhsil ocağının” məzunları indi ölkənin müəllimlərinin, mühəndislərinin, həkimlərinin, hüquqşünaslarının bəzəyinə çevriliblər. Elşad Abdullayev kimilərinin xalq qarşısında xidmətləri bunlardan ibarət idi. 

Yaxşı xatırlayıram ki, tibb fakultəsinin 200 nəfərlik məzunundan yalnız 70 nəfəri dövlət imtahanlarına buraxılmışdı. 130 nəfəri isə heç bir səbəb belə göstərilmədən imtahanlara buraxılmamışdı. Universitetə gələn savadlı tələbələrin valideynlərini ora-bura göndərir, günahı qəsdən bir-birlərinin üzərinə atırdılar. Onların qəbullarına bir dəfə düşmək isə  iki gün vaxt və kəskin əsəb gərginliyi tələb edirdi. Elşad Abdullayevin qəbul otağında üç gün oturduq. O hər dəvə 15-16 nəfərlik, hamısı da dayoğlu, əmoğlu, xaloğlu və bibioğlularından ibarət olan cangüdənləri (telexranitelləri) ilə kabinetinə gəlir, heç kimi də qəbul etmədən 2-3 saatdan sonra çıxıb gedirdi. Bir nəfər də ona yaxınlaşıb sözünü deyə bilmirdi. Ağzını açana telexranitelləri hücum çəkib elə nalayiq söyüşlər söyürdülər ki, adamın lap matı quruyurdu. Sonuncu gün bir qadın əsəbindən elə onun qəbul otağında əllərini yuxarı qaldırıb ürəkdən gələn bir səslə inildədi: " İlahi, sən bu haqsızlığı bağışlama, bu əclaflara aman vermə, onların haram pullarını burunlarından tök. İlahi, səni and verirəm öz Böyüklüyünə belələrini bu dünyada cəzalandır ki, başqalarına da dərs olsun!”

Mən elə o vaxt anladım ki, Allahın ədaləti yaxın vaxtda özünü göstərəcək, göstərdi də. Təhsil nazirliyi ABU-nin bağlanması haqqında qərar verdi (əslində Təhsil Naziri kimdir ki?). İndi guya didərgin həyatı yaşayan, repressiyalara tuş gələn bu Elşad Abdullayev millətdən imdad diləyir ki, (daha doğrusu müxalıfətdən) "Amandı qoymayın, qardaşımı oğurlayıblar, bibioğlumu, xaloglumu, əmolumu, qaynımı, balduzumu didərgin salıblar, Prezident məni öldürmək istəyir”. Elşadın qaynatasının qalmasını, yoxsa Allahın ədalət məhkəməsində indi cavab  verdiyini bilmirəm, əgər yaşayırsa elə ondan da hesab sormağa dəyər.

Elşad Abdullayev müsahibəsində deyir: "Misir Mərdanov qanunsuz olaraq ABU-nun fəaliyyətini dayandırdı və bununla da o, universitetin müəllim-tələbə kollektivinə böyük maddi-mənəvi ziyan vurdu. Bu ziyanı kim ödəyəcək?”  Deyəsən o haram yolla topladığı pullardan məhrumluğu maddi-mənəvi ziyan hesab edir. Elə isə sual olunur: Bəs Elşad Abdullayevin cəmiyyətə sırıdığı minlərlə savadsız mütəxəssislərin törədəcəyi fəsadların ziyanını kim ödəyəcək?

Mən yuxarıda Elşadın sahibi olduğu bu əcaib və əcaiblikdə anoloqu olmayan universitetinə ağalıq edən əqrəbalarının bir neçəsinin adını çəkdim. Müraciətində  özü daha artıqlarının  adlarını sadalayır. Guya daha bir qardaşı elmlər namizədi imiş, bu universitetdə yığdıqları haramları əlindən almaq istəyəndə stresdən infarkt keçirib. Elşad daha sonra müsahibəsində deyir: "Zərərçəkənlərin siyahısı isə böyükdür. Mənə yardım edən (yardım edən ha...)  xalam oğlu İltifat həyatını itirdi. Böyük qardaşım İsmayılın həyat yoldaşı qəfil stressdən dünyasını dəyişdi, böyük bacım Qubaxanım Abdullayeva keçirdiyi stressdən normal iş fəaliyyətini itirdi, yaxın adamlarını tanıya bilmir. Dayımın həyat yoldaşı və qardaşım Eldənizin qayınanası bu hadisə ilə bağlı qəfil dünyasını dəyişdi. Maddi cəhətdən mənə kömək edən şəxslər: Sabir dayı, Kamal əmi, Əhəd, Canbaba, Oktay və digərlərinə o qədər təzyiq etdilər, onları o qədər hüquq-mühafizə orqanlarına aparıb-gətirdilər ki, hamısı müxtəlif tərzdə dünyasını dəyişdi, cinayətkarlar isə mükafatlandırıldı”. Elşada  gün kimi aydındır ki, evinə gələnlər ondan və "zərərçəkmiş” əqrəbalarından haram yolla topladıqlarınız  pulları tələb edirmişlər. Biz hüquqi dövlətdə yaşamırıq ki, cinayət törədənlər qanun qarşısında mühakimə olunsun. Sizlərsə vermək istəməmisiniz. Yoxsa, evini, həyətini, arvadının qızıl zinət əşyalarını, bilmirəm daha nələrini satıb uşağını 4-5 il sizin ailə-klan universitetinizdə oxutmağa məcbur olan valideynlərdən topladıqlarınız haramlarınızı halallarınız hesab edirdiniz?  Niyə ataların "haynan gələn vaynan gedər” məsəlinə əməl edib normala dönmək istəmirdiniz?

E.Abdullayev daha sonra yazır: "Hilal Əsədovun sifarişilə ”Yaxo" adlı bandit dəstəsi evimə silahlı basqın etdi. Hilal Əsədov, Akif Çovdarov və Mahiri oğurlayan bandit dəstəsi valideynləri və tələbələri min bir bəhanəylə mənim əleyhimə qaldırmağa çalışdılar. Lakin tələbə və valideynlər bu cinayətkar təkliflərdən imtina etdilər.” Elə burada deyirlər "Yalançının lap atasına ....”.  Tələbə və valideynlər sizlərin cinayət tələbələrinizdən çoxdan bezmişdilər, sizlərə o qədər nifrət var idi ki, sən də binu yaxşı bildiyindən telexranitel ordusu saxlayırdın. Az qala 6-7 min tələbənin 85-90%-ni rüşvətlə qəbul edirdiniz. Unuversitetinizdə elə tələbələr oxuyurdu ki,  yalnız smestrlərdə valideynləri gəlib ya sizinlə ya da qohumlarınızdan biriylə görüşüb pulunu verib gedirdi. Dövlət imtahanlarında tələbələrin əksəriyyətini səbəbsiz olaraq buraxmırdınız, onları "ağıllı” üsulla dekanlıqlara gətizdirib pullarını, əmlaklarını və s. alıb diplom almağa layiq bilirdiniz. Diplomu da pulsuz vermirdiniz. Ən yaxşı halda bu hər məzuna ən azından 1000-1500 manata başa gəlirdi. Bu universitetin pulu olmayan məzunları indi də diplom ala bilmirlər. Heç bir valideyn sizlərdən kiməsə şikayət belə edə bilmirdi. Hər yerdə güclü müdafiələriniz var idi. Mən bir dəfə məcbur qalıb ərizə ilə Səhiyyə Nazirliyinə müraciət etdim və iki gündən sonra dekan məni çağırıb xəbərdarlıq etdi: "Qohumun V kursda oxuyur, ona yazığın gəlsin. Bu şikayətindən nə qədər ki, Elşadın xəbəri yoxdur gedib ərizəni geri götür, yoxsa uşağı qovacaqlar, beş illik zəhməti də hədər gedəcək”.  İndi bu adam utanmadan deyir ki, tələbələr və valideynlər məni "Yaxo” bandasının hücumundan xias etdilər. Elə burada da bayaq dediyimi təkrar etmək istəyirəm: "Yalançının....”.

Hamımız yaxşı bilirik ki, bugünkü Azərbaycan hakimiyyəti monopolist, kriminallaşmış bir hakimiyyətdir. Bu ölkənin bütün varlı milyarderləri hakimiyyət postunda vəzifə tutanlardır. Belə bir şəraitdə onların hökumət postlarında təmsil olunmayan əqrəbaları, həmyerliləri, keçmiş qonşuları, digər yaxınları onların köməyindən istifadə edərək öz gəlir mənbələrini, bisneslərini, şəbəkələrini yaradır, əllərinə düşən imkanlardan maksimum yararlanmağa çalışırlar. Elşad Abdullayev də belələrindən, daha doğrusu ifrat belələrindən idi, öz biznesini, şəbəkəsini - ailə universitetini yaratmışdı. Burada bəlkə də dünyanın ən alçaq cinayətləri açıqdan-açığa törədilirdi. Rüşvət ayaq tutub yeriyir, bu yolla axan milyonlar bəzilərini hətta insanlıqdan belə çıxarıb əjdahaya çevirirdi. Lakin klan hakimiyyətinində klanlanın ömrü maraqların toqquşduğu anda bitir. Maraqlarsa toqquşduğu vaxt sanki 12 ballıq zəlzələ baş verir və tərəflərdən birini əzir, həzmi rabidən keçiririb yaşamına son qoyurlar. Biz əvvəllər də bunun şahidi olmuşuq. Əli İnsanov və Fərhad Əliyev olayları kimin yadından çıxıb?

İndi sanki bəzi müxalifət qəzetləri E. Abdullayev və onun kolxozçu professorları üçün az qala göz yaşı tökməkdədir. Mən bilmirəm və istəmirəm ki, vətəndaşların rəğbət obyektində qərarlaşmış belə qəzetlər hansısa çirkin maraqlara xidmət etsinlər. Bəs onda nədən klan müharibəsinin əzilən tərəfi, "şəhid” kimi qələmə verilir? Vaxtilə, Elçibəy hakimiyyətinin qatı düşməni sayılan, onun ağını qara, qarasını ağ kimi lənətləyənlərin mahir ifacısı, Səhiyyə Naziri Əli İnsanov da müxalifət qəzetlərində belə çılğınlıqla müdafiə olunurdu. Əli İnsanovun evindən müsadirə olunan (yəqin ki, bu müsadirə olunanlar büccə vəsaitlərinə çevrilmədi) külçə qızıllar, brilyantlar, yaqutlar, millətə göz dağı kimi göstərildi. Əli İnsanov o adam deyildimi ki, o boyda Səhiyyə Nazirliyini "yerazların” (ifadəmə görə üzr istəyirəm) nazirliyinə çevirmişdi, Mərkəzi Klinik Xəstəxanada "yeraz” olmayan bütün həkimləri, tibb personalını zorla işlərindən qovmuşdu. Müsavat partiyası və AXCP ona qucaq açanda minlərlə üzvünu itirdi, cəmiyyətdəki mövqeyinə və imicinə ağır zərbələr endirdi.  İndi Elşad Abdullayev fenomeni gündəmə  gəlib. 

Bir görün bu "professor" daha nələr yazır: "Terrorçu təşkilatın aktivləri - MTN-in nazir müavini Hilal Əsədov, Elçin Quliyev, Akif Çovdarov, Rəsul Rəsulov, Yaşar, Nazim Lətifov Mahiri Mətanət, Sənan və Qulu Cəfərovun əliylə şantaj edərək 2 milyon dollar tələb etdilər. Lakin Mahir onlara 600 min dollar verib. Terroristlər bu məbləğə razılaşmayıb və orada savaşıblar. Onlar Mahirə xəsarət yetiriblər. Mətanətin mənzilindən Mahiri qanunsuz (kəlama bax...) olaraq, DİN-in Banditizm İdarəsinə gətiriblər və 600 min dolları şantaj yoluyla alıblar. Bu barədə Hilal Əsədovun əməkdaşı polkovnik Teymur Quliyevdən soruşanda o mənə dedi ki, bu, dövlət sirridir (dövlət sirrinə bir bax..).  Görəsən, başqasının əmlakını zorla əlindən alma nə vaxtdan dövlət sirri olub? Terroristlər isə şahidləri 37-ci ilin metodlarıyla şantaj edirdi ki, onlar öz ifadələrindən imtina etsin. Artıq həmin şahidlər də Azərbaycandan qaçıb.” Daha bir "görəsəni” biz söruşaq: Görəsən rektorun müavini işləyən müəllim qardaşında bu qədər pul haradan idi? Bəs valideynləri soyanda bunu dövlət sirri kimi necə saxlayırdınız ki, heç kim sizə etirazını belə bildirə bilmirdi. Bu tələbələrin və onların valideynlərindən zorla oğurlanan pullar deyilmi? Görəsən sizlər nə fikirləşirdiniz, xalqın uşağının boğazından kəsib sizlərə verdiklərini halal malınız kimi yeməkmi istəyirdiniz? Heç xəyalınızdan da keçmirdi ki, bunlar nə vaxtsa burunlarınızdan töküləcək? Qəbul otagında sizlərə qarğış inləyən o qadınların sayı nə qədər idi görəsən? Nə qədər belələri var idi ki, sizlərə evlərində, itirilmiş ocaqları qarşısında qarğışlar edirdilər. Axı bu dünya elə belə hər şeydən xali deyil. Haqqın-ədalətin də nə vaxtsa yerinə qayıdacağı gün gəlib çatır. 

İndi bu islanmışlar yenidən canfəşanlıq edirlər ki, sudan quru çıxsınlar. Terrorun fərqli formaları var. Kimisi, kimdənsə qisasını almaq, kimisi kimlərdənsə qisas almaq,  kimisi özünə qəcd etməklə kütlələri qırmaq, kimlərsə də insanların fiziki varlığına toxunmadan mənəviyyatları zəhərləməkl terror törədir. Elşad deyir ki, şantaj yolu ilə fiziki terrora məruz qalıblar. Bəs sən minlərlə vətəndaşımızı mənəvi terrora məruz qoyanda bini niyə fikirləşmirdin?

                                                                                              
Hüseynqulu Məmmədli, 
Lənkəran şəhəri


Категория: İnsan hüquqları | Просмотров: 1811 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus