Главная » 2011»Июнь»4 » Məmmədovların faciəsi – bəşəriyyətin faciəsidir!
14:45
Məmmədovların faciəsi – bəşəriyyətin faciəsidir!
Görkəmli Rus şairəsi Anna Axmatova keçən əsrin 30-cu illərinin repressiyalarına həsr etdiyi "Rekviem” adlı avtobioqrafik poemasında yazır:
- Həbsdə - oğlum, məzarda- ərim,
Mənim üçün siz dua edin...
Bu sətirlər o dəhşətli stalinizm rejiminı yaşayan bir ananın fəryadı idi...
Bu sətirlər milyonlarla qadınların fəryadı idi...
Bununla belə, o ana – o qadının ümüdləri hələ tam sönməmişdi: oğlu zindanda da olsa, hələ ki yaşayırdı...
Amma Məryəm Məmmədovanın heç bir ümüdi qalmamışdır: Əri zindanda qətlə yetirilmiş, oğulları vəfat etmişdir. Artıq bu qəlbi sınmış kimsəsiz qadının bircə özününün belə duaya ehtiyacı qalmışdır...
Sizə göndərilən bu şəklə diqqətlə baxın: yanaşı duran bu üç məzar –dəhşətli bir faciənin canlı ifadəsidir.
Ey insanlar! Bilin və agah olun ki, bunun – tək bir ailənin yox, bütün bəşəriyyətin faciəsi olduğunu dərk etməyincə, hələ belə yanaşı məzarlar çox olacaqdır...