Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Апрель » 1 » Talış generalları: Məmmədhəsən bəy Talışxanov
12:35
Talış generalları: Məmmədhəsən bəy Talışxanov
Azərbaycanın hərbi xadimlərindən biri, Talışxanovlar nəslinə mənsub, böyük hərbçi ailəsnin nümayəndəsi general Məmmədhəsən bəy Talışxanovdur.

Məmmədhəsən bəy Əli bəy oğlu Talışxanov  1861-ci ilin yanvarın 7-də Lənkəranda hərbiçi ailəsində anadan olmuşdur. Atası Əli bəy Azərbaycanın ilk general-leytenantı, Talış Xanı Mir Mustafa Xanın nəvəsidir.

İlk təhsilini Lənkəran üçsinifli gimnaziyasında alan Məmmədhəsən bəy sonradan ailəsi ilə birlikdə Bakıya köçmüş, təhsilini Bakıda davam etdirərək realnı məktəbin tam kursunu əla qiymətlərlə bitirmişdir. 1882-ci ilin yanvarın 20-də Teymurxan-Şura realnpı məktəbinə daxil olur, o, məktəbdə oxuya-oxuya, həm də 81-ci piyada Abşeron polkunda da xidmət edirdi.

1882-ci il sentyabrın 2-də 15-ci Minqrel Qrenadyor polkuna köçürülür. 1883-cü ilin avqustun 25-də Unter-ofiser rütbəsinə yüksəlir. 1883-cü ilin sonlarında Tiflisdə yerləşən Piyada Yunkerler məktəbinə daxil olur, 1885-ci ildə oranı əla qiymətlərlə qutaran Məmmədhəsən bəy elə həmin il Pyatiqorsk polkuna podpraporşik təyin olunur. 1900-cı ildə 16-cı Minqrel Qranadyor polkuna komandan təyin olunur. 16-cı Minqrel Qranadyor polkunda xidmət edərkən, 1905-ci il yanvarın 16-da kapitan rütbəsinə yüksəlir.

1906-cı il fevralın 19-da III dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunur. 1911-ci ildə isə general rütbəsinə yüksəlir və elə həmin il III dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunur. 1913-cü ildə Qafqaz Müsəlmanları Xeyriyyə Cəmiyyətinin komissiya üzvü olur. Müsəlmanlar Xeyriyyə Cəmiyyəti 1914-cü ildə dagıdılır, lakin 1916-cı ildə Məmmədhəsən bəyin qardaşı general-mayor Kazım bəy Talışxanov təzədən İbrahim bəy Vəkilovla birgə bu cəmiyyəti yaradırlar.

1914-cü ildə Birinci Dünya müharibəsi başlayır və Məmmədhəsən bəy öz polku ilə müharibəyə gedir. 1914-cü il sentyabrın 24-də Avstiya-Macarıstan ordusuna qarşı döyüşdə qəhramancasına həlak olur.

Məmmədhəsən bəy gözəl ailə başçısı idi. Onun həyat yoldaşı Borçalı mahalından olan Ağa Yusifin qızıMina bəyim xanım (1870 - 31.12.1913) idi. Mina bəyim xanımdan 3 övladı olur: İlyas bəy (01.06.1896 - 1942), Fuad bəy (13.12.1898 - 1935) və Asiya Sultan bəyim (30.05.1902-?). Mina bəyim Qafqaz Qadın Müsəlmanlar Xeyriyyə cəmiyyətinin xəzinədarı idi. Mina bəyim 1913-cü ildə vəfat edəndən bir il sonra əri Məmmədhəsən bəy də vəfat edir. Məmmədhəsən bəyin qardaşı General Kazım bəy yetim qalmış qardaşı uşaqlarına baxır və onları böyüdür. İlyas bəy Tiflis hərbi qimnaziyasını bitirir. Atasının hərbiçi kimi müharibədə həlak olduğuna görə ona 236 rubl pensiya verilirdi. İlyas bəy 1941-ci ildə İkinci Dünya müharibəsində iştirak edir və 1942-ci ildə atası kimi döyüş meydanında həlak olur. Fuad bəy isə Tiflis hərbi məktəbini bitirir. Çar Rusiyasının ordusunda rotmistr rütbəsinə qədər yüksəlir, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavanşir polkunun komandiri olur.

Sovet dövründə Qızıl Ordunun müxtəlif hərbi korpuslarında, polklarında işləyir və podpolkovnik rütbəsinə qədər yüksəlir. 1930-cu ildə Gəncədə hərbi inspektor işləyərkən həbs olunur. Xan nəvəsi olduğuna görə represiya qurbanı olur.

Asiya xanım Qadın xeyriyyəçi İnstitutunu qutarır, ona, atasının müharibədə həlak olduğuna görə 356 rubl pensiya kəsilir.

Məmmədhəsən bəyin nəslindən olanlar Talışinski və Talışxanov soyadını götürüblər.

Talışxanovlar nəsli Azərbaycanın hərbi tarixinə böyük generallar vermişdir. Xüsusi qeyd etmək istəyirəm ki, Məmmədhəsən bəyin qardaşları Kazım bəy, Əsəd bəy və Xəlil bəy də general-mayor idilər.

Təsadüfi deyil ki, Azərbaycanın ilk general-leytenantı məhz bu nəsildən olan Talış Xanı Mir Mustafa Xan olmuşdur. Hesab etmək olar ki, Talışxanovlar nəsli, bu nəsli təmsil edən hərbiçilər, tək öz nəsillərinin adını yox, AZƏRBAYCANIMIZIN da adını nəinki Qafqazda, demək olar ki, bütün dünyada tanıdan lider nəsillərdən biridir....

Mən hesab edirəm ki, general Məmmədhəsən bəy Talışxanov haqqında sənədli film hazırlanmalı və onun həyatı tədqiq edilməlidir.

Mənbələr:
1. Azərbaycan Mərkəzi Arxivi
2. Rusiya Mərkəzi Arxivi
3. Gürcüstan Mərkəzi Arxivi.
4. Razzaq Xansuvarov "Kazım bəy Talışxanov” "Tolışon Sədo” nöm: 07(19) 03 mart 2012-ci il
5. Qafqaz təqvimi 1913-cü il.
6. E.İsmayılov "Geneologiya Talışinskix i Talışxanovıx”



Razzaq XANSUVAROV-TALIŞXANOV,

"Tolışon Sədo” nöm: 11(23), 31 mart 2012




 

Категория: Şəxsiyyətlər | Просмотров: 2672 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus