Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Август » 25 » Məlunların “Qır qazanı” intrizarı
14:35
Məlunların “Qır qazanı” intrizarı
Bu yazımı talış dilinin bəzi incəliklərinə həsr etmək istəyirdim. Tədqiqatçılara, alimlərə xeyli ipucu vermək fikrim var, ancaq bəzi məsələlər, hansılar ki, daha vacibdirlər, bu yazımın profilini dəyişdi, qəzetin mütamadi çıxa bilməməsi çox mətləbləri arxa plana atdığı üçün, bu məsələni də arxa plana atası oldum...

D-r Hilal Məmmədovun məzhəkəli məhkəmələri

D-r Hilal Məmmədovun məhkəməsi "təkərə” düşüb, yəni köhnə dilnən desək "tupikə dirənib”. A kişi bu boyda düz-qoş məhkəmə işinin deyəsən zayını çıxardacaqılar. Vallah bu düz-qoşu o qədər tələm-tələsik ediblər ki, bəzi şeyləri nəzərdən qaçırdıblar. Hətta "şahid” qismində illər bundan əvvəl həyatını dəyişmiş, hər iki gözü görməyən, kənar şəxslərin köməkliyi ilə hərəkət edən böyük şair Tofiq İlhamı da "işə cəlb” ediblər.  İndi d-r Hilal Məmmədov nə qədər car çəksə də ki, "Tofiq İlham hər iki gözünün nurundan məhrum idi və 10 ildən çoxdur ki, həyatda yoxdur, mən onunla necə İrandan narkotik ala bilərdim?”, bunu sanki nə hakimlər, nə də prokuror eşitmirlər, çünki bunu eşitmək onlara yasaq edilib. Mən bütün bunları bir-bir oxucuya çatdıracam, ancaq aramla...

Artıq 5-ci həftədir ki, ikinci "hal” şahidini tapa bilmirlər, (digər hal şahidi dünyasını dəyişib) hər həftə "taparıq” desələr də, tapa bilmirlər ki, bilmirlər. Deyilənə görə hal şahidi bu saxta məhkəmədə ifadə verməmək üçün iyun ayında respublikanı tərk edərək Rusiyanın Novosibirsk şəhərinə "uçub”. İndi prokuror dirənib ki, gəlin hal şahidinin ibtidai istintaqa verdiyi ifadəni əsas götürək, di gəl ki, müdafiə tərəfi bununla razılaşmır, dirəniblər ki, hal şahidini gətirin, bunu da onunla əsaslandırırlar ki, d-r Hilal Məmmədovun işində real şahid hələ olmayıb, polislər xaric, bütün şahidlər "ölü canlardır”, yəni hamısının ifadələrini oxumaqla məhkəmə olmaz. İndi bunu konpensasiya etmək üçün 14 avqust məhkəməsinə Nizami rayon polis idarəsinin müstəntiqini, hansı ki, d-r Hilal Məmmədovun işini aparırdı, dəvət etdilər. Müstəntiq "yalan danışmayacağına” and içsə də, xeyli yalan danışdı. İlk olaraq vəkillər müstəntiqdən d-r Hilal Məmmədovun yaşadığı evdə vəkillərin iştirakı olmadan aparılan axtarışda Baş Narkotiklərlə mübarizə idarəsinin (idarənin adı nə isə əndrabadi səslənir) işçilərinin (oxu: üzə duranlarının) iştirak etmə səbəbini soruşdular. Müstəntiq: "bu mənə tapşırılmışdı, onlar d-r Hilal Məmmədovun evinə narkotik qoymalı idilər” deməkdənsə, (axı and içmişdi) "bu əməliyyatın davamı idi” dedi. Əslində ikisi də eyni şeydir, yəni həmən üzəduran polislər necə küçədə d-r Hilal Məmmədovun cibinə, mobil telefonunu çıxardaraq narkotik qoymuşdularsa, o cür də evinə narkotik qoymalı idilər ki, buna da şəraiti həmən müstəntiq yaratdı. Sağ olsunlar, çörəylərini "daşdan” çıxardırlar, nə olsun ki, kiminsə tifaqı dağılır? Təki öz tifaqları ac qalmasın. Hə, müstəntiqə ünvanlanmış digər sual da maraqlı idi: Niyə tapılmış narkotik paketlərindən barmaq izləri götürülmədi? Təbii ki, müstəntiq burda da belə deməli idi: Ona görə ki, orda ancaq Baş Narkotiklərlə mübarizə idarəsinin üzəduranlarının əl izləri var idi, ancaq deyə bilmədi, daha doğrusu bunu dolayısı ilə dedi: Ehtiyac görmədik! Dahiyanə etiraf! Necə ehtiyac görərdilər ki, dəqiq bilirdilər ki, orda öz barmaq izlərindən başqa iz yoxdur! Yox, müstəntiqi qınamıram, zatən o buyruq quludur, ancaq Hilal məllimin xeyrinə də nə isə edib. Məsələn 25-ci Polis Bölməsinə Hilal məllimin narkotiklərlə əlaqəsinin olub-olmaması barədə sorğu verib və həmən sorğuya cavab verən bölmə rəisi bildirib ki, onlarda bu barədə məlumat yoxdur, yəni Hilal Məmmədov narkotiklərlə məşğul olsa idi 25-ci bölmənin əməkdaşları ən azı ondan aylıq lop alardılar və rəisin də bundan xəbəri olardı. Ancaq bu məlumatı Nizami rayon Polis İdarəsinin rəis müavini alt-üst edib, o, müstəntiqə ünvanladığı məktubunda bildirir ki, bəs sən demə Hilal Məmmədov böyük narkobaron imiş və Polis İdarəsində bu barədə kifayət qədər təkzibolunmaz faktlar varmış. Düzdür, həmən faktları məhkəməyə "sirrdir” deyərək təqdim etmirlər, (olmayan şeyi necə təqdim etsinlər?) ancaq hakim üçün bunun heç bir qəpiklik dəyəri də yoxdur, çünki hakim Hilal Məmmədovun olmayan günahını ona sübut etməkdə israrlıdır, bu bütün məhkəmə prosseslərində hiss olunur, hakim daima "şahid”lərin müdafiəçisi rolunda çıxış edir, vəkillər şahidlərdən düzgün ifadə almaq üzrə olarkən hakim dərhal müdaxilə edərək şahidə "sən belə demək istəyirsən də, yox?” cümləsi ilə nə deməli olduğunu xatırladır. Hə, keçid alım həmən mobil telefona ki, hansını ki, baş narkobaronlar idarəsinin əməkdaşları çıxardanda Hilal məllimin cibinə narkotik qoymuşdular. Demək telefonu d-r Hilal Məmmədovun cibindən çıxardıb, əvəzinə narkotik qoyandan sonra ağıllarına gəlmir ki, həmən telefonu yerinə, yəni yenidən cibə qoysunlar. (narkotik istifadə etməkdən beyinləri quruyub, ağıl qalıb ki?). özlərinin "hal” şahidlərinin yanında d-r Hilal Məmmədovun ciblərini boşaldırlar, bunu protokollaşdırırlar və ... telefon yaddan çıxır. 50 nəfər pezəvəng, dünya çempionu, nə bilim daha kimlər bu protokolu imzalayırlar və telefonu, hansını ki, d-r Hilal Məmmədovdan "götürməyiblər” (hər üç polis məhz belə ifadə verdilər: Hilal Məmmədovda telefon yox idi!), maddi sübut kimi həmən müstəntiqə təhvil verirlər. Vəkillərin müstəntiqə: "Hilal Məmmədovun telefonu sizə necə verildi?” sualına müstəntiq: "işin içində idi” deyərək, cavab verdi. Vəkillər bütün protokolları ələk-vələk elədilər, heç bir protokolda d-r Hilal Məmmədovdan telefonun müsadirəsi barədə qeyd yox idi, ola da bilməzdi, çünki yuxarıda qeyd etdiyim kimi telefonu cibdən çıxardıb, yerinə narkotik qoyublar, protokollaşdırıb, sənədi müstəntiqə veriblər, sonra qəbul etdikləri narkotikin təsiri keçəndən sonra yadlarına düşüb ki, ay dadi-bidad, bəs telefon bizdədir, dərhal onu müstəntiqə təhvil veriblər. Normal, sivil ölkədə yaşasa idik d-r Hilal Məmmədovu dərhal azad edib, həmən narkotacirləri içəri basardılar. (yeri gəlmişkən, həmən polislərin narkoticarətlə məşğul olmaları barədə "Yeni Müsavat” qəzeti böyük araşdırma yazısı ilə çıxış edib)

Keçid alım 21 avqust məhkəməsinə. Bu məhkəmədə ən əsas fakt o oldu ki, d-r Hilal Məmmədov elman quliyevin 2007-ci ildə müstəntiqə verdiyi videogörüntülü izahatının məhkəmədə baxılmasını tələb etdi və bunu onunla əlaqələndirdi ki, bəs elman quliyev həmən video izahatında etiraf edir ki, o 1973-cü ildən xüsusi xidmət idarələrinin əməkdaşı olub, bu müddət ərzində ondan "bəhrələniblər” və bundan sonra da ondan "bəhrələnmək” olar. Hətta irəli gedərək "mən ağ kağıza imza edim, siz nə istəyirsiz yazın, düzün-qoşun, məndən faydalananın” deməyi də unutmayıb. Təbii ki, prokuror bu vəsatətin əleyhinə heç özünün də anlamadığı bir etiraz çıxışı etdi və prokurorun ağzını güdən hakimlər dərhal vəsatəti rədd etdilər və məhkəmə dinləmələrinin bitdiyini elan etdilər. Növbəti məhkəmə şousu prokurorun ittiham çıxışı ilə sentyabrın 4-nə təyin olundu.

D-r Hilal Məmmədov isə hələ də günahsız yerə zindandadır, Dövlət başçısı isə hələ də bu məsələyə münasibət bildirməyib, baxmayaraq ki, dəfələrlə ona bu barədə məktublar göndərilib, 4000 insanın imzası ilə d-r Hilal Məmmədovun azadlığa buraxılması xahiş edilib, ancaq cavab yoxdur, görünür ki, olmayacaq da...

Nə isə, bu şou bir daha göstərdi ki, bizdə günahın olub-olmaması əsas deyil, əsas sənə "Talış olduğun üçün sifariş edilmiş” hökmdür, bu hökmü isə hökmən oxuyacaqlar, necə ki, mərhum USTAD Novruzəli Məmmədova oxudular....

Şəhidlik zirvəsi

Şəhidlik zirvəsini hərə bir cür başa düşür, şəxsən mənim üçün şəhidlik anlayışı bir az başqa məna verir, bu böyük mübahisə predmeti olduğu üçün bununla işim yox. Ancaq onu bildirməyi özümə borc bilirəm ki, mənim üçün, və eləcə də özünü TALIŞ dərk edən hər kəs üçün USTAD Novruzəli Məmmədov ŞƏHİDdir! Kim bunu necə başa düşür-düşsün, əgər bu cümləni işlətmək özü cinayətdirsə, mən USTADa ŞƏHİD deyib, bu cinayəti sevə-sevə edirəm... Çünki dünyada ölümünü millətinə bəxş etmiş iki dahi şəxs olub: biri Yasir Ərafat, digəri USTAD! USTAD artıq 4 ildir ki, bizimlə deyil, düzdür, mənim Onunla şəxsi tanışlığım olmayıb, ancaq Onun həyat yolunu araşdırdıqca başa düşürəm ki, bu İNSAN bütün şüurlu həyatını, fəaliyyətini, hətta ölümünü də MİLLƏTinə ərməğan edə bildi, bunu Onacan edə bilməmişdilər, Ondan sonra da heç kəs edə bilməyəcək. 

Biz, Talış Mədəniyyət Mərkəzinin bir dəstə üzvü avqust ayının 17-də, USTADın ŞƏHADƏTə yetdiyi günün 4-cü ildönümündə Onun və övladlarının Ostoronun Arçon kəndində yerləşən məzarlarını ziyarət etdik, axund Əli ŞƏHİDin və övladlarının ruhuna YASİN əta etdi, bir daha bu cinayəti törədənləri nəhlət ilə yad etdik, bir daha əmin olduğumuzu bildirdik ki, bu cinayəti edənlər də, ona qol qoyanlar da gec-tez bu cinayətin cəzasını alacaqlar, mən buna əminəm, Xıdo gec edər, güc edər. Qır qazanları sizləri gözləyir ey ALİMə şər atan məlunlar.... 

Cərrahi müdaxilə

Mənim sağlamlıq durumum get-gedə ağırlaşır, təxirəsalınmadan cərrahi müdaxilə lazımdır, bu isə böyük məbləğdə pul deməkdir. Dostların təklifi ilə ictimaiyyətə müraciət etdim, ancaq heç faydası olmadı, bir-iki nəfər xaric, səsimizə səs verən tapılmadı. Görünür kömək etmək istəyənlər olsa da, nədənsə çəkiniblər, azmı olub qəzetə 20 manat ianə edənləri çağırıb: "Qudurmusan? Biznesivi bağlayaq? Nədi, talış separatçısına dəstək olursan?” deyiblər? (özünü talış dərk edirsənsə, vətənşüvənlərin gözündə separatçısan). Başa düşürdüm ki, bu müraciətim çox insanı narahat edəcək, bəziləri hətta vicdanı qarşısında xəcalətli qalacaq. Hər necə olsa da mənim cərrahi əməliyyatım qeyri-müəyyənlikdədir, ancaq heç kəsdən də incimirəm, heç kim heç kimə borclu da deyil, əslində məni dövlət pulsuz əməliyyat etdirməlidir, nə edim ki, bizdə pulsuz heç nə olmur. Nə isə, yaxınları, tanışları həmən müraciət ilə narahat etdiyim üçün onlardan dönə-dönə üzr istəyirəm və sizlərə söz verirəm ki, bir daha bu məsələyə qayıtmayacam.

Bıjyo Tolış!


Rafiq Cəlilov
"Tolışon Sədo" N: 54, 23 avqust 2013-cü il



Категория: Azərbaycan | Просмотров: 1745 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus