Главная » 2011»Июнь»6 » Mədodə (Mahmudavar) təbii fəlakət baş verib
19:58
Mədodə (Mahmudavar) təbii fəlakət baş verib
Ötən gün saat 23.20 radələrində şimşək çaxması nəticəsində Masallı rayonun Mədo (Mahmudavar) kəndində bir evə ildırım düşüb.
İldırım kənd sakini, 1937-ci il təvəllüdlü, I qrup gözdən əlil Balakişi İsa oğlu Qubadovun birmərtəbəli, beş otaqlı fərdi yaşayış evinin dam örtüyünü dağıdaraq, qapı-pəncərələri yararsız vəziyyətə salıb, evdəki elektrik-məişət cihazlarını sıradan çıxarıb. Xoşbəxtlikdən ildırım düşən evdə heç kim olmadığından 8 nəfərlik ailə üzvlərindən xəsarət alan olmayıb.
Mövcud vəziyyət barədə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional İdarəsinə və Masallı Rayon İcra Hakimiyyətinə məlumat verilib və hər iki qurumdan gələn nümayəndələr evə baxış keçirərək akt tərtib ediblər.