"ABŞ-da 25 namizədi həbsxanaya basdılar, bu necə demokratiyadır?" "Sarkozi Qəddafidən 150 milyon dollar pul aldı, üç ildən sonra isə Qəddafinin başına bomba yağdırdı, xüsusi təyinatlılar onu zorladı və öldürdülər".
"Qərb demokratiyası barədə mif yaradıblar. Bizdə keçirilən seçkilər Qərbin xoşuna gəlmir. Qoy Amerikaya gedib orada seçkilərin necə keçirildiyini görsünlər. Məncə, 50 milyon nəfər seçki siyahısına salınmadığı üçün səs verə bilmədi. 23, ya da 25 prezidentliyə namizəd vardı. Ancaq siz yalnız Obama və Romni haqqında eşitdiniz. Qalan 25 namizədi bu "balinalarla" diskussiyaya cəhd etdiklərinə görə həbsxanaya saldılar".
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə bu gün Belorus prezidenti Aleksandr Lukaşenko çıxış edib.
Belorus Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi əlaqələr fakültəsinin tələbələri qarşısında çıxış edən Lukaşenko deyib: "Öz qanunları ilə gəlıb "bostanımıza" girir və bizi öyrətməyə çalışırlar. Lazım deyil, seçkiləri biz özümüz keçiririk".
Belorus prezidenti Avropa ölkələrində kütləvi aksiyaların zorakılıqla dağıdılmasını da tənqid edib: "Bu demokratiya söhbətlərini yığışdırmaq lazımdır. Baxın, İspaniya, İtaliya, Fransa, Yunanıstandakı nümayişlərdə nələr baş verir? Orada heç kim nümayişçilərin nazı ilə oynamır. Siz məni diktator olmaqda qınayırsınız. Ancaq özünüz hər gün insanları su və gözyaşardıcı qazla "sulayırsınız". Nə qədər insanı əzmisiniz? Bu barədə heç kim danışmır. Əfqanıstanda milyonlarla insanı öldürdünüz. Neft lazim olanda İraqı yerlə-yeksan etdiniz. Sarkozi böyük demokrat idi, amma liviyalı Qəddafidən 150 milyon dollar pul almışdı. Pulu aldı, üç ildən sonra isə Qəddafinin başına bomba yağdırdı, xüsusi təyinatlılar onu zorladı və öldürdülər. Bəyəm bu demokratiyadır?"