Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Май » 9 » Əliyevlərə bağlı şirkət "Eurovision" sarayından nə qədər qazanıb?
23:51
Əliyevlərə bağlı şirkət "Eurovision" sarayından nə qədər qazanıb?
"Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl yeni jurnalist araşdırmasını təqdim edib. Mayın 9-u axşam saatlarında radionun saytında yerləşdirilən araşdırmanı olduğu kimi təqdim edirik:

"BAKU CRYSTAL HALL"U PREZIDENTIN AILƏSINƏ YAXIN ŞIRKƏT TIKIR?


OCCRP və AzadlıqRadiosunun əldə etdiyi sənədlər göstərir ki, "Baku Crystal Hall”un inşasında iştirak edən şirkətlərdən birinin Azərbaycanın birinci ailəsi ilə bağlılığı var. Söhbət Azenco şirkətinin Azərbaycan prezidentinin ailəsinə məxsus olması barədə sənədlərdə gedir.
Bir neçə gündən sonra qırxdan çox Avropa ölkəsinin ictimai kanalları Xəzər dənizinin sahilində yenicə inşa olunmuş – "Baku Crystal hall"dan qitənin ən böyük mahnı yarışmasını canlı yayacaq.

"Eurovision 2012" mahnı yarışmasının keçiriləcəyi "Crystal Hall"un tikintisinə Azərbaycan prezidenti ölkənin keçən ilki qalibiyyətindən bir neçə gün sonra - iyulun 8-də sərəncam verib.

Ötən bir ilə yaxın vaxt ərzində həm prezident, həm də onun "Eurovision 2012" Müsabiqəsinin Təşkilat Komitəsinə rəhbərlik edən xanımı Mehriban Əliyeva dəfələrlə tikinti sahəsində olub, işlərin gedişi ilə maraqlanıb. Amma OCCRP və AzadlıqRadiosunun əldə etdiyi sənədlərə görə  prezidentin və birinci ledinin "Crystal Hall"un inşasına aidiyyətləri təkcə sadalananlarla bitmir…

ALMAN ŞİRKƏTİ AZENCO-NU SUBPODRATÇI SEÇİB


"Crystal Hall"un inşaatının Almaniyanın "Alpine Bau Deutchland AG” şirkəti tərəfindən aparıldığı elan edilib. Amma tikinti meydançasında üzərində AZENCO yazılan texnika gözə dəyir.

Azərbaycan büdcəsinə ən azı 105 milyon manata başa gələn bu tikilinin inşasında Azenco şirkətinin subpodratçı olduğunu şirkətin Bakıdakı nümayəndəsi Rolf Herr təsdiqləyib.

Amma cənab Herr detallara varmaqdan imtina edib. Alpine Bau-nun baş ofisinə - mətbuat xidmətinə yazdığımız məktubu aldıqlarını təsdiqləsələr də, cavab verməkdən imtina ediblər.
Şirkət niyə məhz bu podratçını seçdikləri və Azenco-nun kimə məxsus olduğu ilə bağlı sualları cavabsız saxlayıb.

AZENCO-NUN PREZİDENT AİLƏSİNƏ YAXINLIĞI BARƏDƏ SƏNƏDLƏR


Azenco-nun rəsmi məlumatlarında göstərilir ki, onun payının 97,5 faizinin sahibi İnterenerji şirkətidir. Interenerjinin əsas – 70 faizlik payının sahibi isə Ador MMC-dir.

Ador MMC Bakıda Səməd Vurğun küçəçi 7 ünvanında qeydiyyatdan keçib. Bir müddət öncəyə qədər həmin ünvanda 3 seçici qeydə alınmışdı – Mehriban Arif qızı Əliyeva, Leyla İlham qızı Əliyeva, Arzu İlham qızı Əliyeva.

ADOR MMC həm də Express bankın təsisçisidir. Bankın illik hesabatlarında da bu şirkətin ünvanı Səməd Vurğun küçəsi 7 olaraq göstərilir.

Azadlıq Radiosunun 2010-cu ildə apardığı araşdırma S.Vurğun küçəsi 7 ünvanın sakinlərindən birinin – Arzu Əliyevanın dövlətə məxsus Azalbankı qeyri-qanununi özəlləşdirdiyini üzə çıxarmışdı. Azərbaycan prezidentinin sözçüsü Azər Qasımov həmin ünvanda qeydiyyatdan keçmiş və Silkwaybank-ın səhmlərinin sahibi Arzu Əliyevanın Azərbaycan prezidenti İlham Əliyevin övladı olduğunu təsdiqləmişdi.

Contact.az saytında dərc olunmuş başqa bir araşdırma isə ölkədə bir neçə bankın eyni ünvanla bağlılığını üzə çıxarmışdı.

Əliyevlərin Azenco-dakı marağı və büdcədən maliyyələşən böyük layihələrdə bu şirkətin iştirakı ilə əlaqədar maraq konflikti barədə suallarımızı prezidentin sözçüsünə ünvanlasaq da, cavab ala bilməmişik.

EUROVISION-2012-NİN "CRYSTAL HALL”A GÖRƏ TİKMƏYİBLƏR?


Eurovision-2012 tədbirinin koordinatoru Sietse Bakker isə sorğumuza cavab olaraq bildirib ki, "Crystal Hall”un Eurovisiona aidiyyatı yoxdur. Onun iddiasına  görə, hökumətin bu zalı müsabiqə Bakıda keçirilməsə də tikmək planı var idi. Yeni idman-konsert kompleksinin inşası barədə sərəncamın tarixinin məhz Eurovision qələbəsindən sonraya təsadüf etməsi Sietse Bakker üçün tutarlı arqument deyil: "Bu cür işlərin planlaşdırılması üçün adətən daha uzun müddət tələb olunur. Digər tərəfdən, bu layihəni Almaniya və Avstriyanın Alpine Bau və Nüssli şirkətləri həyata keçirir. Yerdəki subpodratçıları da onlar seçirlər.

Onu da nəzərə alın ki, "Baku Crystal Hall” həm də 2020 Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi üçün təklif paketinin tərkib hissəsidir”.

Birinci ledinin rəsmi səhifəsinə ünvanlanan sorğumuz da cavabsız qalır.

"CRYSTAL HALL” AZENCO-UN YEGANƏ LAYİHƏSİ DEYİL


Hərçənd ki, "Crystal Hall” Azenconun maraq konflikti ilə bağlı şübhə doğuran yeganə layihəsi deyil. Bu şirkət həm də Crystal Holl-un yaxınlığında Azərbaycanın son illərdə ən çox müzakirə olunan daha bir layihəsində – Dövlət Bayrağı Meydanının tikintisində çalışıb.

Bayraq Meydanı dünyanın ən uca bayraq dirəyi ilə Ginnesin Rekordlar kitabında yalnız bir neçə ay qala bildi. Mərkəzi Asiyanın ən kasıb ölkəsi Tacikistan daha uca bayraq dirəyi inşa edənə qədər. Bu bir neçə aylıq birincilik isə Azərbaycan büdcəsinə azı 30 milyon manata başa gəlib.

Bu məbləğin 20 milyon manatı prezidentin 532 (26 oktyabr 2009) və 1052 (3 avqust 2010) saylı sərəncamları ilə dövlət başçısının Ehtiyat Fondundan, 10 milyon manatı isə birbaşa 2011-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinin 260 S (25 avqust 2011) saylı sərəncamı ilə ayrılıb.

Nazirlər Kabinetinin sözçüsü Akif Əli ayrılan məbləğin hansı hissəsinin dirəyin layihəsini vermiş Trident Support şirkətinə, hansı hissəsinin Azenco-ya çatdığı, niyə məhz Azenconun partnyor olaraq seçildiyi barədə sulları cavablandırmaqdan imtina etdi. Dəfələrlə etdiyimiz telefon zənglərinə özü cavab verməyib, köməkçisi isə sualımızı və telefon nömrəmizi qeydə alsa da, heç bir cavab almamışıq.

Azenco-nun dövlət xərclərində iştirakı bununla bitmir.

Ölkənin müxtəlif yerlərində üzərində Azenco simvolu olan avadanlıqları iş başında görmək olar. Dövlət Satınalmalar Agentliyinin qeydlərinə əsasən, təkcə 2011-ci ildə bu şirkət dövlət büdcəsindən təqribən  62 milyon manatlıq müxtəlif sifarişlər (cədvələ bax) alıb. Qeyd edək ki, Satınalmalar üzrə Dövlət Agentliyinin qeydiyyat bazası heç də bütün dövlət sifarişlərini əhatə etmir.

Sıra nömrəsi 
        Sifarişçi    
  Sifariş    
Podratçı şirkət   Kontraktın həcmi
13819"Azərenerji" ASC-nin" Azərbaycan Elmi-Tədqiqat və layihə-Axtarış Energetika İnstitutu" MMC
Mühəndis-geoloji və hidrogeoloji qazma işlə-rini yerinə yetirmək üçün qazma maşınları-nın satın alınması
"Azenco"  
2935000
10515 
"Azərenerji" ASC-nin "Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMC
Geoloji cihazların satın alınması 
  "Azenco"34077.11
1539"Azərenerji" ASC 
Cari təmir işlərinin satın alınması 
"Azenco" 
  49000.12
1383
"Azərenerji" ASC 
Asiya İnkişaf Bankının dövlət zəmanətli krediti hesabına "220 kV Zab-rat yarımstansiyasının və Hövsan-Şimal ES-Zabrat-Sənaye Qovşağı elektrik verilişi xətlərinin (220 kV Şimal xətləri-nin) tikintisi" layihəsi üzrə işlərin satın alınması  
  "Azenco"
58950728.64

 
Cəmi:                61968805.87
 
AZENCO-NUN TARİXÇƏSİ


Ekspertlər Azenco-nun energetika ilə bağlı  tikinti sifarişlərini udmasına təəccüblənmirlər. Azenco vaxtilə Azərenerji ASC-nin tikinti qanadı olan Azərenerjitikinti ASC-nin bazasında yaradılıb və bu sahədə böyük təcrübəyə malikdir.

Amma Turan informasiya agentliyinin eksperti Hafiz Babalı böyük potensialı olan tikinti nəhənginin özəl əllərə verilməsində sual doğuran məqamları xatırladır. Onun sözlərinə görə, Azərenerjitikintinin 97,5 faizinin bir şirkətin - İnterenerjinin əlinə keçməsi özəlləşdirmənin açıq hərracda deyil, o qədər də şəffaf olmayan investisiya müsabiqəsi yolu ilə həyata keçirilməsi sayəsində mümkün olub:

"İnvestisiya müsabiqəsində rəqiblərin kim olduğu, hansı təkliflərin verildiyi belə açıqlanmadı”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin direktoru Azər Mehtiyev deyir ki, Azenco ölkədə böyük neft pullarının mənimsənilməsi üçün istifadə olunan sxemin bariz nümunəsidir:

"Böyük neft pullarının gəlişi, dövlət mülkiyyətinin bölünməsi və iqtisadiyyat sahələrinin inhisara alınmasının paralel getməsi sayəsində neft pullarının mənimsənilməsinə şərait yaradan bir sistem qurulub. Neft pulları ilə maliyyələşən böyük infrastruktur layihələri əsasən yüksək vəzifəli məmurlara aid şirkətlər arasında bölüşdürülür və mənimsənilir.

Vergi strukturlarının şirkətlərin sahibləri ilə bağlı məlumatları gizli saxlaması, bir çox hallarda isə dövlət sifarişlərinin  ofşor zonalarda yaradılan, sahibi bilinməyən şirkətlərə verilməsi ictimaiyyətin prosesə nəzarətini qeyri-mümkün edir".

Mehtiyevin sözlərinə görə, prezidentin ailəsinin biznes maraqları ilə bağlı məlumatları əldə etmək xüsusilə çətindir. 

PREZİDENT ÖZ GƏLİRLƏRİNİ BƏYAN EDİBMİ?


Azərbaycanda 2004-cü ildə qəbul edilən "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna görə, vəzifəli şəxslər özlərinin və ailə üzvlərinin gəlirlərini və gəlir mənbələrini bəyan etməyə borcludurlar. 2005-ci il avqustun 9-da (278 saylı fərman) prezident fərman verərək Nazirlər Kabinetinə tapşırıb ki, iki ay müddətində bəyannamə formasını hazırlasın. Amma indiyə qədər, nə forma hazırlanıb, nə də prezident də daxil olmaqla, hansısa məmur gəlirlərini bəyan edib.

Seçkilərdən əvvəl bütün namizədlər üçün məcburi olan gəlir bəyannaməsini prezident və onun deputat olan xanımının təqdim edib-etmədiyi bəlli deyil. Mərkəzi Seçki Komissiyası bu barədə sorğulara cavab vermir. Azərbaycan prezidenti 2011-ci ilin əvvəlində ölkədə korrupsiyaya qarşı mübarizədə sərt addımların atılacağını bəyan edib.
Onun özünün və ailə üzvlərinin qeyri-şəffaf özəlləşdirmə və investisiya layihələrindən yararlanması ilə bağlı suallar isə hələ də cavabsız qalır.

 

Категория: Azərbaycan | Просмотров: 1802 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus