Lik rayonunun ərazisinə bir metrdən çox qar yağıb.
Bunu Lik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov Azadlıq Radiosuna deyib. Nəticədə elektrik enerjisinin verilməsində, rabitə xətlərində problemlər yaranıb. Rayonun 70 kəndi indiyə kimi işıqsızdır.
Habil Məlikov: «Qar işıq təsərrüfatına ziyan vurub. Bu təbiidir, 60-cı illərdə tikilən təsərrüfatdır. Ondan sonra təmir-bərpa işləri aparılmayıb. Xırda qar-yağış onu dağıdır. Qar bir metrdən çoxdur».
Lankon-Lik yolunda hərəkət bərpa olunub.
Lankon rayonun dağlıq ərazisində də qar çətinliklər yaradıb. Rayonun Qəqıron kənd sakini Əli Axundov deyir ki, 5 kənd işıqsız qalıb:
«Bu ərazi rayondan 40 kilometr uzaqlıqda yerləşir. Təbii fəlakətlə əlaqədar yada düşmür. Bu kəndə baxılmır. Dünəndən yollar bağlanıb, maşınların gediş-gəlişi dayanıb. Elektrik də yoxdur».
Qəqıron ərazi nümayəndəsi İsmayıl Cəfərov elektrik xətlərinin bərpası istiqamətində işlər görüldüyünü bildirdi. Onun deməsinə görə, yollarda hərəkət var.