Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2014 » Январь » 22 » Əli Nasir Azərbaycan ictimaiyyətinə müraciət etdi
02:14
Əli Nasir Azərbaycan ictimaiyyətinə müraciət etdi
And olsun Allaha, bu məmləkətdə milli qardaşlıq ədaləti bərpa olmasa, vətəndaş azadlığı olmasa, Allahtaala bu ərazidən rəhmət nəzərini çəkəcəkdir 

Milli ədavət qızışdıran yaşlılar müxənnətdən betərdir

Mən inqlab etmiş və onun əziyyətlərini çəkmiş bir fədaiyəm. Mənim silahdaşlarım çoxusu şəhidlər xiyabanında uyuyur. Allah rəhmət eləsin! 

Mənə deyirlər ki, şair sən ancaq şer yaz. Qəbul. Lakin bunu mənə deyənlər də bəzən olanlardan yan keçirlər. İndi talışın "skoros” öyrənmək vaxtı deyil. Bu cür ucuz işlərə baş qoşmaq əvəzinə bir yavanın ağzını bağlamaqla məşğul olmaq məsləhətdir. 

Bütün Azərbaycan: iqtidarı da, müxalifəti də yaxşı bilir ki, mənim vəhdət pozan, ara qarışdıran, talışı pisləməklə guya özünü "vətənpərvər lənkəranlı” kimi göstərən nadürüstlərə cavab verməyə mənəvi haqqım çatır. Siz yazmırsınız məcburam mən yazam. Kimə? AXCP, MUSAVAT, Vətəndaş Həmrəyliyi, ADP, ƏDALƏT və digər müxalifət partiyalarına və iqtidar partiyasına, Azərbaycan hökumətinə, Qafqaz Müsəlmanları İdarəsinə və bütün beynəlxalq təşkilatlara, səfirliklərə, AŞ-na, BMT-yə, müsəlman dövlətləri konfransına, müraciət edəm ki, ey İnsanlar, bu ölkədə nə vaxta kimi talış əsilli olduğumuz üçün bizə SEPARATÇI və yaxud başqa ölkələrin kəşfiyatçısı damğası vurulacaqdır. Hökumət bizə münasibətini bilmərrə dəyişməlidir. Biz Azərbaycanın əsil vətəndaşlarıyıq. Burada yaşayan bütün millətlərə və vətəndaşlara qardaşlıq iddiamız var. Bizdən düşmən düzəltmək istəyənlərə isə deyirəm: Ay vicdansızlar, 1988-1989-1990-1991-1992-ci illəri yada salın. Biz deyildikmi Ümumxalq Azadlıq Hərəkatının ön cərgələrində digər millətlərdən olan qardaşlarımızla Müstəqil Azərbaycan naminə ölümə atılanlar. 

Qarşıda yenə sınaq günləri olacaq. Bu tarixdir, bu əbədiyyət yoludur. Biz bir-birimizi qaralamaqdan əl çəkməliyik. Biz yenə qardaşcasına Azərbaycan naminə yaşamalıyıq. Dedi-qodu əvəzinə demokratikləşmə, milli torelantlıq məsələsinin inkişafına xidmət etməliyik. Mən siyasətçi deyiləm. Bu o demək deyil ki, Azərbaycan istiqlaliyyətinin ən çətin məqamlarında vəzifələrdə piylənən, bu gün hər şey asanlaşandan sonra bizim kimi canını Vətən üçün qoymuş, bu yolda zindanlarda min bir əzab çəkən insanlara şər atan fitnəkarların böhtanlarına susub ötürməliyik peysərə. Artıq dözmək olmur. Bir var əvvəldən özü üçün yaşayan olasan, bir də var ki, millət üçün yanan olasan. Kişi, ağzımızı aça bilmirik bu məmləkətdə. Bir də görürsən şərəfi bir qəpiyin dördə birinə dəyməyən biri qalxıb deyir: Suss, talış, separatçı! Ada, nolub? Kimdi separatçı? 

Axı bu gün Milli Şura yaradılıb ki, millət demokratik yolla bir az da irəliləsin. Çox gözəl. İrəliləyək də. Ay müxalifət rəhbərləri bir deyin görüm, bu Milli Şura deyəndə nə başa düşülməlidir? Əyər bu şura təkcə Azərbaycan Türkləri mənasında Milli Şuradırsa, bunun adını elə də qoyun, biz də işimizi bilək. Yox bu şura Azərbaycan və Azərbaycanlıların necə deyərlər ümummilli şurasıdırsa onda bizə qarşı səslənən o "separatçılar” sözü nə deməkdir. O xarici kəşfiyata işləyirsiniz nə deməkdir? Demirsiz biz qardaşıq, Olaq da. Nə istəyirsiz? 

Deyirsiz iqtidar avtoritardır, klandır nə bilim nə. Mən siyasətçi deyiləm, o sözləri də yaxşı bilmirəm. Siz bilərsiz. Bəs axı siz də elə çıxır ki millətçisiz. Necə olur döşünə döyüb mən türkəm deyənə nə mutlu deyirsiniz, mən talışam deyənə separatçı? Düzdür indi deyəcəksiniz ki, əsla, əsla biz belə düşünmürük və demirik. Bəs axı gözünüzün qarasının ağının önündə bizə belə deyənlər var, sıranızda onu da başa çəkirsiz. 

Təkidlə tələb edirəm: Mövqeyinizi bildirin bəylər, cənablar, yoldaşlar, qardaşlar! Əşi, təklikdə hansınızla söhbət edirəm deyirsiniz: Qardaş, can, Əli Nasir doğru deyirsən, prezident fərmanına da əməl olunmalıdır, hələ üstəlik milli məsələdə beynəlxalq konvensiyalarla əlaqədar qəbul olunan öhtəliklər də yerinə yetirilməlidir. Amma bir yerə yığılıb, bu və digər dəyərlərin həyata keçirilməsindən ötrü birgə bir təşkilat yaradırıq, orada kimlərsə bizə iftiralar atır, "otur yerinə separatçı talış” deyir hamınız susursunuz. 

Türkiyədə bir ermənini nə üçünsə öldürmüşdülər. Deyəsən haqsız yerə öldürmüşdülər. Türklər hamı ayağa qalxıb onun haqqını müdafiə etdilər. Heç olmasa onlardan öyrənək. Bir talış düşüb içinizə, içinizdə elələri var ki, az qalır onu yesin. Ay qardaş, neyləyək gəlib ÜmumAzərbaycanın taleyyüklü işlərində iştirak etməyək? İştirak etməsək deyəcəksiniz ki, talışlar özünü kənara çəkir. İştirak da edirik, bizi aşağılamaq istəyənlərə loyal münasibət bəsləyirsiniz. 

Cəmil Həsənli, qardaş, bu sayaq daxili intizamı olan bir Şura iləmi bədxahları sayından çox olan bu məmləkətin idarə edənləri olmaq istəyirsiniz? Kişi mərdi qovub namərd eləmək namərdlərin sayını artırar və bunu namərdlər edər. Mən bu yazını məni qorumaq naminə mənə "Şair sən şer yaz, siyasətə qarışma" deyən dostlarıma, həm də hamıya yazdım ki, daha dözmək olmur. Bu siyasət deyil, bu ağrıdır, bu faciədir, bu dəhşətdir. Nə bizim ayrı bir gedəsi yerimiz var, nə də qeyrilərinin. Kişilər, biz bu vətəndə yaşamağa və onu qardaşcasına qorumağa məhkumuq! And olsun Allaha bu məmləkətdə milli qardaşlıq ədaləti bərpa olmasa, vətəndaş azadlığı, olmasa Allahtaala bu ərazidən rəhmət nəzərini çəkəcəkdir. Cərgələrinizdə sağlam gəncliyi reallaşdırın. Demirəm ağsaqqallar olmasın. Olsun! Lakin köhnə palan içi eşən, milli ədavət qızışdıran yaşlılar müxənnətdən betərdir. Gəncliyin beynini zəhərləyən, ruhən qocalmış və çürük fikirlərlə vəhdətimizə zərbə vuran virusları təmizləyin. Ey AXCP, ey MÜSAVAT mən də AXC-nin üzvü olmuşam. Özünüz bilirsiniz ki, ən fəallarından olmuşam. Demək olar ki bu qurumun yaranmasında və formalaşmasında az zəhmətim olmayıb. Bunu bilənlərin çoxu rəhmətə getsə də, axı salamat qalanlar da var. Hansınız "Ey Ana Vətən" deyə meydanlarda bu marşı mənimlə birgə oxumamısınız? Qardaş, eləmiyin, etməyin! Gəlin Azərbaycan naminə qardaş kimi əl-ələ verib yaşayaq. 
Bəylər, cənablar, nə iqtidara düşmənik, nə müxalifətə. Biz sizə qardaşlıq əli uzadırıq, Siz o əldən yapışın. Kimlər tərəfindənsə talışlara vaxtikən asılan yarlıqları atın kənara. Bax deyirəm bu gündən sonra talışlara kim separatçı deyəcəksə peşiman olacaq. 

Biz, Azərbaycanda yaşayan Talışlar, bu məmləkətin vətəndaşlarıyıq və onu bütün təşkilatlarında təmsil olunmaq haqqımız vardır.. Və təmsil olunacağıq da!

Hamınıza ali ehtiramla,
Əli NASİR 

Категория: Azərbaycan | Просмотров: 1871 | Добавил: admin | Рейтинг: 5.0/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus