Главная » 2011»Апрель»5 » Əli Kərimliyə qarşı aksiyanın sponsoru Rövnəq Abdullayev olub
21:29
Əli Kərimliyə qarşı aksiyanın sponsoru Rövnəq Abdullayev olub
AXCP sədri Əli Kərimlinin evi qarşısındakı "zəhmətkeşlər”in aksiyasına ARDNŞ prezidenti Rövnəq Abdullayev sponsorluq edib. Bu barədə TALISH.ORG Azadlıq qəzetinə istinadən xəbər verir.
Aksiyada iştirak edənlər isə ARDNŞ-in nəzdindəki peşə litseyinin tələbələri olub. Həmin tələbələrə pul verilib ki, Əli Kərimlinin evinin qarşısında toplaşıb şüarlar səsləndirsinlər.
Qeyd edək ki, Ictimai Palatanın 2 aprel aksiyasından bir neçə gün əvvəl YAP-ın icraçı katibi Əli Əhmədov Nizami rayonunda gənclərlə görüş keçirib. Həmin görüşdə başqa bir YAP-çı deputat, Rövnəq Abdullayevin yaxın qohumu Sədaqət Vəliyeva da iştirak edib. Məlumatlara görə, "zəhmətkeşlər”in aksiyası da orada planlaşdırılıb.
Aksiyanın maliyyələşdirilməsini isə Rövnəq Abdullayev üzərinə götürüb.