Sülh və Demokratiya İnstitutunun ofisinə polis hücumu olub.
Ofisə gələn polislər heç bir sənəd və izahat vermədən İnstitutun ofisdə işini dayandırmasını tələb ediblər. Bu barədə mətbuata SDİ-nin rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus məlumat verib.
L.Yunusun sözlərinə görə, gələnlərin arasında bir nəfər mülki geyimli olub. Onlar sənəd təqdim etməsələr də, Nəsimi RPİ-nin 21-ci bölməsindən olduqlarını deyiblər.
L.Yunus həbs olunma təhlükəsi haqda da xəbər verib. Hüquq müdafiəçisi baş verənlər barədə artıq ölkədəki dipkorpusu məlumatlandırdığını deyib.