"Mən özüm onları içəri buraxardım. Bilirəm ki, məni dinləyirlər. Daha qapını sındırmaq nə üçün?”
Hüquq müdafiəçisi Leyla Yunusun Nizami küçəsi, ev 53 ünvanındakı mənzilinə basqın olub.
Mənzilin qapısı sındırılmış vəziyyətdə aşkar edilib. 2011-ci ilin 11 avqustunda Leyla Yunusun ofisi dağıdıldıqdan sonra Leyla Yunus babasının mülkü olan şəxsi mənzilə köçüb.
Leyla Yunus: "31 martda mənzilin təmiri başa çatmışdı. Kabinetimin qapısı açarla bağlanmışdı. Bugün evə gələndə gördük ki, qapı sındırılıb. Hər yerdə ayaq izləri var. Mən özüm onları içəri buraxardım. Bilirəm ki, məni dinləyirlər. Daha qapını sındırmaq nə üçün?”