Müxalifətin yeni birliyində islamçılar da təmsil oluna bilər. İndiyə kimi islamçılarla yaxınlaşmaqda ehtiyyatlı mövqe tutan müxalifət artıq onlarla bir araya gəlməkdə problem görmür.
Bu isə ölkənin siyasi palitrasında əsaslı dönüşün yaranmasına gətirib çıxara bilər. Artıq AXCP sədri Əli Kərimli, Müsavat fünksionerləri və EL hərəkatının təmsilçiləri verdikləri açıqlamalarda Milli Şuranın yaradılması prosessində İslam Partiasının iştirakının mümkün olduğunu söyləyiblər.
Bununla bağlı açıqlamasında Sulh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bunun Azərbaycan cəmiyyətini təmərküzləşməsi üçün çox vacib olduğunu dedi: "Bu ölkədə dəyişiliklərin olmasını intensivləşdirə bilər. Hesab edirəm ki, istənilən birləşmə variantı müsbətdir. Dünya sürətlə dəyişir. Münasibətlər də dəyişməlidir. Bu ölkədə olan hər bir insan, milliyyətindən və dinindən asılı olmayaraq yaxşı cəmiyyətdə yaşamaq istəyir. Fərqi yoxdur, bu vətəndaş yəhididir, rusdur, talışdır, ləzgidir, türkdür-hamısı qanunların işlədiyi ölkədə yaşamaq niyyətindədirlər. Və bu baxımdandan istənilən birliklərin yaranması müsbətə doğru addım hesab olunmalıdır”./aznews.az/