Carçı.az informasiya portalı xəbər verir ki, Lerik rayon sakini Eldəniz Quliyev Ermənistana köç etməyə hazırlaşır. Buna səbəb onun Lerikdə üzləzdiyi haqsızlıqlardır. Eldəniz Quliyevin redaksiyaya ünvanladığı məktubda deyilir:
"Mən Quliyev Eldəniz Şadkamal oğlu, Lerik rayon N. Nərimanov kücəsi, ev 21 də yaşayiram. Mənim qanuni 0,60 sot mulkiyyətimi zorla əlimdən alıblar. Bunu alan Lerik rayon icra başçisi Rövşən Bağirov və Milli Məclisin Lerik rayon deputatı İqbal Məmmədov olmuşdur.
Azərbaycan respublikasının Mülki Məcəlləsinin 145, 146, 147-ci maddələrini kobud şəkildə pozaraq bizim hüquq və azadliğımızı tapdalamışlar. Bizim ailənin heç bir razılığı olmadan Azərenerjinin rəhbəri Etibar Pirverdiyevə satmışdılar. Bizim mulkiyyətimizi və orada əkilən taxıl zəmisini ağır texnikanın qabağına verərək məhv etmişlər, bunlar bizim ümid yeri olan taxıl zəmimizi və gələcəyə olan ümidlərimizi darmadağın etdilər. Bunu yalnız ermənilər edə bilər. Adını da qoyublar ki, Prezidentin sərəncamı belədir.
Mən bir Azərbaycan vətəndaşı kimi xahiş edirəm ki, mənim daxili ermənilərdən mulkiyyətimi azad edəsiniz ve qanun çərçivəsində kompensasiyası ödənilsin. Əks tədqirdə məni Ermənistana köçəcəm. Birdə Hüquq Mühafizə orqanları tərəfindən təzyiqə məruz qalsam mülkiyyətimi tələb etdiyimə görə mən özümü və evdə olan azyaşlı körpələri yandıracağam".