Главная » 2013»Март»24 » Lerik rayon icra hakimiyyətindən azad fikrə basqı
14:09
Lerik rayon icra hakimiyyətindən azad fikrə basqı
Lerik
rayonunun icra başçısı Rövşən Bağırov jurnalistlər İdrak Abbasovun və "Tolışon Sədo” qəzetinin Lerik üzrə
müxbiri Azər Kazımzadənin təqibinə göstəriş verib
Lerik rayonunun icra başçısı Rövşən Bağırov rayondakı qanunsuzluqların mətbuata sızmasına dözməyərək, bu informasiyaları mətbuata çıxardan şəxslərə qarşı əsl səlib yürüşünə başlayıb. Belə ki, tanınmış jurnalist İdrak Abbasovla Lerik rayon fəalı, "Tolışon Sədo” qəzetinin Lerik üzrə müxbiri, Lerikli Azər Talış imzası ilə yazan Azər Kazımzadənin "Azadlıq” radiosunda canlı yayımda Lerikin problemlərini işıqlandırmaları, respublikanın aparıcı qəzetlərində bu informasiyaların yayılması Rövşən Bağırov cənabına xoş gəlməmiş və o, "günahkarlara” qarşı cəza kompaniyasına başlamışdır.
İlk əvvəl tanınmış jurnalist İdrak Abbasova təzyiqlər edilməyə başlanmışdır. Bu təzyiqlərin nəticə vermədiyini görən Rövşən Bağırov İdrak Abbasovla görüşməyə cəhd etmiş, lakin İdrak Abbasov bu görüşdən imtina etmişdir. Azər Kazımzadə ilə isə vəziyyət daha qorxulu səmtdə inkişaf edir. Belə ki, Rövşən Bağırovun birbaşa göstərişi ilə Cəngəmiran kənd bələdiyyəsinin sədri Azər Kazımzadədən rayon prokurorluğuna şikayətçi qismində müraciət etmişdir. Səbəb kimi isə bələdiyyə sədrinin Azər Kazımzadəyə etdiyi telefon zəngi zamanı guya ki, Azər Kazımzadənin ona qarşı kobud ifadələr iştətdiyi qeyd edilib.
Azər Kazımzadədən aldığımız məlumata görə bələdiyyə sədri özü ona zəng etmiş, aralarında təhqir və ya buna oxşar hər hansısa bir söhbət olmamışdır. Şər maşını deyəsən yenə də öz işindədir. İndi də bələdiyyə sədrindən istifadə etməyə çalışırlar. Hər necə olsa da biz bu işin peşindəyik və sonunacan bu işi araşdıracağıq.
Lerik rayon Polis İdarəsinin müstəntiqinin (bəzi səbəblərə görə adını yazmırıq) isə nəzərinə çatdırmaq istəyirik ki, bizim də bu zəng ilə bağlı Azərcell şirkətinə sorğumuz var və bələdiyyə sədrinin dedikləri təsdiqini tapmazsa, biz qəzet olaraq əməkdaşımızın şərəf və ləyaqətini müdafiə etmək məqsədi ilə ona qarşı məhkəmədə iddia qaldıracağıq. Rafiq Cəlilov, "Tolışon Sədo” qəzetinin baş redaktoru