Главная » 2011»Сентябрь»24 » Lankonun icra başçısı Tofiq İbrahimov vətəndaşların pay torpaqlarını satır
14:24
Lankonun icra başçısı Tofiq İbrahimov vətəndaşların pay torpaqlarını satır
Lankonun 9 kəndində torpaq islahatı aparılmayıb. Buna baxmayaraq icra başçısı və yerli məmurlar həmin kəndlərdə torpaq satşına qərar veriblər. Bu barədə mətbuata Lankon rayon Sütəmurdov kənd sakini Mirəsgər Miriyev məlumat verib.
O bildirir ki, bununla bağlı dəfələrlə icra başçısına və ölkə rəhbərliyinə müraciət edib. M.Miriyevin sözlərinə görə, icra başçısı Tofiq İbrahimov ona çatacaq pay torpaqlarını da verməkdən imtina edir: "Lənkəranda 9 kənddə torpaq islahatı aparılmayıb. Mənə çatacaq pay torpağı da verilmir. İcra başçısına müraciət etmişəm. Ancaq müraciətlərim nəticəsiz qalır. Problemlə əlaqədar ölkə başçısına da müraciət etmişəm. Tofiq İbrahimov və komandası torpaq islahatı aparılmayan kəndlərdə torpaq satırlar. Ancaq təəssüflər olsun ki, heç kəs bunun qarşısını almaq istəmir”.
Vətəndaş övladlarından bir neçəsinin ağır xəstə olduğunu deyərək bildirir ki, Lankon İcra hakimiyyətndə ona qarşı ögey münasibət var və yerli məmurlar onunla görüşməkdən imtina edir.