Главная » 2012»Май»14 » Lankon sakinləri polis idarəsinə yürüş edib
20:15
Lankon sakinləri polis idarəsinə yürüş edib
Qazıntı işləri məscid ərazisində baxça yox "Gilan Holding”-ə məxsus 4 mərtəbəli otel tikilməsi üçün aparılır.
Lankon (Lənkəran) şəhər Cümə məscidinin həyətində qazıntı işlərinə etiraz etdikləri üçün saxlanılan dindarların buraxılması üçün 200 nəfərə yaxın Lankon sakini Cümə məscidindən polis idarəsinə tərəf yürüş edib.
Vəziyyətin gərgin olduğunu görən polis saxlanılanların hamısını buraxmağa məcbur olub.
Yürüş iştirakçıları salavat və təkbir deyərək Polis bidarəsinin qabağından dağılıblar.
Redaksiyamıza gələn oxucu məktubunda deyilir:
"Lankonun inanclı təbəqəsinin mənaviyyatına toxunan Lankon şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov Lankon dindarlarının istifadəsində olan Lankon "Cumə" məscidinin ərazisində uşaq baxçası tikilməsinə qarar verib. Ancaq daha sonra məlum oldu ki, qazıntı işləri məscid ərazisində baxça yox "Gilan Holding”-ə məxsus 4 mərtəbəli otel tikilməsi üçün aparılır. Baş verən olaydan qəzəblənən Lankon dindarları özlərini traktorun altına atmaqdan belə cəkinməyiblər. Dindarlar və polis arasında 7 saat davam edən qarşıdurmasında xasarat alanlar var. İnaclı təbəqə isə bu işin qarşısının ölümlərlə də olsa belə alacağında israrlıdılar. Quba hadisələri Lankonda da təkrarlanacaq."
İnformasiya Xeber44.Com saytına istinadən hazırlanmışdır.