Главная » 2011»Август»30 » Lankon Dövlət Universiteti (LDU) rektorunun köməkçisi həbs edilib
13:42
Lankon Dövlət Universiteti (LDU) rektorunun köməkçisi həbs edilib
Lankon Dövlət Universiteti (LDU) rektorunun köməkçisi vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə onların pulunu mənimsədiyinə görə yaxalanıb. Lankon Şəhər Polis Şöbəsindən (ŞPŞ) verilən məlumata görə, rayonun Əşlə kənd sakini, 1978-ci il təvəllüdlü Emin Şahgəldi oğlu Şahzadə LDU rektorunun köməkçisi işlədiyi müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, ayrı-ayrı vətəndaşlardan onların yaxın qohumlarını universitetə və digər dövlət təşkilatlarına işə düzəltmək adı ilə üst-üstə 16 min manat məbləğində pul alaraq mənimsəyib.
Aldadılmış şəxslər - Masallı şəhər sakinləri Xanımgül Əliyevadan və Zaur Tağızadədən, Lənkəran şəhər sakinləri Şahin Baxşıyevdən və Nuriyyə Yusibovadan, Lənkəran rayonunun Qumbaşı kənd sakini Həbibə Əliyevadan, Xolmili kənd sakini Rəisə Mahmudovadan və digərlərindən ŞPŞ-nə daxil olmuş şikayət ərizələrinə əsasən, Emin Şahzadə yaxalanaraq həbs olunub.
Faktla bağlı Lankon ŞPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır (anspress).