Əssəlamun-Əleyküm, ey Adəm övladları!
Ay canınıza daraşım, deyirsiniz bu salamım YAP - (oxu: Yalançı Azərbaycan Partiyası) üzvlərinə, o kəlpeysər məmurlarımıza da ünvanlamaq insafsızlıqdır? Bu rubrikamın ön sözündə demişdim axı, mən siz insanlardan həm mərd, həm də ədalətliyəm. Gördüyünüz kimi sancmaqla vəzifəmi icra edirəm, neştərimi bir balaca batırıb, bir qarın o murdar qanınızdan sovurandan sonra doydum deyirəm.
Bu hakimiyyət isə korrupsiyanı, rüşvəti, məddahlığı, ləyaqətsizliyi o həddə çatdırıb ki, yaxın zamanda Milli Məclis sözügedən məsələ ilə əlaqədar qanun lahiyəsini müzakirəyə çıxaracaq. Gözünüz aydın olsun, ay 91-lər!
Baxın bu şəkilə, yaxşı-yaxşı baxın, diqqətlə baxın! Gördüyünüz bu yol, AFRİKA cəngəlliklərinə gedən yol deyil, Masallı rayonunun Bırədigo - Lankon (Boradigah - Lənkəran) magistral yoludur. Gördüyüm faktla dolu həqiqətlərdən yazıram, hakimiyyət mənsubları susmağa üstünlük versələr də bəzi TÜRK qardaşlarım mənə "SEPARATÇI" damğası vurmaqdan da çəkinmirlər! Onsuz da bizim qulaqlarımız dolub bu sözlərdən, nə qədər deirlər, qoy desinlər. "İT HÜRƏR, KARVAN KEÇƏR!" - elin sözüdür.
Vaxtıilə deputat Sabir Rüstəmxanlı deyirdi ki, biz müstəqil dövlətimizi qursaq, ölkəmizin yolları sərvətlərimiz hesabına ən azı on santimetr qalınlıqda qızılla örtüləcək (?)...
Bağışlayın, pişiyimiz asqırdı! Tək səbir gəldi, daha yazmalı olmadım....