Talışda noyabrın 24-ü səhər saatlarından başlayaraq yağan güclü qar ciddi problemlər yaradıb.
Lik və Yardımlı rayonlarında yenidən torpaq sürüşmələri baş verib. Yardımlının Horavar və Separadi kəndlərində 7 yerdə, Masallı-Yardımlı yolunun bir neçə hissəsində torpaq sürüşməsi və uçqunlar qeydə alınıb. Likin Nici kəndində torpaq sürüşməsi 1 ailənin yaşadığı evi qəzalı vəziyyətə salıb.
Qarın ağırlığından Lankon rayonunda yüzlərlə iri gövdəli, hündür ağaclar sınıb. Ötən gecədən başlayaraq Lankonın əksər yaşayış məntəqələrinə, şəhərin bəzi məhəllələrinə elektrik enerjisinin verilişi dayandırılıb. Rayonda yollar buz bağlayıb, kəndlərarası işləyən avtobuslar xəttə çıxmayıb.
İstilik sistemi olmadığından məktəblərdə dərslər dayandırılıb.