Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Февраль » 19 » Lənkəranda əjdaha...
16:09
Lənkəranda əjdaha...
Piyada olduğum üçün bir tanışımın maşını ilə elə də uzaq olmayan bir "səyahət” etdim. Ordan-burdan söhbət salan tanışım məni artıq zinhara gətirmiş bir "aforizm” işlətdi: "axı nəyinə lazımdır, Novruzəli müəllimin aqibətini görmədin, başıvı sal aşağı, çörəyivi qazan, bu BÖLÜCÜLÜK sənə qalıb, axı hamımız MÜSƏLMANIQ!” Dahiyanə deyilmiş bir söz! Amma mən dahi olmadığım üçün bu söz məni tutmadı, əksinə, daxilən əsəbiləşdim də, amma etika xatrinə həmsöhbətimin sözünü kəsmədim, sadəcə "mən müsəlman deyiləm” deyib, sakit dayandım. Təbii ki, "bəs kimsən, kafirsən?” sualı verildi, mənim cavabım qısa və konkret oldu: "mən TALIŞAM və əgər Talış olmaq kafirlikdirsə, mən ən böyük kafirəm!” Məndən bu cavabı gözləməyən həmsöhbətim "biz də Talışıq da” desə də, artıq gec idi, mən onun zəif yerini tutmuşdum, burda heç özümün də gözləmədiyim yerdə: "hər Talışca danışan Talış ola bilməz” deyib, söhbəti bağladım...

Sosial şəbəkə...

Böyük şairimiz Əli Nasir "internetdən üfünət iyi gəlir” aforizminin müəllifidir. Bu üfünət iyi tez-tez mənim də burnumu "dəlir”. Necə də "dəlməsin”? Hərə bir qrup yaradıb, özü ağılda olanları da yığır başına, həmən qrupda ağlına gələni yazır. Ad tapmaq da problem olmur, "benim yüreyim”, "annemın böyreyi” və bu kimi adlar LİDERDİLƏR, bunlarla işim yox, o gün mənə bir qrupun fasebook ünvanını göndərdilər, "bu qrup çox maraqlıdır” yazmışdılar, girdim, kaş işıqlarımız kəsiləydi, mən o qrupa girə bilməyəydim! Qrupun adı möhtəşəmdir: "cənub mirvarisi”, bimirəm bu mirvarini cənuba kim "atıb”, amma qrupa girib, bəzi şərhləri oxuyandan sonra başa düşdüm ki, bu mirvari o mirvaridən deyil, bu mirvariyə çox baxıb, çox oxuyanın gözünə mirvari suyu gələr. görün həmən qrupun Talış olan admini, "Biz Talış dilində TV istəyirik” yazan "uzerinə” etirazını (?) bildirmək üçün nə yazır: "Azərbaycanda hər milli azlıq üçün TV açılsa, bilirsiz nə olar?” Onun bu şərhinə etiraz edən digər şərhçiyə isə "mən də Talışam, amma separatçı deyiləm” yazır. Çoxları üçün bu "dəhşət” olsa da, mənim üçün adi haldır. Çünki bu "özünübilməz qəhramanlar” bu iqtidarın həddini aşan, cızığını keçən, əslində isə digər milli etnosların qızışdırılmasına hesablanmış "türkəloqiya” adlı zəhərli təbliğatı ilə zəhərləniblər. İndi bunlar səhərdən-axşamacan TV ilə "1993-cü il Lənkəran hadisələrinə” baxırlarsa, diktorun inandırıcı səs ilə dediyi "separatçılar” sözünü əzbərləyirlərsə, "separatçılar” sözü bunların beyninin dərin qatlarına oturuşursa, belə də olmalıdır. İndi bunlar özlərindən asılı olmayaraq "mən Talış dilində TV istəyirəm” deyəni separatçı gözündə görür, onu "yerində otuzdurmaq” istəyirlər! Və burada özlərinin də milli mənsubiyyətləri yadlarına düşür, (əslində "köməklərinə gəlir” yazılmalı idi.) Talışları ikiyə bölən bir cümlə işlənir: "mən də Talışam, amma separatçı deyiləm!” Artıq Talışlar iki (iki?) bölünüblər, VƏTƏNPƏRVƏRLƏR və SEPARATÇILAR! Bu gənc "vətənpərvərlər” özlərinə lazım olanda "mən talışam” desələr də, dövlət qulluqçuları olduqları üçün, sanki bu dildən utanırmışlar kimi heç yerdə Talışca danışmaz, Talışca yazmazlar, Azərbaycanda "modda” olan "haralısan?” sualına da "cənub bölgəsindənəm” cavabını verərlər. Əminəm ki, Qarabağı düşməndən azad etmək "lazım gəlsə”, bu "vətənpərvərlər” gizlənməyə siçan deşiyi axtaracaqlar! Amma "separatçı” adlanan gənclər zümrəsinin hamısı Talışca danışıb, Talışca yazmağa üstünlük verirlər, torpağı da düşməndən onlar AZAD edəcəklər! Çünki Vətəni ancaq Milli mənsubiyyətini DƏRK EDƏNLƏR azad edə bilərlər! Bu gün Talışlığını, Türklüyünü danan, sabah "mən erməniyəm” də deyə bilər...

...İndi belə vətənpərvər "talış”a deyəsən ki, "ay "petriot”, necə ola bilir ki, ATV kanalı "düşmən” adlandırdığı erməninin dilində veriliş verə bilir, heç nə olmur, amma "qardaş” adlandırdığı Talışın dilində veriliş versə, "nə isə” olar? Bu nə yanaşmadır, bu nə təfəkkürdür? Bəlkə sizlərə bütün bunları yazmaq, gənclərin beynini belə cəfəngiyyatlarla doldurmaq üçün xüsusi tapşırıq verib, "çox sağ ol” deyən var? (yəqin ki, olar.)

Hesab edirəm ki, bir Talışın digər Talışı separatçı adlandırması çox təhlükəli tendensiyadır, bunun acı nəticələrini görmək istəməzdim, bu alovu dərhal söndürməsək, bu odda yananlar çox olacaq...

Lənkəranın qan Turanı...

CTV-nin bir aparıcısı var, CTV rəhbərliyi adından danışmağı çox xoşlayır. Bu aparıcı sosial şəbəkədə "CTV şəxsi kanaldır, orda Talışca veriliş olmayacaq, gedin İTV-dən veriliş tələb edin” yazmaqdan yorulmur. Bununla işim yox, bu onun şəxsi fikridir, (bəlkə də şəxsi deyil, kimə isə arxalanıb yazır, nə bilmək olar) məni narahat edən, əslində isə məni təəcübləndirən başqa məsələdir. Bu aparıcı məni "separatçılıqda” suçlayır, hətta mənim yazılarımdan sitat gətirərək, məni "Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasında cəhddə” suçlayır. Bu aparıcı qəzetimizin oxucusuna tanışdır: CTV-nin "kokteylinin” aparıcısı Lvin (əsil adı Elvindir, sadəcə olaraq keçən dəfə mənə yazmışdı ki, L hərfi elə "el” oxunur, yəni "Eldəniz” adını "Ldəniz” kimi də yazmaq olar!) can Turanı! Bu Lvin can Turanı indi dönüb əjdahaya, ağzından da od (qan) fışqırır! Hər oğulun işi deyil kimi isə "separatçılıqda, vətənə xəyanətdə” suçlasın, buna heç kəs, hətta baş Prokuror belə risq etmədiyi halda, bu can Turanı bu risqi edir. "Dədəm mənə kor deyib, hər keçəni vur deyib” prinsipi ilə yaşayan can Turanı hətta mənə bir dəfə "qanunları oxumaq lazımdır!” iradını da bildirmişdi. Mən də Lvinin iradını qəbul edib, Qanunları oxudum, "Ali Qanunda” bir "Günahsızlıq Prizumpsiyası” deyilən bəndə rast gəldim. Həmən bənddə açıq-aydın deyilir ki, "məhkəmə qərarı olmadan heç kəs heç kəsi hər hansı bir cinayətdə suçlaya bilməz”. Sonra Cinayət Məcəlləsini oxudum, sən demə bu əmələ görə 5 iləcən azadlıqdan məhrumetmə nəzərdə tutulur! İndi mən də  "Ali Qanun”nun "Günahsızlıq prizumpsiyasına” istinad edib, bu can Turanının yazılarından aidiyyatı qurumlara şikayət etsəm, necə olar? Buna mənim haqqım var, mən 2 il bu dövlətin ərazi bütövlüyü uğrunda öz əlimdən gələni etmişəm, sağlamlığımı itirmişəm, indi isə "separatçı” damğası ilə TƏHQİR edilirəm! (əslində bunlar separatçı o adama deyirlər ki, o adam öz milli kimliyinin keşiyində dayanmış olur) Mən bu "təhqirə” görə bu "qan fışqırdan əjdahadan” təzminat istəsəm, necə olar? Bəlkə gəlib məhkəmədə mənim separatçılığımı sübut etsin? (bunu bacarsa ona bir "malades” deyəcəklər, bacarmasa "işgüzar imici gözdən salmaq istədiyinə görə” maddi təzminat ödəyib, "məhkəmə qərarı olmadan hər hansı bir vətəndaşı cinayət əməlində günahkar bilib, ona şər atdığına” görə də 5 iləcən "kurortu”nu alacaq.) Zarafat deyil, bu özünə, "müdriyyətinə” arxayın can Turanı Ali Qanunu saya salmayaraq məni "vətənə xəyanət”də suçlayırsa, demək tutarlı faktları var. Mən tək Lvini yox, bəlkə onun işlədiyi o MMC-ni də məhkəməyə verim ki, niyə belə özündənrazı, camaatı şərləyən işçiləri öz sıralarında saxlayır? Əminəm ki, bu təfəkkür bütün CTV əməkdaşlarına "təlqin edilib”, ya CTV bunu inkar etməli, ya da mənim "separatçı” olduğumu sübut etməlidir! Sübutunuzu hazırlayın, cənablar...

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,
"Tolışon Sədo” nöm: 05 (17), 18 fevral 2012


Категория: Талыш xəbərləri | Просмотров: 1782 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus