Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Июнь » 12 » Lənkəran satışa çıxarılıb
12:05
Lənkəran satışa çıxarılıb
Taleh Qaraşov bazardakı yerlərin hər kvadratmetrini 1500 manata satır, rayondakı tikinti işlərini isə bacısı oğlanlarına həvalə edib 

Son günlər Lənkəran rayonu və onun icra başçısı Taleh Qaraşov dillər əzbəri olub. Bunun başlıca səbəbləri sırasında isə rayonda cərəyan edən proseslər, açıq şəkildə təzahür edən korrupsiya halları və Müsavatla AXCP rəhbərliyinin Lənkəranda öyrədilmiş adamlar tərəfindən təxribata məruz qalmalarıdır. Rayondan JAM.AZ-a gələn xəbərlər isə digər maraqlı məqamları üzə çıxarmağa başlayıb. 

Lənkəran satışa çıxarılıb 

Taleh Qaraşov icra başçısı təyin olunandan sonra rəhbəri olduğu digər rayonlardakı kimi burada da eyni qaydada qaydalar tətbiq edib. Vəziyyət belədir ki, artıq şəhərdəki əksər gəlirli sahələri ələ keçirməyə nail olmuş icra başçısı mərkəzdəki torpaq sahələrindən tutmuş, dəniz kənarında fəaliyyət göstərən iaşə obyektlərinə qədər hər yerə əl uzatmaqdadır. 

Son məlumatlara görə, Qaraşovun son «əl işlərindən» biri də Lənkəran bazarı ilə bağlıdır. Belə ki, hal hazırda şəhərin mərkəzində yeni bazar inşa olunur. Oradakı dükanlar isə satışa çıxarılıb. Amma buradakı qiymətlərə diqqət yetirdikdə məlum olur ki, rəqəmlər heç də Bakıdan fərqlənmir. Məsələn, Lənkəran bazarında inşa edilmiş dükanların hər kvadratmetri 1500 manatdan satışa çıxarılıb. Və bütün bu pullar da hamısı icra başçısının cibinə axır. 


Hal hazırda qeyd olunan rayonda təkcə bazar əməliyyatından 1 milyon manatdan çox vəsait əldə olunub. Ancaq buna rəğmən alıcılar üçün bazarda nəzərdə tutulmuş yollar həddindən artıq dardır. Elə əlimizdə olan fotoşəkillərdən də bunu aydın görmək mümkündür. Taleh Qaraşovun gözünü tutan pul qazanmaq hirsindən doğan bu vəziyyət Allah eləməmiş ekstremal halları yaddan çıxarıb. Çünki sabah burada hər hansı bir yanğın baş verərsə, yanğınsöndürənlərin bazara girişi qeyri-mümkün olacaq. 

İcra başçısı tikinti işlərini bacısı oğlanlarına tapşırıb 


Amma işin ilginc tərəfləri, daha doğrusu, Taleh Qaraşovun pul qazanmaq həvəsi başqa məqamları da ortaya çıxarıb. JAM.AZ-ın əldə etdiyi məlumatlarda vurğulanır ki, hal hazırda Lənkəranda həyata keçirilən abadlıq və tikinti işləri icra başçısının bacısı oğlanlarına həvalə edilib. 

Belə ki, dövlət büdcəsindən ayrılmış pulları mənimsəmək üçün ən optimal yollardan biri də bu addım sayılır. Çünki bacıoğlanları dayılarının əm rvə tapşırıqlarını yerinə yetirirlər. Əvəzində isə əldə olunan gəlirlərin böyük bir qismi Qaraşovun nəzarətinə keçir. 

Ən dəhşətli məqam isə odur ki, Lənkəranda aparılan tikinti işlərində çalışan yerli sakinlər isə bu pulların yalnız cüzi hissəsini ala bilirlər. Yəni, sənədləşdirmədə görülən işlərin dəyərləri şişirdilmiş rəqəmlərlə ifadə olunduğu halda, orada işləyən fəhlələrə bunun 10-da biri verilir. Hətta rayon sakinləri deyirlər ki, Taleh Qaraşovun bu hərəkəti onları qul yerinə qoymaqdır. 

Özünə umac ova bilməyən bələdiyyə 

Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin səlahiyyətlərinin azlığı və bacarıqsızlığı nəticə etibarə ilə əhaliyə göstərilən xidməti də aşağı səviyyəyə endirib. Bu gün bələdiyyələrin torpaq satan, büdcədən ayrılmış pulları mənimsəyən bir seçkili orqandan olmasından başqa bir «üstünlüyü» də qalmayıb.

Bəzi şəhər və rayonlardakı bələdiyyələr isə bacarıqsızlıqlarını o qədər irəli aparıblar ki, oturduqları binanın qarşısında yaşanan biabırçı mənzərəni belə düzəltmək gücündə deyillər. Məsələn, Lənkəran şəhər Bələdiyyəsinin binasının qarşısında illərdən bəri göz çıxaran gölməçələrdə kanalizasiya natəmizliyi «çığlıq» atır. Və həmin bələdiyyədə əyləşən şəxslər isə 5-10 manat vəsait taparaq, həmin natəmizliyi aradan qaldırmır və ərazini də təmir etdirmirlər. Görünür, ya buna vaxtları yoxdur, ya da pulu boş yerə göyə sovurmaq istəmirlər. Hər necə olsa rəsmi statistikalarda və «möhtəşəm» toplantılarda Lənkəranın uğurla inkişaf etdiyi vurğulanır. Bizə isə statistika lazımdır, reallıq yox. Görəsən, özünə umac ova bilməyən Lənkəran bələdiyyəsi hansı haqla camaata əriştə kəsmək istəyir? 


http://jam.az/ 

Категория: Талыш xəbərləri | Просмотров: 1915 | Добавил: admin | Теги: icra başçısı, Lənkəran | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus