Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Июнь » 12 » Lənkəran polisində dəhşətli işgəncə
12:51
Lənkəran polisində dəhşətli işgəncə
Narkotik ittihamı ilə həbs olunan Şaiq Ağayevi ölümcül döyüldüyünü deyir 

"Barmağlarımı sıxacla sıxırdılar, dubinka ilə dabanlarıma, böyrəklərimə vurudular… ölmək istəyirdim”

"Məni Narkotiklərərlə Mübarizə İdarəsinin Aydın adlı polis əməkdaşı döyürdü, barmağlarımı sıxacla sıxırdılar, dubinka ilə dabanlarımdan, böyrəklərimdən vurudular. İsgəncələrə dözməyib urəyim gedəndə isə onun "işverəni” Saleh üstümə su səpb məni ayıldırdı. Amma heç ayılmaq istəmirdim. Ölmək istəyirdim. Bir balaca ağlım başıma gələn kimi yenə məni döyməyə başlayırdılar”. Bunu dünən Lənkəran şəhər Məhkəməsində hakim Təyyar Abbaslının sədrliyi ilə keçirilən məhkəmə prosesində sərbəst ifadəsi zamanı 2013-cü il fevralın 5-də narkotik ittihamı ilə həbs edilən edilən Lənkəran şəhər sakini Şaiq Ağayev bildirdi.

İşgəncələrə tab gətirmədiyi üçün müstəntiqlərin ona təklif etdiyi bütün sənədlərə qeyd-şərtsiz imza atmağa məcbur olduğunu deyən Ş.Ağayev Bakıdakı təcridxanaya köçdükdən sonra uzun müddət müalicə alıb özünə gəldiyini dedi. O, üzünü dövlətin ona verdiyi vəkil İbarət Həsənova tutaraq bildirdi: "Allah bu kişinin atasına rəhmət eləsin. Dava-dərman almağa pulum da yox idi. Bu kişi özü 2-3 dəfə mənə dərman alıb gətirib”.

İttiham aktına görə, Ş.Ağayev fevralın 4-də Lənkəran şəhər aeroportunun yanında Saleh və Afərin ləqəbli Arza adlı şərti alıcılara 4 kibrit qutusunda ümumu çəkisi 8,53 qram qurudulmuş marixuana satıb. Fervalın 5-də polisə dəvət edilən Ş.Ağayev adı çəkilən şəxslərə narkotik maddəni satdığını və bunun müqabilində 140 manat pul alıdığını səmimi şəkildə etiraf edib. Özünün narkotik alüdəçisi olduğunu etiraf edən Ş.Ağayev Lənkəranda çay qırağında hər il iki kol narkotik xassəli çətənə kolu əkibvə satdığı narkotiki də özü istehsal edibm. Amma istintaq materiallarında göstərilir ki, Ş.Ağayev çətənə yetişdirdiyi ünvanı unutduğu üçün istintaqa göstərə bilməyib.
 
Amma Ş.Ağayevin zərəsizləşdirilməsi üçün xüsusi əməliyyat keçirən polis, nədənsə onu iş başında həbs etməyib və bir gün sonra polisə dəvət edib.

İfadəsi elan olunandan sonra, hakimin "bəs bunlara nə deyirsən?” sualına Ş.Ağayev cavabda bildirdi ki, ona verilən işgəncələrə görə istənilən cinayəti boynuna almağa hazır imiş: "Mən deyirəm axı, ölmək istəyirdim. Bəlkə dünyada heç kimə belə zülm verilməyib. Mənə hansı kağızı versəydilər, lap dar ağacına da desəydilər gedərdim ki, canın o zülmdən qurtarsın”.

Ş.Ağayev bildirdi ki, o heç vaxt heç kimə narkotik satmayıb. Amma onu buna təhrik etməyə çalışıblar: "Bilirdim ki, məni ilişdirmək istəyirlər. Afərinin də Aydının adamı olduğunu bilirdim. Dəfələrlə mənə zəng edib ona "şey” (narkotik) təşkil etməyimi demişdi. Hətta bu işə əmim oğlu Mikayılı da qatmışdılar. Mikayıl mənə dedi ki, onlara narkotik boyun olub, tapa bilmir, mən Lənkəran uşaqlarından tapım. Mən demişdim ki, bu yolun yolçusu deyiləm, mənim üç üşağım var, namaz qılan adamam. İkincisi, əgər məndən narkotik alırdılarsa, niyə elə yerində məni tutmadılar? Güya məni polisə dəvət ediblər. Məni polisə filana dəvət etməyiblər. Səhər tezdən mülki geyimli adamlar və polis olmayan Saleh də evimə basqın ediblər. Hamısı da mülki geyimli olub. Qorxub 102-ə zəng eləmişəm. Evimin qapı-pəncərəsini qırıb evə giriblər. Azyazşı uşaqlarımı, yüksək təzyiqli xəstə olan həyat yoldaşımı itəliyib ağır sözlərlə təhqir ediblər. Məni arvad-uşağın yanında döyüb aparıblar. Evdə heç nə tapmadılar, heç cibimdə, evimdə də 1 manat olsa belə pul da tapmadılar. Çünki evimdə nə narkotik, nə də pul olub. Mən qəbristanlıqda günəmuzd işləyən fəhlə adamam. Ölən olanda qəbir qazıram, ya da kimsə ölüsünün qəbirini təmir etdirəndə 5-3 manat verir mənə”.

Vəkili İ.Həsənov isə Ş.Ağayevin səhər saat 9-da polisə aparıldığını, yalnız axşam sat 23.00 radələrində onunla görüşə bildiyini deyib. Habelə vəkil vəsadət qalıdraraq işdə adı keçən və Ş.Ağayevin ona işgəncə verən şəxslərin məhkəmə prosesinə dəvət edilməsi barədə vəsadət qaldırıb. Hakim vəsadətləri qəbul edib, işdə adları keçən polis əməkdaşlarının prosesə gəlmədiyini deyərək, onların məcburi şəkildə prosesə gətirilməsi barədə göstəriş verdi.

Proses iyunun 25-i saat 09.30-a təxirə salınıb.

Xatırladaq ki, 2013-cü il yanvarın 14-də Lənkəranda övladının müəllim tərəfindən döyülməsi ilə bağlı videomüsahibəsi yayılan valideyin - Şahiq Ağayev fevralın 5-də həbs edilib. Yalnız bir həftədən sonra ailə üzvləri xəbər tutublar ki, Ş.Ağayev Narkotiklərlə Mübarizə İdarəsinin cənub Regional Şöbəsinə aprılıb. Ailə üzvləri baş verənlərin məhz mətbuatda və sosial şəbəkələrdə yayılan videoçarxla bağlı olduğunu güman ediblər. Belə ki, yanvarın 14-də Lənkəran şəhər 8 saylı orta məktəbdə Vüsalə adlı müəllimənin 6-ci sinif şagirdi Arzu Ağayevanı döyməslə bağlı şagirdin özü və atası Şahin Ağayev müsahibə verib. Şagirdin atası Şahin Ağayev video-çıxışında bildirib ki, müəllimin silləsi nəticəsində qızının qulaq pərdəsi partlayib, sırğası itib. Məktəb direktorun isə bildirib ki, Vüsalə müəllimə tənbeh edilib: "Müəllimə 40 yaşlı qızdır. Xarakterində problemlər ola bilər. Şagird müəlliməyə söz qaytarıb. O da qızın qulağını dartıb. Hər gün müəllimlərə tapşırıram ki, şagirdlərlə düzgün rəftar edin, onlara əl qaldırmayın. Amma hərdən belə hadisələr də olur”.

Dünən "Bizim Yol”un əməkdaşı Ş.Ağayevin evində də olub. Ev adlanan əslində bir sınıq-salxaq daxmadır. Bunu fotoşəkillərdən də aydın görmək mümkündür. Ailənin yeganə stabil gəliri aldıqları 90 manat sosial yadımdımdır. 3 uşağ və həbsdəki Ş.Ağayevə baxmaq yükü isə ağır hipertoniyadan əziyyət çəkən həyat yoldaşı Gülbəniz xanımın üzərindədir. 

"Gedib tarlada onun-bunun üçün işləyirəm. 10-15 gün idi pomidor tarlasında işləyirdim. Amma təzyiq imkan vermir ki…. Üç dörd dəfə tarlada ürəyim gedib. Sahibkarlar da qorxurlar ki, ölüb onların ayağında qalaram deyə mənə iş vermirlər. Dolanışıq çox çətindir. Qızlar böyükdür, başa düşürlər. Amma Adəmin (oğlu) 4 yaşı var. O gün qonşunun uşaqları dondurma yeyirdilər. Səhərə qədər ağladı. Uşaqdır, məhləyə buraxmıram. Gedib qonşu uşaqların əlində bir şey görüb istəyir, mən də ala bilmirəm. Gücüm də heç yerə çatmır. Bilirəm ki, prezidentimiz yaxşı adamdır. O, belə zülm haqqında eşitsə, saxtakar polislərin başına oyun açar. Amma mən sözümü prezidentə nece deyim. Hakimiyyət, pul polisin əlindədir. Nə istəsələr edirlər, nə də deyirlərsə yuxarılar onlara inanır”, - Gülbəniz xanım dedi.

Ş.Ağayevin böyük övladı Arzu Ağayeva isə kitab-dəftərindən əl çəkmir. Məktəndən aldığı tərifnamələri gətirərək əməkdaşımıza təqdim edir. Həm də yay tətili başlamasına baxmayaraq kitabları bir qrağa atmayıb. Böyük arzusu telejurnalist olmaq olan A.Ağayevə həm də savadlı olub, pul qazanmaq və ailəsini dolandırmaq arzusundadır. 6-ci sinif şagirdi olan qızcığazın hazırda bir arzusu var: "Ata demişdiki bu il də əlaçı olsam mənə noutbuk alacaq. Amma atamı gəlib apardılar. Noutbuk istəmirəm, böyüyüb özüm alaram. Atamı isəyirəm!”

İdrak Abbasov 
Lənkəran


Категория: Талыш xəbərləri | Просмотров: 1697 | Добавил: admin | Теги: Polis, Lankon, Lənkəran | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus