Belə yardımlar edilən ölkələrin əhalisinə yalnız tör-töküntü çatır, şir payı isə BVF-yə ölkədən təbii resursları vəhşicəsinə daşımağa imkan yaradan dövlət liderlərinin cibinə çökür
Nüvə energetikasının bütün dünyada nə üçün bu qədər nifrət qazandığını, "Roma Klubu"nun nüvə energetikasına qarşı müharibə aparmaq üçün yaratdığı və maliyyələşdirdiyi saxta "təbiət-qoruyucu" hərəkatlardan nə üçün istifadə olunduğunu aydın dərk etmək lazımdır. "Üçüncü dünya" ölkələri böyük həcmlərdə ucuz elektrik enerjisi istehsal etməyə imkan verən nüvə enerjisinin köməyi ilə tədricən ABŞ-ın maliyyə yardımından azad olar və öz suverenliyini təsdiq etməyə başlayardı. Atom Elektrik Stansiyalarında istehsal edilən elektrik enerjisi– bu, inkişaf etməkdə olan ölkələri düşdükləri geriqalmış vəziyyətdən çıxarmaq üçün açardır, lakin Komitet 300 onları bundan sonra da həmin vəziyyətdə saxlamaq əmrini verib!
Xarici yardımın azalması Beynəlxalq Valyuta Fondunun (BVF) inkişaf etməkdə olan ölkələrin təbii resursları üzərində nəzarətinin azalması demək olardı. Lakin məhz inkişaf etməkdə olan ölkələrin öz müqəddaratını həqiqi mənada təyin etməsi ideyası "Roma Klubu" və onun üzərində duran Komitet 300 tərəfindən lənətlənmişdir. "Roma Klubu"nun ABŞ-da "postindustrial sıfır inkişafını" nəzərdə tutan planlarına uyğun olaraq Birləşmiş Ştatlarda sənaye istehsalını sarsıtmaq üçün nüvə enerjisinə qarşı hərəkatın ABŞ-da uğurla necə istifadə olunduğunu biz artıq görmüşük.
ABŞ-ın maliyyə yardımından asılılıq xarici ölkələri "Beynəlxalq Münasibətlər üzrə Şura"nın faktiki olaraq quluna çevirir. Belə yardımlar edilən ölkələrin əhalisinə yalnız tör-töküntü çatır, şir payı isə BVF-yə ölkədən təbii resursları vəhşicəsinə daşımağa imkan yaradan dövlət liderlərinin cibinə çökür. Zimbabvenin (keçmiş Rodeziya) lideri Muqabe ölkənin xammal resursları üzərində- nəzərdən keçirdiyimiz halda yüksək keyfiyyətli xrom filizi- xarici nəzarətin həyata keçirilməsinin parlaq nümunəsini təcəssüm etdirir. Zimbabvenin xammal ehtiyatları indi bütünlüklə Lonrho kompaniyasının nəzarəti altındadır. Komitet 300-ün mühüm üzvlərindən biri olan Anqus Ogilvi bu nəhəng konqlomeratı öz xalası qızı (ruscada "kuzina" - əmi, bibi, dayı və ya xala qızı) Kraliça II Yelizavetanın adından idarə edir. ABŞ-ın ayırdığı illik 300 milyon dollar həcmində yardıma baxmayaraq, səfalət və dilənçiliyə qərq olan ölkə əhalisinin vəziyyəti isə getdikcə daha da ağırlaşmaqdadır. Lonrho Rodeziya (Zimbabve) xromu üzərində inhisara malikdir və ona arzuladığı istənilən qiyməti təyin edə bilər. Lakin Smit rejimi dövründə buna yol verilmirdi və Muqabe hakimiyyətə gələnə qədərki 20 il ərzində qiymətlərin məqbul səviyyəsi saxlanırdı. Yan Smitin 14 illik hakimiyyəti dövründə də bu ölkədə problemlər var idi, lakin o, hakimiyyətdən uzaqlaşdırılandan sonra işsizlik dörd dəfə artdı, indi Zimbabve xaos və faktiki olaraq müflis vəziyyətindədir. Muqabe ABŞ-dan kifayət qədər çox (ildə 300 milyon dollara yaxın) yardım almışdır: bu ona Fransanın məşhur "Mavi sahil" kurort zonasında, Kap Feratda və Monte Karloda üç hotel tikdirməyə imkan verdiyi halda, onun xalqı xəstəliklərdən, işsizlikdən və qida çatışmamazlığından- istənilən etirazı boğan amansız diktatura rejimindən hələ heç danışmırıq- əzab çəkirdi. Bunu ABŞ-dan heç vaxt nə bir sent belə almayan, nə də bunu heç xahiş də etməyən Smit rejimi ilə müqayisə edin. Tamamilə aydındır ki, xarici yardım– bu, Zimbabve və digər Afrika dövlətlərini nəzarət altında saxlamaq üçün çox güclü vasitədir! Bununla yanaşı, xarici yardım ABŞ vətəndaşlarını qeyri-ixtiyari asılılıqda saxlayır və buna görə də onlar hökümətə ciddi müxalifət yaratmağa qətiyyən qadir deyillər. Devid Rokfellerin xarici yardım haqqında qanun layihəsi 1946-cı ildə qanun qüvvəsini alanda o, nə etdiyini yaxşı bilirdi. Həmin vaxtdan bu qanun ölkənin ən çox nifrət edilən qanunları sırasına daxil olmuşdur,- xüsusilə də dövlət reketi ifşa ediləndən sonra,- çünki onun bahasını sadə xalq ödəməli olur! Axı necə olur ki, sui-qəsdçilər bütün dünyanın, xüsusilə də ABŞ və Böyük Britaniyanın xirtdəyindən yapışmağa müyəssər olurlar? İnsanlar digərləri ilə müqayisədə daha tez-tez belə bir sual verirlər: "Ayrıca götürülən bir təşkilat istənilən hər bir anda dünyada baş verən hər şeydən necə xəbərdar ola bilər və ümumiyyətlə, o öz nəzarətini necə həyata keçirir?". Polkovnik Con Kelmanın "SUİ-QƏSDÇİLƏRİN İERARXİYASI: KOMİTET 300-ÜN TARİXİ” kitabında bu və başqa suallara cavab verməyə cəhd edir. Sui-qəsdçilərin müvəffəqiyyətinin qarşısını almağın yeganə real üsulu isə budur: gizlin cəmiyyətlər, eləcə də həmin cəmiyyətlər üçün pərdə rolunu oynayan təşkilatlar, hökümət agentləri, banklar, sığorta kompaniyaları, transmilli korporasiyalar, neft sənayesi, müxtəlif adlar arxasında gizlənmələrinə baxmayaraq Komitet 300-ə -dünyanı ən azı yüz illər ərzində idarə edən ALİ nəzarət orqanına- tabe olan yüz və minlərlə digər təşkilat, fondlar ətrafında açıq diskussiya təşkil olunmalı və onların adları açıqlanmalıdır! "Beynəlxalq Münasibətlər üzrə Şura" və "Üçtərəfli Komissiya" haqqında onlarla kitab artıq yazılmışdır, buna görə də biz birbaşa "Roma Klubu" və "Almaniya Marşall Fondu" barəsində danışaq. Con Kelman bu təşkilatlar haqqında kitab nəşr etdirdiyi vaxta qədər ABŞ-da onlar haqqında tək-tük adam nə isə eşitmişdi. Kelmanın 1983-cü ildə dərc edilmiş ilk işi olan "Roma Klubu" demək olar ki, heç bir diqqət cəlb etmədi. Məsələdən bixəbər olan insanların əksəriyyəti zənn edirdi ki, "Roma Klubu"– bu, nə isə Katolik Kilsəsinə, "Almaniya Marşall Fondu" isə "Marşall Planına" aidiyyatı olan bir şeydir. Komitet elə məhz buna görə belə adlar seçir ki, vəziyyəti dolaşığa salsın və diqqəti baş verənlərdən yayındırsın. ABŞ höküməti, əlbəttə, bütün bunlardan xəbərsiz ola bilməz, lakin o özü sui-qəsdin tərkib hissəsi olduğu üçün informasiyanı gizlətməkdən ötrü əlindən gələn hər şeyi etməyə çalışacaq- təki həqiqət işıq üzü görməsin. "Roma Klubu" adlandırılan kitabında yeni, unikal informasiya ilə zəngin mənbə görə bilən yazıçılar yalnız kitab nəşr olunandan bir neçə il sonra tapıldı, onlar bu mövzuda danışmağa və yazmağa başladılar. Onların yazdıqlarından hətta belə təəssürat yaranırdı ki, sanki onlar məsələnin mahiyyətindən çoxdan xəbərdar idilər və ondan əməlli-başlı baş çıxarırdılar. Bu yazıçılar özləri üçün kəşf etdilər ki, "Roma Klubu" və onun "Almaniya Marşall Fondu" adlı maliyyəçiləri Şimali-Atlantika Müqaviləsi Təşkilatının (NATO) bayrağı altında fəaliyyət göstərən sui-qəsdçilərin yaxşı təşkil olunmuş filiallarıdır, "Roma Klubu"nun funksionerlərinin əksəriyyəti bura NATO-dan gəlib. NATO siyasətinin əsas müddəalarının hamısını "Roma Klubu" hazırlamışdır və məhz "Roma Klubu" Komitet 300-ün görkəmli üzvü lord Karrinqtonun fəaliyyəti sayəsində NATO-nu iki fraksiyaya– siyasi hakimiyyət qrupuna (sollar) və məxsusi olaraq hərbi struktura – parçalaya bilmişdi. "Roma Klubu" Komitet 300-ün əsas xarici siyasət qurumlarından biri kimi qalmaqda davam edir. Belə qurumlardan bir başqası da "Bilderberq Klubu"dur (Bilderbergerlər). "Bilderberq Klubu" 1968-ci ildə, başlanğıcda Aurelio Peççei özü şəxsən "Morqentau Qrupu"nun özəyini təşkil edənlərlə telefon əlaqəsi saxlayandan sonra yaradılmışdı. Peççei Vahid Dünya Hökümətinin yaradılması planlarına yeni impuls vermək və bu prosesi sürətləndirmək üçün onlara birləşmək çağırışını etdi. Vahid Dünya Hökümətini indi Yeni Dünya Nizamı adlandırırlar, hərçənd mən birinci ada üstünlük verirəm. Çünki bu ad "Yeni Dünya Nizamı" ilə müqayisədə həmin fenomenin mahiyyəti barədə daha dolğun təsəvvür yaradır. Bir də, "Yeni Dünya Nizamı" yalnız qarışıqlıq yaradır, çünki tarixdə artıq bir neçə dəfə "yeni dünya nizamı" olmuşdur, Vahid Dünya Höküməti isə hələ olmayıb. Birləşmiş Ştatlardan, Fransadan, İsveçrədən, Böyük Britaniya və Yaponiyadan olan "gələcəyin" ən odioz "memarları" Peççeinin çağırışına səs verdi. "Roma Klubu" 1968-ci ildən 1972-ci ilə qədərki dövr ərzində "yeni elmin" alimlərini, qlobalistləri, futuroloqları və müxtəlif çalarlı beynəlmiləlçiləri özündə birləşdirən təşkilata çevrildi. Təşkilatın üzvlərindən birinin dediyi kimi, "biz İosifin alabəzək geyiminə bənzəməyə başladıq". NATO-nun siyasi qanadının qəbul etdiyi doktrinanın əsasını Peççeinin "İnsan keyfiyyətləri" adlı kitabı təşkil etdi. Aşağıda Peççeinin "İnsan keyfiyyətləri" kitabından bir parça veririk: "Xristian dünyası özünün birinci minilliyinin sonuna çatandan sonrakı dövrdə ilk dəfədir ki, nə isə naməlum, onların ümumi taleyini tamamilə dəyişdirəcək bir hadisənin mütləq baş verəcəyi ilə bağlı həyəcanlı gözləmə vəziyyətindədir... İnsan, əsl müasir insan olmağın nə demək olduğunu bilmir... İnsan Bədniyyətli Şeytan haqqında nağıl uydurmuşdur, lakin əgər nə vaxtsa bədniyyətli şeytan mövcud olubsa da, BU– ELƏ İNSANIN ÖZÜDÜR... Biz burada insani paradoksla üzləşirik: insan özünün istisnasız qabiliyyətlərinin və nailiyyətlərinin tələsinə, sanki qum bataqlığına düşmüşdür– o, öz qüvvəsini nə qədər çox istifadə edirsə, ona bundan daha çox qüvvə tələb olunur". "Bəşəriyyətin indiki dərin patoloji və xəstəhal vəziyyətini hər-hansı bir tsiklik böhran və ya hadisələrin təsadüf zənciri ilə izah etməyin axmaqlıq olduğunu biz yorulmaq bilmədən beyinlərə yeritməliyik. Bəşəriyyət yeni texnologiyaların "Pandora qutusunu" açandan etibarən əhali sayının nəzarətsiz artımından, yüksəliş maniyasından, energetik böhranlardan, resursların faktiki və ya potensial çatışmamazlığından, ətraf mühitin çirklənməsindən, nüvə ağılsızlığından və buna bənzər bir çox başqa bəlalardan əzab çəkir". Bu, elə həmin "Roma Klubu"nun dəstəyi ilə çox-çox sonralar yaradılan "yaşıllar" hərəkatının proqramı ilə tamamilə üst-üstə düşür. Belə ki "yaşılların" təyinatı məhz sənaye inkişafını əngəlləmək və onu geri döndərməkdən ibarətdir. Peççei üç onillik ərzində "Atlantik İnstitutunun İqtisadi Şurasına" rəhbərlik edib, eyni zamanda da Covanni Aqnelliyə məxsus olan "Fiat Motor Company" kompaniyasının icraçı direktoru olub. Covanni Aqnelli- "Qara Aristokratiya"dan olan qədim italiyan ailəsinin üzvü və Komitet 300-ün ən mühüm üzvlərindən biridir. O, Sovet İttifaqında layihələrin işlənməsində aparıcı rol oynayırdı.
(ardı var)
|