Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Август » 30 » Kolatanlılar 87 min dollarlıq təbii qazın gəlişini gözləyir?
12:51
Kolatanlılar 87 min dollarlıq təbii qazın gəlişini gözləyir?
Və yaxud: "Sanki uşaq bir atanın belindən gəlir, böyüyüb başa çatanda isə yaş kağızında başqa atanın adı yazılır”

Bu yazının linqi 20 iyul 2009-cu il tarixdə "Cənub xəbərləri” qəzetində çap olunmuş "Xeyriyyəçi niyə küsüb?” başlıqlı və böyük qalmaqala səbəb olan məqalədən xəbər verir.

Sirr deyil ki, gənclərimiz əsgəri xidməti başa vurduqdan sonra, bu ölkədə heç yerdə lazım olmadıqlarına görə bir tikə çörək dalınca Rusiyanın soyuq Sibirinə hicrət etməyə üstünlük verirlər. Vətəndən uzaqda min cür çətinliklərlə, xüsusən Rus OMON-çularının işgəncə və təqiblərinə baxmayaraq pul qazanır, Azərbaycanda qalan valideynlərinə də maddi yardımlarını əsirgəmirlər.

Hətta bir çoxları boya-başa çatdıqları el-obasında xeyriyyəçilik də edirlər.

Masallı rayonunun Kolatan kəndindən olub Rusiya Federasiyasında yaşayanlar 2009-cu ildə kəndə təbii qaz çəkilməsi məqsədi ilə 87 min ABŞ dollar göndərdilər. Müsahibim, Kolatanlı ağsaqqal Hacı Rəzzağın dediyinə görə, həmən pulun 80 min dollarını sabiq rayon Qaz İstismarı İdarəsinin müdiri Elxan müəllim özündən yuxarı ağaları ilə birgə həzm borularından keçməsinə nail oldular. Xatırladaq ki, SSRİ dönəmində rayonun ən ucqar kəndi Sığdaş və Ninalova da qaz xətti çəkilmişdi. ”Xoşbəxt sosializmdən kommunizmə” keçid dövründən bəri təbii qazın gəlişini insanlar hələ də səbirsizliklə gözləməkdədirlər.

87 min dolların qoxusunu duyan rayon İH-nin başçısı Qəzənfər Ağayev kənd əhalisinə dəfələrlə bildirdi ki, qazınız yaxın aylarda çəkiləcək.

Mən isə qaz çəkilişi məsələsini kökündən araşdırmağa başladım. Bu işlə bağlı hətta "Azəriqaz” rəsmilərinin mənim diktofonuma dedikləri bu günün özündə də aktualdır. Bildirilmişdi ki, rayonun Kolatan, Xanalion, Sığdaş, Babakücə, Ninalov və digər dağətəyi kəndlərə qaz çəkilişi 2013-cü ilə kimi plana salınmamışdır. O vaxt mən camaata bildirdim. Çox yazdım, çox dedim, eşidən olmadı.

Elxan müəllim 80 min dolları qamarlayıb Gəncəyə anoloji vəzifəyə getdi. Kolatan və ona qonşu kəndlərin köhnə qaz borularının bəzi çürümüş yerlərini qaynaq edib, necə deyərlər camaatın gözünə kül üfürdülər. Onu da qeyd edim ki, kənd sakinləri dərdini deməyə dürüst adam tapa bilmirlər.

Sözümün canını lap unutmuşdum e...!

Dedim axı, köhnə borular ordan-burdan qaynaq edildi. Bir də eşitdik ki, İH-başçısı Qəzənfər müəllim Az.Tv-dən çəkiliş qrupu dəvət edib.

Kolatanda qaz çəkilişinin açılışı ilə əlaqədar ərazi nümayəndəliyinin inzibati binası qarşısında mitinq düzənləyib (Allah səni rəhmət eləsin, Mirzə Cəlil, kaş ki, bu kəndə də məxsusi bir ad seçəydin!).

Deyirsiz sonrası nə oldu? – Necə nə oldu, o oldu ki, kəndin buyruq müqəvvaları, ərazi nümayəndəsi və bələdiyyə üzvləri əvvəlcə Qəzənfər müəllimin ayaqları altında iki qoyunu qurban kəsdilər, təriflər yağdırdılar, salavatlar çevirdilər.

Binanın arxasında isə "I" əməliyyatı, yəni bələdiyyəçilər çiyinində gətirdikləri qaz balonuna şlanq qoşub, məşəlin yandırılmasını hazır vəziyyətə gətirdilər. Qəzənfər müəllim kənd camaatının alqışları altında balondan gələn qaz məşəlini yandırdı, elə həmin gün axşam Az.Tv kanalizasiyası Kolatanda qaz çəkilişini yayımladı.

Oxşar vəziyyət qonşu Bədəlan kəndində də baş verdi. Qaz problemi ilə bağlı yaşadığım Sığdaş kəndindən bir neçə kəlmə deməsəm, "göydə mələklər də qınayar bizi”.

Hələ Kolatanda "qaz” söhbəti bitməmiş, mənə təqib və təzyiqlər də ara vermirdi. Sabiq ərazi nümayəndəsi Valeh Mikayılovla olan 87 min dollarlıq söhbətə Boradigah polis bölməsinin rəisi mənim haqlı olduğumu təsdiq etməsiylə nöqtə qoydu. O ərəfədə kəndimizin tanınmış, müqəddəs "Mursəli”ocağını inhisara götürən bəzi hacı və kərbəlayılar da fürsətdən istifadə edib, camaatı aldadaraq bir ay müddətinə kəndə qaz çəkiləcək, deyə qapı-qapı düşüb, 50-100 manatdan pul yığdilar.

Onda da haray qopardım, ay camaat, sizi aldadırlar! – Mən dedim, mən eşitdim.

Çox keçmədi, hər kəs anladı ki, bu hakimiyyət əgər paytaxt əhalisinə qaz vermirsə, ucqar, ona lazım olmayan Sığdaş kəndinə heç vaxt verməz. Hər cümə namazından sonra "qaz razborka”sı gündəmdən çıxmır ki, çıxmır...

Mətləbdən uzaqlaşmayıb, onu da deyim ki, "xudanəkərdə” Kolatana qaz verilsə, İH başçısı dəyişilsə, məşəlyandırma "mərasiminə” təkrar Az.Tv- reportyorları ezam olunacaqmı?

Düzünə qalsa, Kolatanlılara nə balondan yandırılan yalançı məşəl , nə də onu yandıran lazım deyil. Onları Rusiyada balalarının zülümlə qazanıb kəndə qaz çəkilişinə görə göndərdikləri 87-min ABŞ dollarının acı taleyi maraqlandırır. Müqəvva bələdiyyə üzvləri isə deyirlər ki, rayona yaxın günlərdə yeni başçı təyin olunacaq, qaz problemini də o həll edəcək. Mənsə deyirəm ki, "sanki uşaq bir atanın belindən gəlir, böyüyüb başa çatanda isə yaş kağızında başqa atanın adı yazılır”

Belə ki, bizdə bir iş adamı obyekt tikir, həmin obyekti başqasının adına yazırlar. Bu da YAP-ın (Yalançı Azərbaycan Partiyasının) siyasətidir.

P.S. Bir keçəlin qap-qara bığı varmış, bir gün keçəl durur güzgü qabağında əllərinə vazelin sürtüb, bığını sığallayır, sonra əlini başına çəkmək istəyəndə, dərindən ah çəkir. Arxadan atasına diqqətlə baxan uşaq birdən deyir: Atacan, ahın dağlara, darıxma, inşaallah sənin də başına tük gələr.


Mətləb DADAŞİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


 

Категория: Талыш xəbərləri | Просмотров: 2027 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus