"ƏLİ NASİR - 60" yubiley tədbirləri silsiləsindən bütün əlinasirsevərləri ürəkdən təbrik edirəm!
Bu gün, 30 aprel 2015-ci il tarixi böyük VƏTƏNPƏRVƏR və İSTİQLAL şairi ƏLİ NASİRİN, eləcə də onun poeziyasının vurğunlarının yaddaşlarına çox möhtəşəm bir gün kimi əbədi həkk olunacaqdır!
Belə ki, bu gün ŞAİRİN birdən-birə iki fundamental kitabı - Azərbaycan dilində "Oxuyuram alnımdakı yazını"
("Ayinəmdə hərfi zər tək parladan bir mahirəm,
Mən həqiqət çeşməsindən nur dadan bir şairəm!)
və Talış dilində "Qonə şələ"
(Çe Deyoku Kiyəksəri sonimon,
Əmə çı Zərdüsti sərostonimon!
Atropə, Papoki mərdə zonimon,
Kəspion, Kəduston - Tolışonimon!)
-adlı kitabları yüksək keyfiyyətlə çap olunaraq, işıq üzü görmüşdür!
Sabah, 2015-ci il, 1 MAY günüdür! 60 yaşı tamam olur ki, ƏLİ NASİRİN!
Bu gün işıq üzü görmüş bu nəfis kitabların sabahkı 60 illik yubileyin üçün başlıca hədiyyələrin olacaqdır, NƏHƏNG ƏLİ NASİR!
"Qorxutma heç kəsi, qorxutma, şair... Axı.., SƏN uzaqdan NƏHƏNG görünürsən! Nəfəsindən-səsindən qorxurlar! Kölgəndən də, qorxurlar bunlar! Yaxınlaş, ey böyük şair!
Qoy, səksəkələri çəkilsin! Əsməcələri yox olsun, qoy! Qorxu-hürkü çəkilsin, qoy!
Sabaha qədər, sabah görüşənədək, şair!
Mehdibəy SƏFƏRZADƏ