Nolub sizə, ay canınıza daraşım?
- Görürəm ki, Hadıqulu başınızı elə qarışdırıb heç salamın cavabın almağa da macalınız yoxdur...
Vallah siz "müəllimlik maaşı" alanlara heç zərrə qədər də yazığım gəlmir. İstəyirəm elə günə qalasınız ki, 50 il əmək fəaliyyəti olan pensiyaçı kimsəsiz nənələr kimi bazara gedib, bütün naz-nemətlərə həsrətlə baxıb, göz yaşları ilə evinizə əli boş gələsiniz.
Necə yanı niyə, ay zavallılar?!
- Demişdim axı, müəllim adı ən yüksək, pak və müqəddəs addır, onun saflığını qoruyub, üstünə qara ləkə gətirməyin.
- Siz nə etdiniz, nə tez çaşıb unutdunuz?
- Hələ də anlamırsınız nədən danışmaq istəyirəm?
Dinləyin! - Deyin, seçkilərdə niyə bu milləti 50-100 manata satıb, gedib oturdunuz məntəqələrdə Məzahirpaşanın əmrinə müntəzir oldunuz, saf insanların səsini qutularda boğdunuz, xalqın inamını qırıb, məhv edib, özünüzü də onları da kölə halına mübtəla etdiniz?
Söhbəti uzadıb, heç kimi yormaq istəmirəm. Kəsəsi, bu hakimiyyət siz müəllimlərdə elə bir əcaib cinayətkar düzəldib "seçki vitrininə eksponat" qouib ki, gələcək nəsillər sizə baxıb, heç tüpürəcək sizə də sizdən cinayətkar düzəldənlərədə.
İndi niyə ağlaşma qurubsunuz?
Bunu da demişdim axı, "cəmiyyətimizi bu halə salan 4- zümrədir":
1. YAP-çı MÜƏLLİMLƏR;
2. DİNDARLAR ("без исключения. Потому что они в пост советском пространстве были патентованными слугами КГБ"), indiki MTN;
3. HÜQUQ - MÜHAFİZƏ SİSTEMİ;
4. HƏKİMLƏR. - Vay dədəm vay ! - Daha təhlükəlisi, amansızı, əqidəsizi...
Yenə soruşursunuz niyə?
- Ona görə ki, bu axırıncı zümrə, "mən ölüm, sən ölümə", filan qanan deyil, o yazıq HİPOKRAT andına da çoxdan tüpürüblər. Yəni, Allah eləməsin xəstələndin, pulun olmadısa, sakitcə get "Xələtini" al, get qəbristanlıqda qəbrini qaz, uzan qəbrinə, yoldan ötən də yazığı gəlib üstünü basdırsın, sənin də evdəkilərində canı qutarsın...
Əşşi, nə ATV, nə Zaurqulu, hamısı hökumətin qurmasıdır...
Görmürsünüz ki,a, kəlmə başı bu Dövlətin, hakimiyyətin şəninə " tostlar " deyib, hacı Sədiqulu da " AMİN " deyib, "dindar ekspert" -salavatın çevirir?
- Daha bəsdirində, guya hər sözü mən desəm, bu Bazarbaycan paklanıb, əski adına qayıdar?
Odurki, "adı YAP-çı müəllim olub, cinayətkar damğası daşıyanlar ", Hadıqulunu qınamayın, günahkar özünüzsüz!
D İ T D İ L İ - Pero
Sverdlovsk – Lankon