ƏLİ NASİR - 60
Azərbaycanın istiqlal şairi Əli Nasirin 60 yaşı tamam olur. Bu insanın müəllifi və ifaçısı olduğu "Ey Ana Vətən" marşının sədaları altında milyonlar sovet imperiyasının üstünə şığıdı və onun xərabələri üzərində müstəqil Azərbaycan Respublikasının bayrağını yüksəltdi. Təəssüf ki, "inqilabı dahilər hazırlayır, ondan fırıldaqçılar yararlanır" fikri bu dəfə də keçərli olmuşdu. Çox keçmir Əli Nasir özünün qurucularından biri olduğu dövlətin zindanına salınır. Onu həm də keçən əsrin axırıncı məhbəs sairi adlandırmaq olar.
Bu gün vəziyyət o həddə çatıb ki, Əli Nasir 60 illik yubeliyini öz hesabına qeyd etmək istərkən Bakı şəhərin restoranlarına mövcüd avtoritar rejim qadağa qoyub. Bununla onlar hər vasitə ilə Azərbaycanda məkrlə apardıqları "parçala və hökm sür" siyasətlərinə sadiq qaldıqlarını bir daha bəyan edir, özlərinin çirkin məqsədlərinə nail olmaq üçün bütün vasitələrdən istifadə edəcəklərini israrla gözə soxurlar.
Nə yaxşı ki, bu provokasiyaya layiqli cavab verən mərkəzlər də Vətəndə mövcüddür. İndicə aldığım məlumata görə isə Demokratik Qüvvələrin Milli Şurası Əli Nasirə təbrik teleqramı göndərmişdir.
Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası özünün təbrik teleqramında "Haqq yolunda durmuşuq, bu baş, bu bədən!" hayqıraraq milyonları riqqətə gətirib mübarizəyə səsləyən, "Mən talış olduğum qədər də azərbaycanlıyam!" deyən, doğma vətəni Azərbaycanı müqəddəs məkan sayan böyük şairi yubley münasibəti ilə təbrik edir, bütün varlığıyla Azərbaycanın azad, demokratik, xoşbəxt və bərabərhüquqlu vətəndaş cəmiyəti kimi inkişafını istəyən böyük şairə yaradıcılıq uğurları və möhkəm can sağlığı arzulamışdır.
Biz də bu təbriklərə qoşulur, Əli Nasirə möhkəm can sağlığı, yaradıcılıq uğurları, uğrunda mübarizə apardığı Azərbaycanın təntənəsini görməyi arzu edirik.
Ataxan ƏBİLOV,
Niderland Krallığı