Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Сентябрь » 19 » Məhkəmədə iki dövlət ittihamçısı var: hakim bə prokuror
19:05
Məhkəmədə iki dövlət ittihamçısı var: hakim bə prokuror
Mövsüm Səmədov: "Özümüzü ədalətsiz məhkəmədə hesab edirik. Əgər bu məsələnin İslam Partiyasına aidiyyatı yoxdursa, niyə 8 aydır ki, qərargah bağlıdır?"

Vəkil Həbib Əliyev: "Belə çıxır ki, hara silah qoyublar, oranı da yoxlayırlar"



FaktXeber.com-un verdiyi məlumata görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun, partiyanın sədr müavini Vaqif Abdullayevin, Astara rayon təşkilatının sədri Rufulla Axundzadənin, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, Masallı ruhanisi Fəramiz Abbasov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası şahid ifadələriylə davam etdirilib.

Məhkəməyə ilk olaraq şahid qismində Hacıağa Nuri dəvət olundu. O, təqsirləndirilən şəxslərdən Dəyanət Səmədovdan başqa hamısını tanıdığını bildirdi: «Məni Mehdi müəllim şahid qismində istintaqa çağırmışdı. Sonra  əsasən partiyanın yaranma tarixi və Hacı Mövsüm ilə əlaqədar sorğu-sual elədi. Mən də bildirdim ki, təqsirləndirilən insanların heç bir sizin sadaladığınız cinayətləri edə bilməz. Mövsüm Səmədov həkim və ruhani, Hacı Vaqif ziyalı, Fərəməz Abbasov seyidimiz və sair. Hacı Mövsümün partiyaya necə sədr seçildiyi ilə bağlı da sorğu-sual olundum. Bildirdim ki, 2007-ci ildə Partiyanın qurultayı ərəfəsində mənim ailəmdə böyük bir faciə yaşandı, kiçik qızım qətlə yetirildi. Bununla əlaqədar olaraq yoldaşım bərk xəstələndi. Mən yoldaşımı da itirməmək üçün namizədlikdən imtina etdim. Qeyd edim ki, həmin dövrdə partiyanın bir neçə namizədi var idi. Səsvermə yolu ilə Mövsüm Səmədov partiyanın lideri vəzifəsinə seçildi».

Hacıağa Nuri Mövsüm Səmədovun çıxışı ilə bağlı suallara gəldikdə isə bunları dedi: «Son bir neçə ildə Azərbaycanda görünməmiş hadisələr baş verir, məscidlər sökülür, azanın səsi kəsilir, xanımlarımızın başından hicablar açılır. 37-ci ildən bəri belə hadisələr baş verməmişdi. Bu həm Konstitusiyamıza, həm də  mili-mənəvi dəyərlərimizə ziddir. Mövsüm Səmədov da 20 ildi xalq arasında mili-mənəvi dəyərlərə qoyduğu dəyəri ilə tanınam bir partiyanın sədri kimi bu məsələdə susmadı. Çünki xalqın bu partiyada  çox böyük  ümidi və tələbatı var. Düzü onun çıxışına qulaq asmamışam. Amma təqribən bilirəm ki, Azərbaycanda yaranan mühit onu bu cür sərt şəkildə çıxış etməyə vadar edib».

Dövlət İttihamçısı: Əgər çıxışa qulaq asmayıbsınızsa, nə bilirsiniz söhbət nədən gedir?

H.Nuri: Hər halda mən bu ölkədə yaşayıram. Məxsusən İslam Partiyası mənim üçün çox doğma olduğundan ölkə mətbuatında onun fəaliyyətini izləyirəm. Hicab məsələsində, sökülən məscidlər barəsində dözümsüzlüyü də mənə məlumdur.

D.İ.: Heç eşitmisiniz ki, Mövsüm Səmədov ölkədə tikilən məscidlər barədə nəsə desin?

H.Nuri: Son 4-5 ildə yeni məscid tikilib məgər? Yeni məscid haqqında heç mən özüm eşitməmişəm. Mən özüm belə bu barədə heç nə danışa bilmərəm.

Vəkil Məzahir Şahmarov: İslamın terrora münasibəti necədir?

H.Nuri: Dinmizi terror edəni məhkum edir. Kimliyindən asılı olmayaraq.

M.Ş.: Yəhudilərə münasibətiniz necədir?

H.Nuri: İstər yəhudi olsun, istər xristian bunlar hamısı əhli-kitabdır. Şəriət bizə icazə verir ki, qeyri-müsəlman ölkəsində namaz vaxtı ibadət etməyə məscid olmasa, sinaqoqda, yaxud da kilsədə bu işi yerinə yetirək.

M.Ş.: İslam Partiyasının yəhudilərə qarşı çıxışı olub? Yaxud onları terror eləməklə bağlı nəsə eşitmisiniz?

H.Nuri: Bu məsələ İslam Partiyasının tituluna ziddir. Və belə bir şeyi rədd edirəm.

Nemət Heydərov: Vaqif Abdullayev neçə il tabeliyinizdə işləyib.

 H.Nuri: Mənim sədrlik etdiyim gündən ta ki, istefama kimi təşkilati məsələlər üzrə müavinim olub. Ondan başqa heç kim bu vəzifədə olmayıb.

N.H.: Partiyanın işi ilə əlaqədar tədbirlərə, mərasimlərə dəvəti o edirdi?

H.Nuri: Elə onun vəzifəsi bu idi də.

N.H.: Dəvəti öz təşəbbüsü ilə edirdi.

H.Nuri: Xeyr. O, təşkilati məsələlər üzrə müavin kimi bu işi yerinə yetirirdi. Yəni vəzifəsi bu idi. Bütün rayon komitələrinin telefon nömrələri onda olurdu. Və tədbirlərə, iclaslara  dəvəti vəzifəsinin gərəyi olaraq, o edirdi.

N.H.: Partiyada olduğunuz uzun illər ərzində Vaqif Abdullayevin hər hansı bir qanunsuz hərəkətinin şahidi olmusunuz?

H.Nuri: Xeyr. Heç vaxt.

Mövsüm Səmədov: Siz Partiyanın uzun müddətli rəhbərlərindən kimi kimi, bu qurumun hər hansı bir radikal hərəkətinin şahidi olmusunuz?

H.Nuri: Açığı belə şeylər partiyanın Nizamnaməsinə, Məramnaməsinə ziddir. AİP yaranan gündən nə terroru dəstəkləyib, nə də dini və məzhəb ayrıseçkiliyi salıb.

M.S.: AİP-in dini təriqətlərə münasibəti necə olub?

N.Nuri: Azərbaycan dünyada yeganə  müsəlman dövlətdir ki, heç bir dinə pis münasibət bəsləməyib. Həmişə digər məzhəbin nümayəndələrinə ehtiramla yanaşıb. Partiyaya verilən bu ittiham tamamilə yanlışdır və mən rədd edirəm.

Bu zaman dövlət ittihamçısı etiraz edərək bildirdi ki, bu gün Partiya yox, ayrı-ayrı şəxslər ittiham olunurlar. Bu zaman təqsirləndirilən şəxslərdən Ruhulla Axundov dözməyib dövlət ittihamçısı ilə mübahisəyə girişdi.

Hakim Eldar İsmayılov: Axundov, sən özünü harada hesab edirsən?

Mövsüm Səmədov: Ədalətsiz məhkəmədə hesab edir. Əgər bu məsələnin İslam Partiyasına aidiyyəti yoxdursa, niyə 8 aydır ki, qərargah bağlıdır?

E.İsmayılov (üzünü Hacıağa Nuriyə tutur): Partiyanın qərargahı kimindir?

H.Nuri: Mənim. Yoldaşımın adına qeydiyyatdadır.

E.İsmayılov: Partiya rəsmi qeydiyyatdan keçib?

N.Nuri: 1991-ci ildə rəsmi qeydiyyata alınıb. Lakin 1995-ci ildə bütün partiyaların, o cümlədən AİP-in qeydiyyatı dayandırıldı. Biz qeydiyyat üçün dəfələrlə müraciət etsək də heç bir cavab almadıq. Siyasi Partiyalar Haqqında qanuna əsasən də əgər Ədliyyədə Nazirliyindən bir neçə ay müddətində cavab gəlmirsə, qurum işinə davam edə bilər. Bizim Partiyanın hər 2-3 ildən bir Qurultayı keçirilir və biz mütəmadiyən bu iclasdan sonra sənədlərimizi təqdim etmişik. Heç bir mənfi cavab da almamışıq.

Mövsüm Səmədov: 2007-ci ildə sənədləri bir daha Ədliyyə Nazirliyinə təqdim elədik. Oradan bildirdilər ki, 2 düzəliş lazımdı. Deyilən xətaları düzəldərək bir daha göndərdik və daha bir neçə dəfə bu işi gördük. Heç bir mənfi cavab almadığımızdan da, hörmətli dövlət ittihamçısı, fəaliyyətimiz tamamilə qanuna uyğundur.

Bundan sonra şahid qismində  Abdullayev Elşən dəvət olundu. Katibin köməyi ilə and içdikdən sonra təqsirləndirilən şəxslərdən kimləri tanıdığı soruşuldu. Dəyanət Səmədovu tanıdığını bildirdi. Bundan sonra səhər rayonun mərkəzində bazara gedərkən hal-şahidliyinə dəvət edildiyini dedi.

Vəkil Həbib Əliyev: Qumbaralar çıxanda Dəyanət orda idi.

Şahid: Bəli.

H.Ə.: Kimin otağından çıxdı.

Ş.: Müdirin.

H.Ə.: Bəs niyə Dəyanətin iştirakı ilə oldu?

Hakim: Sual çıxarılsın.

Həbib Əliyev: Protokolu oxuyub imzaladın?

Ş.: Yox. Mənim üçün oxudular, mən də gördüm düzdü, imzaladım.

H.Ə.: Həyət baxdınız?

Ş.: Elə-belə.

H.Ə.: Evə ciddi, həyətə elə-belə baxdınız?

Ş.: Yox, həyətə də baxdıq.

H.Ə.: Həyətdə nə vardı?

Ş.: Qab-qacaq.

H.Ə.: Haralara baxdınız?

Ş.: Hamama, ayaqyoluna.

H.Ə.: Bəs qazanxanaya baxmadız?

Ş.: Elə bir şey görməmişəm.

H.Ə.: Bizdə olan məlumata görə, həyətdə qazanxanaya baxış keçirilib.

Dövlət İttihamçısı: Etiraz edirəm. O dedi ki, baxmamışıq da…

Dəyanət Səmədov (dövlət ittihamçısına): Niyə belə edirsiniz? Burada mənim taleyim həll olunur, məni 10-15 il iş gözləyir. Niyə qoymursan müdafiəçim sualını versin?

Hakim:  Şahid deyir ki, qazanxanaya girməmişəm.

Dəyanət Səmədov: Yalan deyir. Niyə axtarış olmayıb? Olub. Heç nə də tapmayıblar. Elə şey olar ki, həyəti axtarsınlar, orada cəmi bir tikili var, ora da baxmasınlar?

Vəkil Həbib Əliyev:  Bu o deməkdir ki, birinci dəfə baxmayıblar. Sonra ikinci dəfə isə baxıblar. Belə çıxır ki,  hara silah qoyublar, oranı da yoxlayırlar.

Vəkil Məzahir Şahlarov: Necə ola bilər ki, axtarış qrupu gəlib həyəti  yoxlasınlar, amma qazanxanaya baxmasınlar. Başqa təqsirləndirilənin evindən silah çıxardan da həyəti yaxşı-yaxşı yoxlayıb, evə elə-belə nəzarət edirlər ki, bəyəm bu şəxs ağılsızdı, evdə silah saxlasın? Möhtərəm hakim, sizin kimi təcrübəli insan bu məsələyə necə rahat baxır?

Rufulla Axundov: Cənab hakim, bu günə kimi bu qədər ziddiyyətli şahidlər olub, heç nə deməyibsiz.

Dəyanət Səmədov: Mən vəsatət qaldırmışam ki, imzamı saxtalaşdırıblar. Niyə bu məsələyə baxmayıbsız?

Mövsüm Səmədov (Hakimə): Belə görünür ki, məhkəmədə iki dövlət ittihamçısı var: Hakim  və Vüqar (dövlət ittihamçısı).

Dəyanət Səmədov (hal şahidinə): Dükandan və evdən başqa yerdə olmusan?

Hal-şahidi: Yox. Elə bu ikisində olmuşam.

Dəyanət Səmədov: Xahiş edirəm protokola qeyd olunsun. Tək bu cümləsinə görə ona cinayət işi açılmalıdır.

Vəkil Anar Qasımlı ziddiyyətli məqamlar olduğu üçün şahidə yenidən sual verməyi tələb etdi.

Anar Qasımlı: Həmin günü başqa baxışlar da olub?

Hal-şahidi: Xeyr.

A.Q.: Mənim protokol  var ki, o, həmin günü başqa yerlərdə də olub. Sənəddə 3 yerin adı göstərilir.

Hal-şahidi: Başqa yerdə olmamışam

A.Q.: Mərdan Səmədov adlı  şəxsin evində olmamısan?

Hal–şahidi: Yox.

A.Q.:  Möhtərəm hakim, xahiş edirəm bu sənədə bir baxın. Burda qeyd olunub ki, şahid orada da olub.

Hakim sənədə baxır.

Hakim E.İsmayılov: Axı burda "Elşad Abdullayev" yazılıb.

Anar Qasımlı:  Şahidlər siyahısına baxdıq. Bütün məlumatlar atasının adı, ünvanı və sair eynidir. Buna görə də ada texniki səhv kimi yanaşdıq. Əgər başqası varsa, çağırın o gəlsin.

Həbib Əliyev: Evdə olan protokolda da "Elşad" yazılıb.

İmzanın şəxsə aid olub-olmadığını öyrənmək üçün sənədi hal-şahidinə təqdim etdilər. O imzanın onun olduğunu təsdiq elədi.

Hakim: Həmin gün yanında pasport olmadığından texniki səhv olub.

A.Q.: Biz bunu dəqiq araşdırmalıyıq. Belə çıxır ki, Mərdan Səmədovun evində axtarış olmayıb. Yəni onsuz da bilirlər ki, nə haradadır. Bu üzdən də Mərdan Səmədovun evində axtarış aparmağa ehtiyac duymayıblar. Sadəcə imzaladıblar.

Hakim: Mərdan Səmədov özü də şahiddir. Gələr bu məsələni dəqiq araşdırarıq.

Dəyanət Səmədov: Cənab hakim, şahidin yalançılığı üzə çıxsa onu nə gözləyir?

Hakim: Bu məsələni qiymətləndirəcəyik. Dəyanət Səmədov (şahidə): Onda görüşərik. Sənin kimilər orda yer süpürürlər.

Daha sonra şahid qismində Əliyev Elxan dəvət olundu. O təqsirləndirilən şəxslər arasında qubalıların hamısını tanıdığı və onlara bu və ya digər şəkildə qohumluğunun çatdığını dedi. Daha sonra Firdovsi Məmmədrzayevin evində axtarış aparılarkən, şkafdan silah çıxdığını bildirdi.

Şəfa Camalzadə: Bələdiyyə sədri kimi, deyin, Firdovsi Məmmədrzayevi necə bir insan kimi tanıyırsınız?

Şahid: Sakit, başıaşağı bir insan kimi.

Ş.C.: Yəhudilərlə bağlı məsciddə çıxışını eşidibsiniz?

Şahid: Xeyr. Ümumiyyətlə, bu cür ittiham barədə mən indi eşidirəm. Qubalıların onlarla heç bir problemi olmayıb. Bu şəxsin də nəsə dediyini eşitməmişəm.

Ş.C.: Silahlar tapılanda əl izləri götürüldü?

Şahid: Bəli.

Anar Qasımlı: Əl izləri harada götürüldü?

Şahid: Qonaq otağında. Silahlar stolun üstünə düzülmüşdü.

Firdovsi Məmmədrzayev: Gələndə evin qabağında adam var idi?

Şahid: Bəli. Çox idi.

F.M.: Siz gələnə kimi evə kimsə girə bilərdimi?

Şahid: Mən gələndə soruşdum ki, kimsə girib. Dedilər yox.

Firdovsi Məmmədrzayev: Bu barədə uşağın sonradan yadına düşüb.  Hadisədən sonra qapının ağzında mübahisənin şahidi olmusuz?

Şahid: Bəli.

F.Məmmədrzayev: Bilirsiniz, uşağın bu barədə sonradan yadına düşüb. Gəlib əmisinin qulağına yavaşcadan deyib ki, 5 nəfər içəri giribmiş və otaqlara baxıblar. Fəxrəddin də bu səbəbdən polislərlə mübahisə edib.

Hakim köməkçisi şahidə müraciət etdi: Siz gələndə Fəxrəddin orda idimi?

Şahid: Yox. Fəxrəddin məndən sonra gəldi.

 
Bununla da məhkəmə 14.30-a kimi fasiləyə ayrıldı. Buna baxmayaraq, sonradan - 15.50-də iclasın sentyabrın 21-i saat 10.00-a kimi təxirə düşdüyü bildirildi.


TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 1498 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus