Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Март » 24 » Iqtidarın “mitinqləri”...
01:21
Iqtidarın “mitinqləri”...
Bu yazımı USTADIN 70 illik yubiley tədbirinə həsr etmək istəyirdim. Çox təəsüf ki, mən həmin tədbirdə iştirak edə bilmədim. Bunun birinci səbəbi mənim maşınsız olmağım idisə, ikinci və ən əsas səbəbi yubiley tədbirinin keçirilmə vaxtının mənə dəqiq deyilməməsi oldu. Nə isə, görünür təşkilatçılar məni o tədbirdə görmək istəməyiblər, baxmayaraq ki, digər qəzetlərin jurnalistlərini şəxsən dəvət etmişdilər...

Sumqayıtın paxlavası...

Mən həmişə "Xural” qəzetində Sumqayıtdakı məmur özbaşınalıqlarından yazırdım. Bu məmurlar, başda başçı Vaqif Əliyev olmaqla mənə qarşı böyük bir plan hazırlasalar da, yaxşı münasibətdə olduğum, respublikanın aparıcı qəzetlərindən birinin baş redaktoru məni gözlənilən təhlükədən xəbərdar etdi. Həmişə belə olub, məni daima son anda xəbərdar edən tapılıb. İşim bunda yox, sadəcə olaraq istəyirəm yenidən Sumqayıt mövzusuna toxunam. Bütün respublikada olduğu kimi, Sumqayıtda da "geniş quruculuq-abadlıq işləri” aparılır və çox maraqlıdır ki, bu "quruculuq-abadlıq işlərini” Gəncədən "transfer” edilmiş Eldar Əzizov aparır. Bu həmən Eldar Əzizovdur ki, onun Gəncədə apardığı və milyonlarla pul xərclədiyi "quruculuq-abadlıq işlərini” Yevlaxdan Gəncəyə "transfer” edilmiş Elmar Vəliyev dibindən sökərək, təzədən aparır. Bir neçə milyon "cartes”, getdi "sələfüyə”, yəqin ki, Elmar Vəliyevin də Yevlaxda apardığı "quruculuq-abadlıq işlərini” onu əvəz edən başçı "yerlə yeksan edib”. Sözüm bunda yox, amma bir şeyi anlamaq iqtidarında deyiləm, necə ola bilir ki, Gəncədə bir neçə milyon manatın "şotuna” aparılan "yarıtmaz quruculuq-abadlıq işlərinin” müəllifi indi həmən işləri Sumqayıtda aparır? İndi məni başa salın görüm, necə ola bilir ki, Gəncəni "yarıtmayan” Eldar Əzizov Sumqayıta transfer oldu? Yox, əgər o Gəncəni "yarıtmışdısa”, onda niyə Elmar Vəliyev Gəncəni təzədən "söküb-yığır”? Axı buna milyonlarla pul xərclənib, indi sabah Eldar Əzizovu burdan başqa rayona aparsalar, onun yerinə də Elmar Vəliyevi gətirsələr, yenə də "sök-ha-sök” başlayacaq? İndi bu iki başçıdan soruşan varmı ki, a kişilər, hansınız düz işləməmisiz? Əgər Eldar Əzizov Gəncədəki "quruculuq-abadlıq işlərini” düzgün aparmayıb, milyonları pulu kül kimi göyə üfürmüşdüsə, bəs onda niyə onu "dövlət əmlakını talamaq” maddəsi ilə həbs etməyib, Sumqayıtın "quruculuq-abadlıq işlərini” ona tapşırdılar? Yox, əgər Eldar Əzizov Gəncəni "düzgün qurub-abadlaşdırmışdısa”, onda niyə Elmar Vəliyevi "bilərəkdən dövlət büdcəsinə küllü miqdarda ziyan vurma” maddəsi ilə həbs etmirlər? Bax, bu niyələr məni dəli edəcək, ya mən bu "niyə”lərə cavab tapmalıyam, ya da... Nə isə, indi hörmətli kulinar, üzr istəyirəm, başçı Eldar Əzizov Sumqayıtda nəhəng bir paxlava bişirtdirib, Novruz bayramında verib kasıb-kusubun ixtiyarına. Eldar Əzizov çox gözəl bilirdi ki, əksər Sumqayıtlılar evlərində paxlava bişirə bilməyiblər, buna görə də o böyük bir paxlava bişirtdirib, yetim Sumqayıtlılara yedizdirdi. Vallah bu Sumqayıtlılar yaxşılıq bilən deyillər, kişi hər bayramda bunlara şirniyyat yedizdirir ki, ağızları şirin olsun, başçı haqqında şirin danışsınlar, bu Sumqayıtlılar kişinin çörəyini yeyib, dalıyca danışırlar. Sən demə başçı Sülh prospektinə təzə döşənmiş bardurları ona görə söküb, yenisi ilə əvəzləyib ki, bu yeni bardurları onun daş sexi istehsal edir, bu boyda yalan olar? Nə olsun ki, o bardurlar təzə idi, heç qırxı çıxmamışdı, bu əsas verirmi ki, kişi haqqında şaiyə yayasız? Amma öz aramızdır, indiki bardurlar daha da təzədir, pisdir ki? Eldar müəllim Sumqayıta təzə quraşdırılmış işıq dirəklərini söküb, onları lap təzə dirəklərlə əvəz etdi ki, şəhər bir az da işıqlı olsun, qədirbilməz sumqayıtlılar başladılar ki, bəs başçı prezidentin ayırdığı bu milyonlarla, əksəriyyəti evsiz olan Sumqayıtlılara bir neçə bina tikə bilməzdimi? A kişi, tikmək olsaydı, tikərdi də, yəni Eldar Əzizov sizin qədər bilmir? Gedin işinizlə məşğul olun da...

Bakının AVROviziYASI...


AVROviziyaya çox az qalıb, işlər sürətlə gedir, billur sarayın da hazır olmasına bir şey qalnayıb, (qulaqlara qurğuşun, deyirlər ki, guya bu billur sarayla yanaşı bəzi oliqarxlar "dövlətin şotuna” özləri üçün otellər də tikirlər) amma.. Bir tərəfdən bəzi əhali, xüsusən özlərini "müsəlman” sayanlar "biz AVROviziyaya yox deyirik!” şüarı ilə başımızı xarab edirlər, bir yandan da qurban olduğum Xıdo bunlara tez-tez sərtləşən havasatı ilə başa salır ki, etməyin, bu "üzdəniraqları” Azərbaycana yığmayın, Sizi cəzalandıraram. Amma bu oliqarxiyanın gözünü şeytan icadı olan AVRO elə tutub ki, onlar bütün bunları görmürlər, üstəlik bu üzdəniraqlar üçün indidən hazırlıqlar da "YAPırlar”, martın 17-də gözlənilmədən Hacıbəla müxalifətə mitinq keçirtmək şansı tanıdı, hətta AzTV həmən mitinqdən reportaj da hazırladı. Əli Həsənov biraz da irəli gedib, əhalinin "sərbəst toplaşmaq” hüququnun olduğunu "gözümüzə soxdu”, bu Əli Həsənovdan soruşan olmadı ki, a kişi, bəs bu yetim müxalifət uzun illərdir mitinq sevdasındadır, niyə icazə vermirdiz? Deyirdiz ki, "Sərbəst toplaşmaq azadlığı digər əhalinin hüquqlarının pozulması hesabına ola bilməz”, indi nə oldu ki, birdən-birə "digər əhalinin hüquqlarını pozub, müxalifətə də sərbəst toplaşmaq hüququ tanıdız?”  Bax pişiyin quyruğu burda görsənir. Məlum olur ki, bunlar AVROviziyada udanda öhdəlik götürüblər ki, üzdəniraqların paradını Bakıda təşkil edəcəklər, amma sonra fikirləşiblər ki, əhali onları qınayar, hər necə olmasa neçə illərdir 3-4 nəfər bir yerə toplaşıb, bir şüar da deyə bilmirlər. Burda "sərbəst toplaşmaq azadlığı” iqtidarın köməyinə gəldi, sonra baxıb gördülər ki, uzun illərdir bu "azadlıq” bizdə yazaq edilib, pərdəni götürmək lazımdır. Pərdəni götürmək üçün müxalifətin "üzdəniraqların paradınacan” bir-iki mitinq etməyi lazım idi. Müxalifət isə tərpənmək bilmirdi, müxalifətdəki "YAPonlar” işə keçdilər, təklif verdilər ki, mitinq edək, Hacıbəladan yer istəyək. Müxalifət liderlərinin cavabını gözləməmiş sosial şəbəkədə "17 mart-nicat günü” adlı təbliğat da apardılar. Gözünə döndüyüm Hacıbəla da bunu gözləmirdi? Dərhal yer ayırdı, mitinq oldu, növbəti mitinq üçün də şərait yaradıldı, beləcə AVROviziyadan əvvəlki "parad” üçün zəmin hazırlandı, indi mən deyən də ki, müxalifət iqtidarın çaldığı havaya oynayır, məni top atəşinə tuturlar, məni YAPokalipsis gəmisinin matrosu kimi qələmə verirlər, eybi yox, mayacan dözərəm, görüm AVROviziyadan sonra mitinq etməyə duxunuz çatacaq? Helə həmin Hacıbəla sizə "otkaz” edəcək, bu gün sizinlə "həmfikir olub, sizin toplaşmaq hüququnuzu tanıyan” (əslində sizi özlərinə həmfikir edən) Əli Həsənov elə həmin AzTV-dən sizi biabır edib deyəcək ki, "bekar adamlardılar, camaatı narahat edirlər”, onda sizdən soruşaram: "Həzarat, mitinq nə oldu? Niyə mitinq çağırmırsız?”


Rafiq Cəlilov,
"Tolışon Sədo” N-10 (22), 24 mart 2012-ci il
celilovrafiq@mail.ru


 

Категория: Талыш xəbərləri | Просмотров: 1588 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus