Главная » 2011»Сентябрь»11 » Türkiyə mediası Ilham Əliyevin “qumarxanalar kralı” ilə ortaqlığından yazıb
10:23
Türkiyə mediası Ilham Əliyevin “qumarxanalar kralı” ilə ortaqlığından yazıb
Ölkə başçısının Ömər Lütfi Topalla ortaqlığı haqda iddialar gündəmə bomba kimi düşdü
Türkiyədə məşhur "Susurluk olayı” ilə bağlı dosyenin "qumarxanalar kralı” kimi tanınan və 1996-cı ildə qətlə yetirilən türk iş adamı Ömər Lütfi Topal barədəki gizli məqamları ictimailəşdirilməyə başlanıb. Dosyenin indiyədək açılmamış bölümlərini ilk olaraq Türkiyənin "Wikileaks”i sayılan və Ərdoğan hökumətinə yaxın hesab edilən "Taraf” qəzeti yayıb. Bundan sonra Türkiyənin digər mətbuat orqanları da bu məsələyə yer ayırıb.
Materialllarda Ömər Lütfi Topalın Azərbaycan hakimiyyəti ilə əlaqələrindən də bəhs edilir. Türk mətbuatının yazdığına görə, dosyedə qeyd olunub ki, Topalın Türkiyədən kənarda fəaliyyət göstərən qumarxanaları arasında "Bakı layihəsi” də olub. "Qumarxanalar kralı” bu layihəyə 8 milyon xərcləyib. Layihə otel kimi reallaşdırılıb. Otelə bitişik qumarxana fəaliyyət də göstərib. Dosyedə söhbətin hansı oteldən getdiyi qeyd olunmayıb. Lakin Ömər Lütfi Topalın qətlindən sonra türk mətbuatının yazdığına görə həmin otel "Avropa” oteli olub. Həmin vaxt türk mediası bu məsələdə Ilham Əliyevin də adını hallandırırdı. Bu baxımdan Heydər Əliyev məsələ ilə bağlı xüsusi müşavirə keçirdi. Sözügedən müşavirədə isə bu qalmaqalla bağlı bütün məsuliyyəti o zamankı xarici işlər naziri Həsən Həsənov üzərinə götürdü. Və Heydər Əliyev onu tutduğu vəzifədən azad etdi.
Dosyedə bu məsələdən də bəhs edilir. Bildirilir ki, Ilham Əliyev Ömər Lütfi Topalla ortaq olub. Həmçinin iddialara görə, dövlət başçısının o zaman "qumarxanalar kralı”na borcu var imiş.
Maraqlıdır ki, Türkiyə mediası bu dosyedə əks olunanlarda daha çox Ömər Lütfi Topalla Ilham Əliyevin ortaqlığını qabardıb.