Главная » 2011»Февраль»18 » Ilham Əliyev İranın İnformasiya texnologiyaları naziri ilə görüşüb
14:46
Ilham Əliyev İranın İnformasiya texnologiyaları naziri ilə görüşüb
Razılaşdırılan
məsələlərdən biri də son günlər İranın "Səhər-2” televiziya kanalında
Azərbaycan əleyhinə yayımlanan verilişlərə son qoymaqla bağlıdır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı İran İslam Respublikasının informasiya texnologiyaları və kommunikasiya naziri Reza Tağıpur Ənvərinin başçılıq etdiyi nümayəndə heyətini ilə görüşüb..
Nazir Reza Tağıpur İran İslam Respublikası Prezidenti Mahmud Əhmədinejadın məktubunu Azərbaycan Republikası Prezidentinə təqdim edib.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana olan səfərinin uğurlu olduğunu və yaxşı nəticələr verdiyini bildirib.
Səfər çərçivəsində razılaşdırılan məsələlərdən biri də son günlər İranın "Səhər-2” televiziya kanalında Azərbaycan əleyhinə yayımlanan verilişlərə son qoymaqla bağlıdır. Bu barədə Rza Tağıpur Ənbəri Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib: "Bizim ölkədə televiziya və radio təşkilatları müstəqil qurumdur. Onların fəaliyyəti bizim nazirlik çərçivəsində həyata keçirilmir. Azərbaycandakı səfirliyimizin təşəbbüsü ilə ikitərəfli müzakirələr aparılır. Bu cür məsələlər tezliklə dayandırılacaq və münasibətlər normal səviyyəyə gələcək”, deyə nazir bildirib.
İranlı nazir eyni zamanda prezident İlham Əliyevlə görüşünü yüksək qiymətləndirib.
"İlk növbədə İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, səfərimin əvvəlində prezident vaxt ayırıb məni qəbul etdi. Yaxşı söhbətlər və müzakirələr aparıldı. Təklif olundu ki, iqtisadi münasibətlərimiz daha sürətlə inkişaf etməlidir. Hər iki tərəf indiyədək olan razılaşmaları yerinə yetirmək üçün əlindən gələni etməlidir”, deyə Rza Tağıpur Ənbəri qeyd edib.