Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Январь » 30 » İsmayıllıda gərginlik davam edir
17:11
İsmayıllıda gərginlik davam edir
Rayon sakinləri problemlərin həllilə bağlı qonşu dövlətin rəhbərinə üz tutublar;
İki nəfər nazir oğlunun döyməkdə ittiham edilərək həbs olundu;
Rayona gedən hüquq müdafiəçiləri və siyasilər saxlanıldı;
İvanovka kəndinin sakinləri Putinə müraciət etdi


İsmayıllı rayonunda komendant saatı elan olunub. Şəhərin icra hakimiyyəti binasına gedən yol hər tərəfdən polis mühasirəyə alıb. Rayona kəndlərdən gələn hissə ciddi nəzarətə götürülüb. Bərdə, Zaqatala və Hacıqabulda yerləşən Daxili Qoşun hissələri Bakıdan gələn Daxili Qoşun hissələri və Çevik Polis Alayını əvəz edib. Talıstan kəndinin rayona gələn hissəsində polis postu qurulub. Ismayıllıya gələn insanlar diqqət mərkəzindədir. Daxili Qoşunların nəzdində qeyri-qanuni kəşfiyyat bölükləri yaradılıb. Onlar əhali arasında gəzərək məlumat toplamaqla məşğuldur. Məlumat üçün deyək ki, Azərbaycan qanunvericiliyinə görə bu cür xidmət ancaq MTN-ə Müdafiə Nazirliyinə aiddir...

Füzuli Ələkbərovun "Çıraq”ı "söndü”


Ötən gün bir qrup hüquq müdafiəçisi və ictimai fəal Ismayıllıya səfər edib. Məqsəd həbs edilənlərə qarşı işgəncə faktlarını araşdırmaqdır.
Polis rayona səfər edənlərdən hüquq müdafiəçisi Rəsul Cəfərov, Bəşir Süleymanlı, Müsavat başqanının müşaviri Yadigar Sadiqov, Zaur Əkbər və Elşən Həsənovu saxlayıb.
Rayon polis idarəsinin rəisi Nizami Qocayev və rayon prokurorluq nümayəndəsi onlarla söhbət edib.
"Söhbətin nəticəsi belə oldu ki, bizə Ismayıllıdan getməyi məsləhət gördülər. Dedilər ki, 12 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, işgəncə halları ilə bağlı heç kim müraciət etməyib, buna görə, bu barədə heç nə deyə bilməzlər”, - deyə Rəsul Cəfərov məlumat verib.
Bir neçə saatdan sonra saxlanılan şəxslər sərbəst buraxılıb.
Onu da qeyd edək ki, "Çıraq” oteli sökülüb. Buldozer otelin yanmış divarlarını yerlə-yeksan edib. Hələlik, ərazidə nə tikiləcəyi barədə məlumat yoxdur. Rayon sakinləri deyirlər ki, orada yenə otel tikilərsə, bu ciddi narazılığa səbəb olacaq.

Vüqar Ələkbərovu döyən şəxslər həbs olundu


"Azadlıq” radiosu yanvarın 28-də həbs edilən iki nəfər haqqında məlumat əldə edib.
Bunlardan biri Ismayıllı Olimpiya Idman Kompleksinin sədr müavini 31 yaşlı məşqçi-müəllim Anar Həsənovdur. Onun atası Rasim Həsənov radioya deyib ki, oğlunu məşq zamanı həbs ediblər: "Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları gəlib həbs ediblər. Nədir oğlumun günahı? Burda yerli sakinləri təhqir edənlərə deyib ki, niyə camaatı söyürsünüz. Buna görə, oğlumu tutub haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçiblər. Deyirlər dövlət çevrilişi edirsiniz. Xuliqanlıq edənin qarşısını almırsansa tutulmalısan?”
Yanvarın 28-də həbs edilən rayon sakinlərindən biri də 47 yaşlı Səftər Ağamalıyevdir. Bu bardə onun qardaşı Heydər Ağamalıyev məlumat verib: "Dünən (yanvarın 28-də-red) saat 4 radələrində 30-40 nəfər maskalı həyətə soxulub. Evə girənlər də olub. Səftər həmin vaxt yatırmış. Istəyiblər elə mayka ilə aparsınlar. O da hay-küy salıb. Axır geyinib çıxıb. Qardaşım Ismayıllı sakinlərini söyənlərdən birini vurmaqda ittiham olunur. Qardaşım nə edib ki? Gedib deyib ki, niyə camaatı söyürsünüz? Indi onu həbs ediblər. Deyirlər ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində saxlanılır”.
Ismayıllı hadisələrində saxlananların sayı haqqında müxtəlif rəqəmlər səslənir. Yerli icra orqanlarının nümayəndələri ən çoxu 30 adamın tutulduğunu deyir. Qeyri-rəsmi məlumatlara görə, azı 100 adam saxlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində araşdırma aparılır. Saxlananlar haqqında yeni məlumat yayacaqlar.
Modern.az-ın məlumatına görə, həbs olunan Anar Həsənov və Səftər Ağamalıyev Vüqar Ələkbərovu döyən şəxslərdir.
Bu arada bəlli olub ki, Ismayıllı olayına görə Bakıda istintaqa siyasətçiləri də çağırmağa başlayıblar. Artıq Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və "ReAL” Hərəkatının sədri Ilqar Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə çağırılıblar. Səbəb Ismayıllı məlum hadisələr baş verən vaxt bu adamların rayona səfər etmələridir.

Otelin sahibi Vüqar Ələkbərovun olması rəsmən təsdiqləndi


Ismayıllıdakı olayın səbəbkarı kimi Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov qeyd edilsə də, rəsmilər bunu yalan olduğunu bildirdilər. Hətta icra başçısı Nizami Ələkbərov qardaşı oğlu Vüqar Ələkbərovun hadisə yerində olmadığını söylədi. Bu azmış kimi bildirdi ki, yandırılan "Çıraq” otelinin Ələkbərovlara heç bir aidiyyəti yoxdur.
Ancaq "ReAL”ın sədri Ilqar Məmmədov bloqunda Mədəniyyət və Turizm Nazirliyinin saytından götürdüyü məlumatı paylaşmaqla icra başçısını və başqa rəsmiləri ifşa edib. Nazirliyin saytında qeyd olunub ki, Ismayıllı şəhəri Nizami küçəsində yerləşən "Çıraq” oteli "VAFI” MMC-yə məxsusdur, MMC-nin təsisçisi isə Ələkbərov Vüqar Füzuli oğludur. Məlumat sosial şəbəkələrdə geniş yayılandan sonra nazirliyin saytından yığışdırılıb.
Bundan başqa Vüqar Ələkbərovun "Facebook” sosial şəbəkəsində profili üzə çıxıb. Vüqar Ələkbərov profilinin albom səhifəsində "Çıraq” oteli ilə bağlı müxtəlif şəkillər qoyub. Bu da üzə çıxandan sonra səhifə bağlanıb.
"Azadlıq” radiosunun araşdırmasına görə, Vergilər Nazirliyinin rəsmi saytında yazılıb ki, "Çıraq” otelinin sahibi "VAFI Turizm” MMC-dir. Məlumatda deyilir ki, "VAFI Turizm”ə "Çıraq” otelini işlətmək üçün ötən il dekabrın 26-da lisenziya verilib. Təsisçisi Həsən Ismayılovdur. Həmin saytda oxşar adla "VAFI Region” MMC haqda da məlumat yerləşdirilib. Bu qurum da Ismayıllı şəhərində fəaliyyət göstərir.
Rəsmi sənəddə həmin MMC-nin təsisçisinin Vüqar Füzuli oğlu Ələkbərov olduğu bildirilir. "VAFI Region”un hüquqi ünvanı Ismayıllı şəhəri M.Orucov 100 göstərilir.

Ancaq həmin ünvanda yaşayan Ruhiyyə Cavadova 2009-cu ildən burda yaşadığını, belə bir MMC-dən xəbərsiz olduğunu deyib. "VAFI Region” isə 2010-cu il avqustun 4-də qeydiyyatdan keçib.
"Azadlıq” qəzetinin bölgə müxbiri Elçin Ismayıllının dediyinə görə, "Çıraq” oteli tikilərkən onun ətrafına çəkilən hasarın, eləcə də işçilərin geyimlərinin üzərində "Improtex Real Estate” MMC-nin adı yazılıb.
Vergilər Nazirliyinin saytındakı məlumatda isə həmin kommersiya qurumunun təsisçilərindən biri "REy” MMC və Ələkbərova Iradə Cəlal qızıdır. Burda da Vüqar Füzuli oğlu Ələkbərovun adı keçir, o qanuni təmsilçisidir.
Vergilər Nazirliyinin sənədlərində Vüqar Ələkbərovun "VAFI CONSTRUCTION” MMC-nin də təsisçisi olduğu qeyd olunub.
"VAFI” açması belədir: "Vuqar Alakbarov Fuzuli Irada”.
Rayondan aldığımız başqa bir maraqlı xəbərə görə, olay zamanı Vüqar Ələkbərov ciddi xəsarətlər alsa da, onu elə həmin gecə ölkədən çıxarıblar. Rayon sakinlərinin dediyinə görə, nazirin oğlu hazırda xaricdə müalicə alır.

Morninqstar etirazlara münasibət bildirdi


ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar Azərbaycandakı son nümayişlərlə bağlı bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, səfirlik 24 yanvar tarixində Azərbaycanın Ismayıllı şəhərində insanların xəsarət alması, əmlaklarının dağıdılması, o cümlədən özəl otelin yandırılması və icra başçısının şəxsi evi və əmlakına zərər ilə nəticələnən ictimai iğtişaşlarla bağlı xəbərlər alıb: "Polis 26 yanvar tarixində Bakı şəhərində Ismayıllı sakinləri ilə həmrəylik nümayiş etdirmək üçün keçirilən nümayişi dağıdıb və onlarla nümayişçi saxlanılıb. Bu ayın əvvəlində Bakıda və şəhər ətrafında hakimiyyət nümayəndələrinin qanunazidd əməllərinə qarşı daha iki nümayiş keçirilib. Bunlardan biri icarə haqlarının artırılmasına etiraz edən dükan sahibləri, digəri isə orduda qeyri-döyüş şəraitində baş verən ölüm hallarına etiraz edən vətəndaşlar tərəfindən keçirilib. Polisin nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməsi barədə xəbər yayılıb. Biz, Ismayıllıda baş vermiş zorakılığa görə təəssüf edirik. Eyni zamanda, biz qanuni şikayətləri təmin etmək üçün Azərbaycan hökuməti ilə vətəndaşlar arasında konstruktiv dialoqa və hökumət nümayəndələrini sərbəst toplaşmaq və ifadə azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq”.

İvanovka sakinləri dərdlərini Putinə də yazdılar


Rayonun Ivanovka kəndinin sakinləri Azərbaycanın Rusiyadakı və eyni zamanda Rusiyanın Azərbaycandakı səfirliyinə, habelə hər iki ölkənin Prezident Adminstrasiyasına müraciət ediblər. Bu barədə bu gün bir sıra Rusiya KIV-i, o cümlədən "Pravda.ru”, "Bolşoy Kafkaz”, "Russkiy den” portalları xəbər yayıblar.
Rusiya KIV-in məlumatına görə, Azərbaycanda yeganə kolxoz quruluşunun olduğu və rusların kompakt yaşadığı Ivanovka kəndinin sakinləri yerli hakimiyyəti onların torpaqlarını zəbt etməkdə, rüşvət və korrupsiyada ittiham ediblər.
Müraciətdə kənd sakinləri yazıblar ki, nəinki Ismayıllıdan, hətta Bakıdan da gəlib uzun illər onlara məxsus olan torpaqlarda villalar, turizm və əyləncə mərkəzləri tikirlər.
Məktubda qeyd olunur ki, Ivanovka sakinləri dəfələrlə Bakıda Prezident Adminstrsiyasında olub rəsmilərlə görüşmək istəyiblər. Amma onların şikayətlərinə heç kim qulaq asmayıb.
Ivanovkalılar rayonda rüşvət və korrupsiyaya son qoyulmasını tələb etməklə yanaşı torpaqlarını da məmur işğalından azad olunmasını tələb edirlər. Onlar elə beləcə də yazırlar: "Bura bizim vətənimizdir. Biz vətənimizdən didərgin düşmək istəmirik”.


Azadlıq Qəzeti

Категория: Azərbaycan | Просмотров: 1670 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus