Əziz İsmail Şabanov, Sizi anadan olmağınızın 50 illiyi münasibətilə təbrik edirəm. 50 yaş hər bir insanın həyatında keşmişin hesabatını vermə və gələcəyə daha müdrikcəsinə addımla məsuliyyətidir. Bu mühüm yubileydir.
Rusiyada Talış diasporu təşkilatının rəhbəri olaraq Sizin Vətənimiz Azərbaycanın mənafeyinin qorunması və nümayəndəsi olduğunuz talış xalqının tarixi-mədəni dəyərlərin saxlanılıb, gələcək nəsillərə ötürülməsi istiqamətindəki fəaliyyətiniz əvəzsizdir. Sizin Rusiyada talış xalqını təmsil etməyiniz məzmunca Azərbaycanın və onun bütün xalqlarının təmsilçiliyi deməkdir. Çox aydın görsənir ki, Siz bəzilərin bu məsələlər arasında həvəslə ziddiyyət axtarışını puça çıxartmısınız və bunu özünüzün həyat və fəaliyyətinizin əsas məqsədinə çevirmisiniz.
Bu mənada Sizin son illərdəki fəaliyyətinizi Azərbaycanın maraqları ilə talış xalqının mənafeyini süni şəkildə üz-üzə qoymaq istəyən qüvvələrə ən yaxşı cavab da adlandırmaq olar. Prinsipial məqamlarda Siz həqiqətin və ədalətin yanında olmağı bacarırsınız. Şübhə etmirəm ki, bu Sizin ilahi mükafatınızdır.
Siz doğum gününüzü ailənizlə, yaxın dostlarınızla birlikdə qeyd edəcəksiniz. Arzum budur ki, Siz həmişə sədaqətli dostların əhatəsində olasınız, evinizdən yaxınlarınızın hərarəti və diqqəti əskik olmasın. Sizə və ailənizə firavanlıq və xoşbəxtlik diləyirəm!