Главная » 2016»Январь»28 » İsmail Şabanov atasının evinə edilən basqına səbəb kimi öz ictimai fəaliyyətini görür
18:06
İsmail Şabanov atasının evinə edilən basqına səbəb kimi öz ictimai fəaliyyətini görür
Rusiya Talış Diasporu təşkilatının Prezidenti İsmail Şabanovun atası, Lənkəran rayonu Havzava kəndində yaşayan ağsaqqal Musarza Şabanovun evinə keçən gecə bir qrup naməlum şəxslər tərəfindən basqın edilmişdir. Onlar heç nə soruşmadan evə soxulmuş və yatan yerdə Musarza Şabanova müxtəlif dərəcəli fiziki xəsarətlər yetirmişlər.
Moskvada yaşayan və son dövrdə fəal ictimai fəaliyyətilə seçilən İsmail Şabanov bunu özünün ictimai fəaliyyətilə əlaqələndirir. Bununla əlaqədar olaraq o, xüsusi bəyanatla çıxış etmişdir.
Talısh.org-un redaksiyasına daxil olan sözügedən bəyanatda deyilir: “Bu gün gecə saatlarında, naməlum şəxslər atamın yaşadığı evə daxil olaraq, ona yatmış vəziyyətdə hücum etmişlər. Səs-küyə qonşular yığışıb gəlmiş, lakin cinayətkarlar qaçıb aradan çıxa bilmişlər. Onlar indiyə kimi tapılmamışlar. Mən əminəm ki, onlar heç vaxt tapılmayacaqlar, çünki bu cinayət əməli Azərbaycan iqtidarının birbaşa sifarişi ilə edilmişdir. Bu fakt onun süqutunun başlanğıcının açıq göstəricisidir. Mənim və ailəmin simasında Talış xalqına müharibə elan olunub...”.
Bununla yanaşı olaraq İsmail Şabanov bütün dünya ictimaiyyətinə müraciət edərək, onu belə bir aksiyaya rəvac verən qeyri-insani despotik rejimin özbaşınalıqlarına biganə qalmamağa çağırmışdı!