Главная » 2011»Сентябрь»14 » Ruhulla Axundzadənin halı məhkəmə prossesi zamanı pisləşib
21:41
Ruhulla Axundzadənin halı məhkəmə prossesi zamanı pisləşib
Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Möhsün Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Məhkəmədə polis şahidlərin və hal şahidlərin ziddiyyətli ifadələrı və ittiham olunanlara qarşı söyüş söymələri diqqət şəkən məqamlardan olub.
Masallı rayon polis idarısinin cinayət axtarış bölməsinin rəisi Məhkəməyə şahid qismində ifadə verən Əbülfət Abdullayev bir neçə dəfə seyid Fəramiz Abbasova qarşı söyüş söydüyünə görə zaldan çıxarılmışdır.
Polis şahid dövlət ittihamçısının köməkliyi də olsa vəkillərin suallar qarşısında acız qalıb təhqirə yol verəndən sonra Hacı Möhsün seyid Fəramizə xitabən demişdir: "O, səni yox peyğəmbəri, Əhli-beyti təhqir edir."
Bu zaman hakim şahidə xəbərdarlıq edib. Hətta şahid zaldan çıxarılmışdır. Şahid yenidən zala qayıdandan sonra Fəramiz Abbasovun vəkili Məzahir Şahmarovun bir çox suallarını əməliyyat məlumatı olduğu iddiası ilə cavabsız goymuşdur.
Polis şahidin seyid Fəramiz Abbasova məxsus silahın onun həyat yoldaşının əlində gördüyü ifadəsi barəsində vəkil Anar Qasımlı sual etmişdir: "Silahlar xanımın əlində idi, cinayət başında yaxalamısınız niyə onu həbs etmədiniz?" Burada dövlət ittihamçısı polis şahidə əsəbiləşərək deyib: "Cavab verin də!" Polis şahidin cavablarını qane edici görməyən hakim demişdir ki, suala cavab verilib! Hakimin tərəfdaşlığını görüb ürəklənən polis şahid isə demişdir:" Bizdə məlumat var idi ki, bu silahlar Fəramiz Abbasovundur. Cənab hakim mən ifadə vermirəm day. Bunlar kimdirlər məni sorğu-suala tutublar!!"
Məhkəmənin gedişatında seyid Fəramiz Abbasov polis şahidi sorğu-suala tutub verilən ifadələrin yalan və Masallı Rayon məhkəməsində verilən ifadələrlə təzad təşkil etdiyini üzə çıxardı.
Məhkəmədə Hacı Möhsün Səmədov da Şahidə sual vermək hüququndan istifadə edib sual vermişdir : "İttiham edirsiniz ki, hicab məsələsindən sonra bu hal oldu. Bilmirdiz ki, hər yerdə hicab qadağasına etiraz var? Polis şahidin cavabı maraqlı olmuşdur : "21-ci əsrdi nə hicab-hicab salmısız?!"
Digər polis şahid Masallı rayon polis şöbəsinin baş əməliyyat müvəkkili Nazim Əkbərov isə bir neçə dəfə Məhkəmədə söyüş söydiyinə görə zaldan çıxarılmışdır.
Polis şahidlərin söyüşkənliyi nəticəsində biabırçı vəziyyəti görən hakim demişdir:" Elə etməyin ki, rəhbərliyinizə bu barədə təqdimat yazım. Siz həm də polis işçisisiniz. Danışdığınız sözə bax."
Məhkəmədə hal şahidi qismində ifadə verən Masallı rayon sakini Camal Qasımov dövlət ittihamçısının ona istiqamətverici suallarından sonra ozünü itirib "mən naxırçı deyiləm" deyəndə Hakim Cavid Hüseynov əsəbiləşib demişdir: "Bura sənin üçün bazar deyil. Sən kimsən ki, hara gəldi, kimə gəldi kəkələyirsən. Cənab prokuror ikibaşlı suallar verməyin. Mübahisə yaradırsız."
Hal Şahidi ifadəsində həmçinin Fəramiz Abbasovun yas məclislərində dövlət əleyhinə danışdığını, cavanları ətrafına yığıb yas məclislərində dövlət əleyhinə danışaraq İslam dövləti qurmaq istədiyini iddia etdi. "Mollasan get mollalığını elə də sənin dövlətlə nə işin var? " deyən şahidə Hakim Cavid Hüseynov belə demişdir :" Sən camaata məsləhət verməyi saxla. Bayaqdan nala-mıxa vurursan. Konkret olaraq nə deyibdir?" Sağlam cavab verməkdən aciz qalan şahid demişdir : "Nə bilim dedi İslam Partiyası yaratmalıyıq, Nə bilm nə. İranda nə bilim nə."
Məhkəmənin prossesi Ruhulla Axundzadənin "Bu qədər haqsızlıq olmaz axı. Bizi nahaqdan zindana salıblar. Gör kimlər gəlib üzümüzə durur." deyib huşdan gedəndən sonra onun ailə üzvləri ağlaşmaya başlayıb və mühafizəçilər hamını məhkəmə zalından çıxarıblar.