İslamçıların Ədliyyə Nazirliyi qarşısında aksiyası
Saat 16.00 radələrində Ədliyyə Nazirliyinin binası qarşısında İslam Partiyasının həbsdə olan fəallarının azad edilməsini tələb edən dindarların etiraz aksiyası keçirilib.
İslam Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, aksiya iştirakçıları məhbusların işləri üzrə qərarlara yenidən ədalətli baxılmasını və qanunun aliliyinin təmin edilməsini tələb ediblər.
"Ölkədə kral qanun deyil, qanun kral olmalıdır”, deyə məlumatda qeyd edilir.
Lakin polis aksiyanı dağıdıb. Onlarla insan saxlanılıb. Qeyd edək ki, son həftələr ölkədə 10 AİP fəalı və dindarlar həbs cəzasına məhkum edilib.
Hüquq müdafiəçiləri hesab edirlər ki, onlar hakimiyyətin ünvanına tənqidlərinə və hökumət əleyhinə nümayişlərdə iştirak etdiklərinə görə siyasi təqiblərə məruz qalırlar.