Məscidə yığışan 100-lərlə dindar ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilər
Lankonda dindarların kütləvi etiraz aksiyası keçirilir. Şəhərin "Qalayçılar” məscidinə yığışan və ABŞ-da istehsal olunmuş "Müsəlmanların məsumiyyəti” filminə etiraz edən 100-lərlə dindar Amerika əleyhinə şüarlar səsləndirirlər. Aksiyanın icazəli olduğu bildirilir. Çıxış edənlər özlərini "Lankon ictimaiyyətinin, ağsaqqalarıınn” nümayəndələri adından çıxış edərək filmi pisləyirlər. Dinidarların müəyyən qrupları "Allahu əkbər” təkbirləri səsləndirsələr də aksiyanın təşkliatçıarı toplaşanlara təmkinli olmağa çaırırlar.
Mikrofonla çıxış edən natiqlər islam peyğəmbərinin təhqir edilməsini pisləyirlər və bunun üçün məsuliyyəti lnların cəzalandırılmasını tələb edirlər. Hazırda etiraz aksiyası davam edir. Məscidin əttrafında xeyli polis olsa da aksiyaya müdaxilə olunmur. Aksiyanın sonunda qətnamə qəbul olunacaq. Məscidə yığışann dindarllar özləri ilə islam dinin rəngi olan yaşıl bayraqlar gətiriblər və ABŞ İsrail əleyhinə şüarlar səsləndirirlər.