Azərbaycan İslam Partiyası Astara komitəsinin sədri Famil Şükürov barəsində rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu haqda "Azadlıq" radiosuna onun vəkili Anaq Qasımov məlumat verib.
Vəkil deyir ki, Famil Şükürov fevralın 17-də Ərçivan kəndində keçirilən aksiyadan sonra tutulub.
«Ona qarşı Bakıda keçirilən kütləvi aksiyalar zamanı məşhur 233-cü maddə irəli sürülüb. Famil Şükürov sosial şəbəkələrdə təhqir olunduqları bildirilən sakinlərin keçirdikləri aksiyanın təşkilatçısı sayılır. Hansı ki, əksinə, o, sakinləri sakitləşdirirmiş».
Famil Şükürov Bakı İstintaq Təcridxanasında saxlanır.
O, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham edilir.