Главная » 2011»Январь»28 » İslam Partiyasının 10 üzvü həbsdə, biri axtarışdadır
17:13
İslam Partiyasının 10 üzvü həbsdə, biri axtarışdadır
İslam Partiyasının 10 üzvü hazrda həbsdədir, daha bir nəfər isə axtarışdadır. Bu barədə Turana AİP Baş Məclisinin üzvü Natiq Kərimov bildirib.
Onun sözlərinə görə, axtarışda olan şəxs AİP Gəncə təşkilatının sədridir. Masallı rayonu Xıl kəndinin üç gün öncə həbs edilmiş axundu Fəramərz Abbasovun harada saxlanması barədə heç bir məlumat yoxdur.
Natiq Kərimovun sözlərinə görə, həbs edilən bütün üzvlərə istisnasız olaraq qanunsuz silah saxlamaq ittihamı irəli sürülüb. O qeyd edib ki, həbsdə olan islamçıların hüquqlarını vəkil Anar Qasımovun rəhbərlik etdiyi vəkillər qrupu müdafiə edir.