Главная » 2012»Март»8 » “İslam-azeri.az” internet qəzetinin baş redaktoru 1 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
00:11
“İslam-azeri.az” internet qəzetinin baş redaktoru 1 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
Bu gün Abşeron rayon Məhkəməsində "İslam-azeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vəkil Ramil Məmmədovun mətbuata verdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, R. Bayramov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R. Bayramov 2011-ci il avqustun 11-də saxlanılıb. Baxış zamanı onun üzərində narkotik vasitə "aşkarlanıb". Mənzilindən isə tapança, yeddi ədəd güllə və daraq "tapılıb".