Главная » 2014»Март»7 » “İsaxan Aşurov” mükafatı Yadigar Sadıqova verildi
17:18
“İsaxan Aşurov” mükafatı Yadigar Sadıqova verildi
Sülh və Demokratiya İnstitutu təsis etdiyi "İsaxan Aşurov” mükafatının təqdimetmə mərasimi keçirib
Martın 7-də Sülh və Demokratiya İnstitutunun təsis etdiyi "İsaxan Aşurov” mükafatının təqdimetmə mərasimi keçirilib. Mükafat Müsavat Partiyasının həbsdə olan başqan müşaviri Yadigar Sadıqova verilib. Bu barədə Meydan TV-nın tədbirdə olan əməkdaşın verdiyi məlumatına görə, mərasimdə tanınmış siyasətçilər, hüquqşünaslar və ictimai-siyasi xadimlər iştirak edir.
Qeyd edək ki, "İsaxan Aşurov" mükafatı 2013-cü ildə siyasi məhbus, Hilal Məmmədova verilmişdi. Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib. Müsavat başqanın müşaviri Yadigar Sadıqov isə 2013-cü il iyunun 27-də həbs olunub və bu il yanvarın 13-də 6 il xuliqanlıq maddəsi ilə ittiham olunaraq azadlıqdan məhrum edilib.
"İsaxan Aşurov” mükafatı 2012-ci il iyunun 23-də yaradılıb. Məşhur vəkil İsaxan Aşurov iki il əvvəl dünyasını dəyişib.